Ürək yığılmasının tezliyi (ritm tezliyi də adlanır) — vahid zamanda ürək sistolarının sayını ölçməklə əldə edilən fiziki kəmiyyətdir. Ənənəvi olaraq vahidlərlə ölçülür: "dəqiqədəki döyüntü " (döy / dəq), baxmayaraq ki, Sİ-nin qaydalarına uyğun olaraq hers ilə ölçülməlidir. Ürək yığılmasının tezliyi tibbi və idman praktikasında normal ürək ritminin fizioloji göstəricisi kimi istifadə olunur və normal ürək ritmi ilə digər ürək ritm pozğunluqlarını (aritmiya) bir-birindən ayırmağa imkan verir.[1][2] Eyni zamanda ürək yığılmasının tezliyinin maksimum həddini də müəyyən edir.
Ürək yığılmasının tezliyinin ölçülmə üsulları ilə ürək ritmindəki dəyişiklikləri qeyd etmə üsulları eynidir. Ürək yığılmasının tezliyinin ölçülməsi adətən 1 dəqiqədə olan nəbz döyüntülərinin sayı ilə və ya elektrokardioqramada mədəcik komplekslərinin sayının ölçülməsi ilə əldə edilir. Beynəlxalq standartlara uyğun olaraq,[3] ürək yığılmasının tezliyinin zamandan asılılığını ölçmək üçün cihaz ritmokardioqraf , belə qeydlər isə ritmokardioqramlar adlanır ("taxokardioqraf", "kardiotaxoqraf", "kardiosikloqraf" adlandırıla bilməz).
Düzgün və ya müntəzəm sinus ritmləri ürək ritmi adlanır, müşahidə hüdudlarında yalnız sinus düyünlərinin fəaliyyəti ilə müəyyən edilir. Sinus düyününün ritmi dəqiqədə 60–90 döyüntü aralığına düşürsə normal sinus ritmi adlanır.[4][5] Ürək yığılmasının tezliyindəki dəyişikliklər 0,1 saniyədən az olarsa ürək ritminin təbii dəyişkənlikləri ilə əlaqəli normal sinus aritmiyası (fizioloji) adlanır, belə dəyişikliklər ürək ritminin pozğunluqları hesab edilmir.[6]
Farmakoloji təsirlərin köməyi ilə (məsələn, obzidan və atropinin birgə istifadəsi ilə) funksional testlər zamanı sinus düyününün həqiqi ritmini (SDHR), həmçinin də heç bir tənzimləmə olmadan sinus düyününün öz avtomatizmi ilə ürək yığılmasının tezliyini ölçmək mümkündür.[7]
Ürək yığılmasının tezliyi normal insanda SDHR-ə əsasən ölçərkən insanın istirahət şəraitində mövcud olandan daha çox olur,[8] bu isə sinus düyününə parasimpatik amillərin əhəmiyyətli dərəcədə təsir etdiyini göstərir və SDHR dəqiqədə təxminən 80–100 impulsa bərabərdir.[9][10] İstirahət vəziyyətində ürək yığılması tezliyinin artması əsəb sisteminin simpatik aktivliyinin artmasını, parasimpatik aktivliyin azalmasını və yaxud , bu iki vəziyyətin hər ikisini əks etdirə bilər. Ürək yığılması tezliyinin ani göstəriciləri simpato – vaqusnıy qarşılıqlı əlaqələrinin dəyişikliklərini həmin əlaqələrin digər təsirlərə məruz qalması səbəbindən tam şəkildə əks etdirə bilmirlər , buna görə də avtanom aktivliyin öyrənilməsi üçün ürək ritminin variabelliyindən istifadə olunur.[8]
Ürək yığılması tezliyi insanın yaşından, cinsindən və xarici amillərdən asılıdır. Yenidoğulmuşlarda dəqiqədə 120 ilə 140 döyüntü arasında dəyişir və uşaq böyüdükcə azalır.[11] Kişilərdə ürək yığılması tezliyi qadınlara nisbətən 5–10 döyüntü azdır. Böyüklərdə sakit halda bu tezlik dəqiqədə təxminən 70 döyüntüyə bərabər olduğu halda, uşaqlarda bu göstərici daha yüksəkdir. Yuxu zamanı ürək tezliyi dəqiqədə 10–20 vuruş azalır, emosional oyanma və ya əzələ fəaliyyəti zamanı dəqiqədə 100 vuruşdan çox da ola bilər. Çox idmanla məşğul olan idmançılarda sakit halda ürək tezliyi dəqiqədə 50 döyüntüyə bərabərdir. Atletlər yuxu zamanı dəqiqədə 45 vuruşdan az döyünməyə malik ola bilirlər.[5]
Sinus ritminin normal ritimdən geri qalması və müntəzəm olmaması ritim pozğunluğu, yəni aritmiya adlanır.[6]
Sinus ritmi ürək yığılması tezliyi 1 dəqiqədə 100 döyüntüdən artıq olduqda sinus taxikardiyası adlanır.[12] Yetişkinlərdə sinus taxikardiyası zamanı ritm tezliyi nadir hallarda 160 döyüntü/dəqdən yüksək ola bilir , lakin cavanlarda bu həd sinus düyününü maksimal fizioloji və ya farmakoloji stimullaşdırmaqla tezlik 180 döyüntü/dəqdən çox olduğu halda,[6][12] maksimum fiziki fəaliyyət zamanı tezlik 200 döyüntü/dəq-ə çata bilər.[6] Maksimum ürək dərəcələri adətən dəqiqədə 200–220 döyüntü diapazonunda olur, baxmayaraq ki, bəzi ekstremal hallarda ürək dərəcələri daha yüksək göstəricilərə çata bilir. Yaş keçdikcə maksimum tezlik göstərmək qabiliyyəti azalır, yaşla bağlı maksimum ürək dərəcəsini təxmini hesablamaq üçün 220-dən insan yaşını çıxmaq lazımdır. məsələn, 40 yaşında bir insanın maksimum ürək döyüntüsü təqribən 180, 60 yaşında isə 160 döyüntü/dəq ola bilər.[10] Sağlam insanlarda fiziki fəaliyyət zamanı, həzm zamanı, emosiyanal hallarda (sevinc, qorxu) sinus taxikardiyasına rast gəlmək olar.[6]
Sinus ritminin qeyri –müntəzəm növləri arasında ümumi olaraq sinus düyününün disfunksiyası (zəifliyi) olaraq adlandırılanlar bunlardır: 1) bradikardiya, 2)dayanma, 3) nizamsızlıq, 4) xronotropik xəbərdarsızlıq, 5) sinus düyünündən çıxışın blokadası.[13]
Sinus düyününün seyrək ritminə sinus bradikardiyası deyilir. Sinus bradikardiyası nadir hallarda 40 döyüntü/dəqdan aşağı olur.[6] Sinus düyününün dayandırılması sinus ritminin dayandırılmasına və atrioventrikulyar düyünün avtomatlaşdırılmasına səbəb olur ki, bu da öz növbəsində ürək dərəcəsinin dəqiqədə 40–65 döyüntü göstərdiyi bradikardiyaya gətirib çıxarır.[6]
Bu zaman açıq hemodinamik pozğunluqların baş verə bilmədiyinə görə EKQ olmadan bradikardiya növlərini ayırd etmək çox çətindir.[6]
EKQ-də qonşu RR-lər arasında fərq 0,12 s və ya daha çox olduqda patoloji sinus aritmiyası (qeyri-müntəzəm) hesab olunur.[6]
Xronotropik xəbərdarsızlıq ürək dərəcəsinin ən yüksək həddə 90–100 döyüntü/dəqdən aşağı olması ilə müəyyən edilir.[5]
Ürəyin ritmik işləməsi xüsusi ürək hüceyrələrinin xarici stimullar olmadan hərəkət potensialı yaratmaq qabiliyyəti ilə təmin edilir, Fiziologiyada qıcıqlanmış toxumaların bu qabiliyyətinə avtomatizm deyilir.[14][15][16][17][2]
Ürək dərəcəsinin əsas fizioloji rolu dəqiqəlik qan axınının həcmini bədənin cari ehtiyaclarına uyğun səviyyədə saxlamaqdır. Ürək atması ürəyin dəqiqədə vurduğu qanın miqdarıdır. O, ürək döyüntülərinin tezliyinin (yəni ürək dərəcəsi) və hər yığılmada bir mədəcikdən çıxarılan qanın həcminin(sistolik həcm, SH) dəyişməsi ilə dəyişir. Ürək atması riyazi olaraq onların məhsulu kimi təsvir edilə bilər.
Ürək atması = Ürək yığılması tezliyi * SH[18]
Davamlı taxikardiya miokard zədələnməsi (məsələn, miokard infarktı) səbəbiylə vuruşun (sistolik) həcmi azaldıqda ürək çıxışını artırmaq üçün kompensasiya mexanizmi kimi çıxış edə bilər.[8]
Bununla belə, ürək dərəcəsi miokardın oksigen tələbatını təyin edən ən vacib amillərdən biridir, taxikardiya zamanı ürək tezliyi artır və bu da miokard işemiyasının əmələ gəlməsinə səbəb olur.[8] Bunun əksi, yəni ürək dərəcəsinin azalması da miokard işemiyasını əhəmiyyətlə dərəcədə artıra bilər.[8]
Ürək dərəcəsi koronar aterosklerozun patogenezində mühüm amili olub , ürək dərəcəsinin azalmasının artması ilə müqayisədə daha az aterosklerotik damar zədələnməsinə səbəb olduğu göstərilmişdir.[8]
Ürəyin fəaliyyəti kompleks olaraq metabolitlərin , humoral amillərin və sinir sisteminin təsirləri ilə tənzimlənir.[19][20][21][22]
Ürəyin uyğunlaşma qabiliyyəti iki növ tənzimləmə mexanizmi ilə müəyyən edilir:[23]
Ürəkdaxili requlyasiyaya misal olaraq Frank-Starlinq mexanizmini göstərmək olar ki, bunun nəticəsində bütün digər amillərin dəyişməz qaldığı halda, sistol başlamazdan əvvəl (son diastolik həcm) mədəciklərdə qan həcminin artmasına cavab olaraq ürəyin vuruş həcmi artır. Bu mexanizmin fizioloji əhəmiyyəti, əsasən, sol və sağ mədəciklərdən keçən qan həcmlərinin bərabərliyini təmin etməkdən ibarətdir. Dolayı olaraq, bu mexanizm ürək dərəcəsinə də təsir edə bilir.
Ürəyin işi ürəyin qapalı olan intramural qanqliyalarında lokal intrekardial reflekslər səviyyəsində əhəmiyyətli dərəcədə dəyişilir.[20]
Əslində, urəkdaxili refleks qövsləri metasimpatik sinir sisteminin bir hissəsidir. Efferent neyronlar klassik parasimpatik refleksin (qanqlion neyronları) qövsü üçün ümumidir və azan sinirin preqanqlionik efferent lifləri boyunca ürəyin və efferent impulsların afferent təsirləri üçün "son yol" kimi təmsil olunur. Ürəkdaxili reflekslər ürək atmasının optimal səviyyəsini saxlamaq üçün zəruri olan homeo və ya heterometrik özünütənzimləmə mexanizmləri səbəbindən ürəyin fəaliyyətində yaranan dəyişikliklərin "hamarlanmasını" təmin edir.[22]
Ürək qan damarlarında, daxili orqanlarda, skelet əzələlərində və dəridə yaranan reflekslərin effektor həlqəsidir, bütün bu reflekslər avtonom sinir sisteminin müxtəlif hissələri tərəfindən həyata keçirilir və onların refleks qövsü qanqliyadan hipotalamusa qədər istənilən səviyyədə bağlana bilər.[20]
Beləliklə, Qoltz refleksi peritonun mexanoreseptorlarının qıcıqlanması səbəbilə tam ürək dayanmasına qədər bradikardiya ilə, Danan-Aşner refleksi göz qapaqlarına təsir göstərkən ürək dərəcəsinin azalması ilə özünü göstərir.[20]
Medulla oblonqatada yerləşən, avtonom sinir sisteminin bir hissəsi olan vazomotor mərkəz müxtəlif reseptorlardan belə ki, proprioseptorlar, baroreseptorlar və kemoreseptorlardan, limbik sistemin stimullarından siqnalları qəbul edir. Bu girişlərin məcmusu vazomotor mərkəzə ürək refleksləri vasitəsilə ürəyin funksiyasını olduqca dəqiq şəkildə tənzimləməyə imkan verir.[10] Vazomotor mərkəzin reflekslərinə misal olaraq barorefleksi (Sion-Lüdviq refleksi) göstərmək olar. Belə ki, qan təzyiqinin artması baroreseptor impulslarının tezliyinin artmasına səbəb olur, bu zaman vazomotor mərkəz simpatik stimullaşdırmanı azaldır və parasempatik stimullaşdırmanı artırır, bu da xüsusilə ürək dərəcəsinin azalmasına gətirib çıxarır. Bunun əksinə təzyiq azaldıqca, baroreseptorların reaksiya sürəti azalır və vazomotor mərkəz simpatik stimullaşdırmanı artırır, parasempatik stimullaşdırmanı azaldır, bu da xüsusilə ürək dərəcəsinin artmasına səbəb olur. Atrial refleks və ya Beynbridge refleksi adlanan bir refleks növü də var ki, bu refleks zamanı atriyada xüsusi baroreseptorlar iştirak edir.
Sağ azan sinirin lifləri əsasən sağ atriumu və xüsusilə də sinus düyünlərini innervasiya edir və bunun nəticəsində sağ azan sinirdən gələn təsirlər özünü mənfi xronotrop kimi göstərir, belə ki, ürək dərəcəsini azaldır.
Ürəkdən kənar requlyasiya hormonal təsirlər vasitəsilə də dəyişilir.[20] Beləliklə, tiroid hormonları (tiroksin və triiodotironin) ürək fəaliyyətini, ürək yığılmalarının sayını və kalsium dövriyyəsini artırır , impulsların daha tez-tez yaranmasına kömək edir. Tiroid hormonları da ürəyin katexolaminə, adrenalinə, norepinefrinə həssaslığını artırır.[22] Metabolit təsirlərə misal olaraq azan sinirlərin fəaliyyətinə bənzər ürəyə təsir göstərən kalium ionlarının artan konsentrasiyasının təsirini göstərmək olar. Belə ki, qanda artıq kalium ürək döyüntüsünün yavaşlamasına səbəb olur, ürək yığılmalarını zəiflədir , keçiriciliyə və oyanmağa maneə olur.[22]
Müxtəlif maddələr vasitəsilə intoksikasiya (zəhərlənmə) normal ürək ritminin pozulmasına səbəb olur.[6] Məsələn, səbəb olurlar:
Klinik tibb üçün ürək dərəcəsi normal müntəzəm sinus ritmini hər hansı bir pozğunluğu olan sinus ritmindən fərqləndirmək üçün kifayət etmir. Ona görə də daha dəqiq diaqnoz üçün elektrokardioqrafiya başda olmaqla digər üsullardan da istifadə etmək lazımdır.
Ürək ritminin dəyişkənliyinin qiymətləndirilməsi prenozooloji (həkiməqədər tibb) diaqnostikaya imkan verir.[24]
Məlum olmuşdur ki,[8] ürək dərəcəsinin, ürəyin işemik xəstəliyinin (ÜİX) inkişaf riskini və fəsadlarını qiymətləndirmək üçün proqnostik amil kimi böyük əhəmiyyəti vardır. İstirahət vəziyyətində ürək dərəcəsi 84 döyüntü/dəq-dən çox olan insanlarda müxtəlif səbəblərdən ölüm riskinin kəskin artdığı, 90–99 döyüntü/dəq ürək döyüntüləri ilə müayinə olunanlar arasında ölüm nisbətinin cinsindən və etnik mənsubiyyətindən asılı olmayaraq ürək dərəcəsi 60 döyüntü/dəq.-dən az olan şəxslərə nisbətən üç dəfə yüksək olduğu göstərilmişdir. Ürək dərəcəsinin azalması ilə ölüm nisbətinin azalması arasında xətti əlaqə aşkar edilmişdir, belə ki, ürək dərəcəsinin 1dəqiqədə 10 döyüntü/dəq azalması ölümü 15–20% azaldır.[8]