Əl-ələ tutma

Əl-ələ tutan cütlüyün stok şəkli

Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir.[1] Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir.[2]

Mədəni aspektlər

[redaktə | mənbəni redaktə et]

1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadınkişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər.[3]

Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər.[4]

Müasir rəqs zamanı əl-ələ tutan meksikalı yeniyetmələr.

Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dəniziCənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluqhörmət əlaməti olaraq əl-ələ tuturlar.[5]

Fiziki və psixoloji aspektlər

[redaktə | mənbəni redaktə et]

Toxunma Tədqiqat İnstitutunun direktoru Tiffany Fieldin dediyinə görə, əl-ələ tutmaq qan təzyiqiürək tezliyini azaldan və insanları daha rahat vəziyyətə salan vagus sinirini stimullaşdırır.[6]

  1. "APA PsycNet". psycnet.apa.org (ingilis). 2018-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-02.
  2. "Cütlüklərin əl-ələ tutma formasına görə münasibət dəyərləndirməsi". Qadin.Net ~ İlk milli qadın portalı. 2024-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-02.
  3. "Hold hands in friendship – and be proud to be an African". The Mail & Guardian (ingilis). 3 dekabr 2014. 2024-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-02.
  4. ""AB LGBT sorğusu - Avropa İttifaqı lezbiyan, gey, biseksual və transgender sorğusu - Əsas nəticələr" (PDF). 2024-06-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-06-02.
  5. "Le bisou sur la bouche, ou l'histoire du roulage de pelle". Raconte-moi l'Histoire (fransız). 20 yanvar 2016. 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-02.
  6. "Əl-ələ tutmaq ağrını azaldır - Yeni araşdırma". Milli.Az (az.). 12 mart 2018. 2024-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-02.