"Əl-Misri" (ərəb. المصري; mənası – misirli) — 1936–1954-cü illərdə Misirin Qahirə şəhərində nəşr olunan ərəbdilli qəzet. Qəzet mövcud olduğu dövrdə ən çox oxunan qəzetlərdən biri olmuşdur. "Əl-Misri" 4 may 1954-cü ildə Misir hakimiyyəti tərəfindən bağlanmışdır.
Əl-Misri |
---|
"Əl-Misri" 1936-cı ildə Kərim Sabit, Məhəmməd Əl Taba və Mahmud Əbu Əl-Fəth tərəfindən yaradılmışdır.[1][2] Qəzetin yaradılmasında aparıcı yəhudi iş adamı Eli Politi də köməklik etmişdir.[3] "Əl-Misri" fəaliyyətə başladıqdan bir müddət sonra Mahmud Əbu Əl-Fəth qəzeti bir neçə min dollara satın almış və onu "Vəfd" partiyasının rəsmi media orqanına çevirmişdir. Mahmud Əbu Əl-Fəthin kiçik bacıları qəzetdə işləyirdilər: Hüseyn Əbu Əl-Fəth idarəedici redaktor,[4] Əhməd Əbu Əl-Fəth "Əl-Misri" jurnalının redaktoru idi.[5]
1954-cü ilin mayında "Əl-Misri"də Camal Əbdül Nasirdən Nasserdən "Vəfd" partiyasının siyasətinə əməl etməsini tələb edən bir neçə məqalə dərc edildikdən sonra Fəth qardaşları milli maraqlara sədaqətsizlikdə ittiham edilmişdir.[4] Qəzet 4 may 1954-cü ildə qadağan edilmişdir.[6] "Əl-Misri" bağlandıqdan dərhal sonra onun nəşriyyat imkanları həmin il nəşr olunan dövlət qəzeti "Əl-Cümhuriyyə" nəşri üçün istifadə edilmişdir.[7]