Əl-Üzza

Əl-Üzza (ərəb. العُزَّى‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında Qureyş qəbiləsinin ən böyük tanrıça bütlərindən biri.

Əl-Üzzaya pərəstiş edənlərə "Əbdül-Üzza", yəni "Əl-Üzzanın bəndəsi" deyirdilər.

Xalid ibn Vəlid adlı şəxs Məhəmməd peyğəmbərin (s.) əmri ilə Əl-Üzza bütünü məhv etmişdir.

Bu tanrıçanın adına, əl-LatMənat tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur.

Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.