Əli Əkbər Bəhmən və ya Mirzə Əli Əkbər xan (1880 – 1956) — Qacar və Pəhləvi sülalələri dövründə xarici işlər nazirliyinin əməkdaşı kimi xidmət etmiş diplomat. Qacarların Şuşa şəhərində mərkəzləşən qolu olan Bəhməni ailəsinə mənsub olan Əli Əkbər Bəhmən həm Qacarlar, həm də Pəhləvilər dövründə səfir və nazir kimi vəzifələrdə çalışmışdır.[1]
Əli Əkbər Bəhmən | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1880 |
Vəfat tarixi | 1956 |
Fəaliyyəti | diplomat, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Zadəgan ailəsindən olduğuna və anasının şahzadə olmasına grə gənc Əli Əkbər erkən yaşdan sarayda çalışmağa başladı. O, bu zaman inzibati xidmət sahəsində çalışırdı. Onun ögəy atası mütləqiyyətin qətiyyətli eleyhdarı və islahat tərəfdarı idi. Belə ki, o, 1906-cı il Məşrutə hərəkatını dəstəkləyirdi. Onun dostu, sol meyilli konstutision siyasətçi, İran məktəb sisteminin islahatçısı Yəhya Dövlətabadi Əli Əkbəri 1907-ci ildə Rusiya Azərbaycanına Səadət məktəbində fars dilini tədris etməyə göndərdi. Burada onun ana tərəfdən bir çox qohumu yaşamaqda idi.
Rusiya inqilabı və Birinci Dünya müharibəsindən sonra bir çox iranlı Qırmızı Ordunun əlindən İrana qaçmağa çalışdı. Azərbaycandakı və İrandakı əlaqələri və qohumları hesabına Əli Əkbər bir çox iranlıya sərhədi keçməyə yardım etdi. 1919-cu ilin 26 avqustunda Qacarların Buxarestdəki fövqəladə və səlahiyyətli elçisi kimi səfər etmiş, 1921-ci ildə isə Qacarların Belçikadakı səfiri oldu. 1934–1935-ci illərdə İranın Əfqanıstandakı səfiri kimi çalışdı. 1935-ci ildə Sistan-Zabulıstan bölgəsindəki ərazi dəyişiklikləri məsələsi ilə məşğul olan Atabəy Arbitrasiyasına təyin edildi.[2] 1935-ci ildə isə nəqliyyat naziri təyin edildi.[3] 1939–1943-cü illər arasında isə İranın Misirdəki səfiri kimi fəaliyyət göstərdi. Burada səfir kimi fəaliyyət göstərərkən, o, o dövrdə İranın vəliəhd şahzadəsi olan Məhəmməd Rza Pəhləvi ilə Misir kralı Fuadın qızı, Kral Faruqun bacısı şahzadəsi Fövziyyənin evliliyini təşkil etdi. Toy 1939-cu ilin 16 martında Qahirənin Abdin sarayında baş tutdu.[4][5]
1943-cü ildə İranı Qahirə konfransında da təmsil etdikdən sonra Əli Əkbər İrana geri döndü və 1944–1946-cı illərdə ticarət naziri kimi fəaliyyət göstərdi.
Tehranda yaşayarkən buradakı möhtəşəm Gövhərşah sarayını və şəhərin şimalındakı ərazidə, Əlburz dağlarının yamacındakı Bağ-e Mustafi adlanan yerdən bağını aldı. 1967-cı ildə vəfat edən Əli Əkbər Bəhmən Tehranda Şah Əbdüləzim Məqbərəsində, anasının məzarının yanında dəfn edildi.
Əli Əkbər məşhur Qacar-Bəhməni ailəsinə mənsubdur. 1883-cü ildə Tehranda Mirzə Əli Əkbər xan adı ilə dünyaya gəlmiş və 1967-ci ildə elə orada vəfat etmişdir. 1804–1813 və 1826–1828-ci illərdə olmuş Rus-Qacar müharibələrinin qəhrəmanı Abbas Mirzənin oğlu Bəhmən Mirzə Qacarın soyundan gəlir. Bəhmən Mirzə (1810–1884) Azərbaycanın qubernatoru və xəstə qardaşı Məhəmməd şahla, körpə vəliəhd şahzadə Nəsrəddinin regenti olmuşdur. Bəhmən Mirzə sarayda nüfuzunu itirdikdən sonra Rusiyanın tabeliyində olan Qafqaza mühacirət etmişdir. Onun böyük oğlu Ənuşirəvan Mirzə (1833–1899) Qacar imperiyasına geri dönmüş və orada Məleykə Afaq xanım(1863–1917 26 oktyabr) adlanan qızı olmuşdur. Bu qız Əli Əkbərin anasıdır. Onun atası Mirzə Hüseyn Bəhnam Təbrizin zadəgan ailələrindən birinə mənsub olmuş və bu ailənin üzvləri Fətəli şah Qacarın dövründən etibarən şah sarayında xidmət etmişdirlər. Atasının erkən ölümündən sonra anası ikinci dəfə Dünbüli ailəsindən olan Ziyaülsəltənət Əmənulla xan ilə ailə həyatı qurmuşdur. Əli Əkbərin İran Məşrutə hərəkatı dövünün siyasətçisi olan ögəy atası onu siyasi karyerasındakı ilk addımlarını atmaqda təşviq etmiş, Yəhya Dövlətabadi kimi siyasətçilərlə tanış etmişdir.[6][7] 1931-ci ildə İranda soyadları qoyularkən Əli Əkbər və qardaşı Əli Əsgər, bacısı Nüsrətülmülk xanım soyad olaraq Bəhmən sözünü qəbul etmişdirlər. Bu soyadını babaları Bəhmən Mirzənin şərəfinə seçmişdirlər.[8][9]
Əli Əkbər Bəhmən Azərbaycanın şimalından olan Züleyxa xanım Hacıyeva ilə ailə həyatı qurmuş və bu evlilikdən Mehr-e Cahan Xanım Bəhmən adlı bir qızı olmuşdur.[10]