Aktanış rayonu (tatar. Актаныш районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimal-şərqində yerləşir.
Aktanış rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
55°41′ şm. e. 53°51′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Aktanış[d][1] | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 10 avqust 1930 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 127 m | ||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Respublikanın Minzələ, Muslin rayonları ilə, Başqırdıstan (İleş, Krasnokamski, Bakalı rayonları, Ağidel şəhər dairəsi) və Udmurtiya (Karakulino rayonu) ilə həmsərhəddir.
İnzibati mərkəzi Aktanış kəndidir.
Rayon ərazisindən çoxlu sayda çay axır. Bunlar arasında Avropadakı ən böyüklərindən olan Kama və Ağıdel çayları da varddır. Rayon ümumilikdə mütləq yüksəklikliyi 62-235 m olan düz yamaclı düzənlikdən ibarətdir. Ən ən aşağı nöqtələr Kama, Ağıdel və İk çaylarının yatağı boyunca Nijnekamsk hava limanının ərazisindədir. Ən yüksək yerləri rayonun cənub hissəsində yerləşir. Mütləq hündürlüyü 235 m olan ərazi Poisevo kəndin cənubunda yerləşir.
Rayonun mərkəzi hissəsindən Şərq Şabiz və Qərbi Şabiz çayları axır. Şərqi Şabizin uzunluğu 45 km, Qərbi Şabızın uzunluğu isə 30 km-dir. Hər iki çay geniş vadilərdən axır. Rayonun əsas su təchizatı su quyuları tərəfindən alınan yeraltı sular əsasında həyata keçirilir.
Ərazidə çoxlu göl və bataqlıqlar vardır. Şimal-şərq hissəsində Tatarıstan ən böyük bataqlıq-göl kompleksi olan Kulyaqaş yerləşir. Massivin ümumi sahəsi təxminən 4900 hektardır. Qərbdən şərqə 17,5 km, şimaldan cənuba 10 km məsafədə uzanır. Kulyaqaş bataqlıq massivində çoxlu göl vardır. Onlardan ən böyüyü Kulyaqaşdır.
Bölgənin iqlimi isti yay və mülayim soyuq qışla xarakteriza olunur. Əsasən hava kütlələri qərbdən gələnlərin təsiri altında əmələ gəlir. Atlantik okeanından hərəkət edən hava kütlələri isti və rütubətlidir. Bu səbəbdən yerli iqlimi yumşaldır. Soyuq hava Arktika hövzəsindən gəlir. Qışda mülayim enliklərə soyuq kontinental hava nəzarət edir. İsti tropik hava cənub-qərbdən və cənubdan, yayda cənub-şərqdən gəlir.
1920-ci ilə qədər Aktanış rayonunun ərazisi Ufa vilayətinin Minzələ mahalına daxil idi[3]. 1920-ci ildə Minzələ rayonu yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur.
Ərazi 10 avqust 1930-cu ildə təşkil edilmişdir. 1 fevral 1963-cü ildə Minzələ kolxoz-sovxoz ərazi-istehsalat idarəsinə verilir. 12 yanvar 1965-ci ildə yenidən Aktanış rayonua çevrilir.
Rayon rusların respublika ərazisində ən az olduğu yerdir (0.65%) . Buna görə tatarların yüksək nisbətində olması ilə xarakterizə olunur.