Əlfiya Avzalova (tam adı: Əlfiya Avzalova, tatar. Әлфия Афзал кызы Авзалова; 15 yanvar 1933, Aktanış[d], Tatarıstan MSSR – 15 iyun 2017, Kazan) — tatar əsilli Sovet və Rusiya müğənnisi, Tatarıstan Muxtar Sovet Sosialist Respublikası əməkdar artisti və xalq artisti, RSFSR-in əməkdar artisti, Tatar Filarmoniyasının solisti və Tatarıstan Respublikasının Dövlət Mükafatı laureatı.
Əlfiya Avzalova | |
---|---|
tatar. Әлфия Афзал кызы Авзалова | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 15 yanvar 1933 |
Doğum yeri |
|
Vəfat tarixi | 15 iyun 2017 (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əlfiya Avzalova Tatarıstanın Aktanış rayonunda anadan olmuşdur. Anası vəfat etdikdən, ardınca is atası Böyük Vətən müharibəsində həlak olduqdan sonra yetim qalan Əlfiyanı xalası böyütmüşdür.
1957-ci ildə Tatar Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuş və Soltan Qabəşi, A.Klyuçarev, Mənsur Müzəffərov, Z.Həbibullinin və digər bir çox bəstəkarların əsərlərini ifa etmişdir. Onun repertuarına qədim və müasir folklor mahnılar daxil idi. Əlfiya Raisa Volkova ilə bir yerdə təhsil almış və sonralar Tatar Dövlət Filarmoniyasının bədii direktoru işləmişdir.
Ansamblda bir il işlədikdən sonra Əlfiya Avzalova musiqi məktəbinə daxil olmuşdur. Sonralar filarmoniyanın bədii rəhbərliyinin tövsiyəsi ilə Əlfiya Avzalova özünün konsert qrupunu yaratmışdı: qrup tərkibində Kərim Qəbidullinin rəhbərliyi altında orqan, gitara, musiqili klaviatura və sintezatordan ibarət, həmçinin rəqs qrupunun da olduğu "Kazan utları" adlı ansambldan ibarət idi.
Bu ansamblla birlikdə Əlfiya Avzalova Mərkəzi Asiya və Baltikyanı dövlətlərə qastrol səfərlərinə getmiş, həmçinin Moskva Leninqrad və Rusiyanın bir sıra şəhərlərində səhnə almışdı. Hər səfəri 2-3 ay çəkmiş və bu səfərlərin hər birində 100-dın çox konsert vermişdi.
Müğənninin ilk böyük uğuru 1957-ci ildə Moskvada Tatar incəsənətinin və ədəbiyyatının 10-cu ildönümündəki çıxışı olmuşdur.
Əlfiya Avzalova 85 yaşında Kazanda vəfat etmişdir.[1]