Əli Əkbər Tufan

Əli Əkbər Tufan — türk siyasətçisi.

Əli Əkbər Tufan
Doğum tarixi 14 yanvar 1874(1874-01-14)
Doğum yeri
Vəfat tarixi 11 oktyabr 1974(1974-10-11) (100 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Partiyası

Bölgədə "Ramazanoğlu" (Mələkli) adı ilə tanınan böyük bir ailəyə mənsubdur. İrəvan Rus Gimnaziyasının məzunudur.

Birinci Dünya müharibəsi illərində Cəmiyyət-i Hayriyənin İğdır təmsilçisi olaraq, Balkan müharibəsində, Rusiya-Osmanlı müharibəsində Qafqaz üzərindən nizami orduya maddi yardım toplanması işini təşkil etmiş və həyata keçirmişdir[1].

Vudro Vilsonun 14 maddəsi adına bölgəyə gələn ABŞ Baş Qərargah rəisi general Ceyms Harbord Müttəfiq dövlətləri adına Əli Əkbeər Tufan ilə bölgəni gəzərək “Böyük Ermənistan deyilən yerdə heç bir erməni görmədim” məruzəsi ilə çıxış edib. Bu vəziyyət Lozanna Sülh müqaviləsi prosesi zamanı İğdırın Türkiyə sərhədləri daxilində qalması üçün böyük əhəmiyyət kəsb edir[2][3].

Müharibə günlərində müxtəlif səbəblərdən atasını, anasını və qızını itirən Əli Əkbər Tufan Türkiyə Cümhuriyyətinin qurulmasından sonra başladılan “əhali mübadilə”si ilə Sürməli bölgəsi Türk Ocağının sədrliyini üzərinə götürür. İğdıra köçən insanların qayğısına qalmaq, bələdiyyə sahəsində araşdırmalara rəhbərlik etmək və bir çox siyasi partiyanın qurulmasında öncül olmuşdur[4].

13 noyabr 1970-ci ildə vəfat edən Əli Əkbər Tufan indiki Mələkli-Çaybaşı ailə qəbiristanlığında məqbərədə[5] dəfn edilmişdir.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

Əli Əkbər Tufan 1910-cu ildə Difai Partiyasının[6] və "İttihad-i İslam Türk Birliyi Cəmiyyəti"nin İğdır təmsilçisi, daha sonra isə Müsavat Partiyasının İrəvan nümayəndəsi kimi fəaliyyət göstərmişdir[7].

Rus çarlığının dağılmasından sonra yaranan hakimiyyət boşluğu səbəbindən doğulduğu İğdıra qayıdıb Məhəmməd Əmin Rəsulzadə ilə eyni vaxtda işləməyə başlamış[8] və türk ordusunun İğdıra çatması və İğdırı qoruması üçün burada müsəlman birliyini təşkil etmişdir[9] .

O, 5 türk və 5 ermənidən ibarət komitənin sədrliyini ermənilərin də iştirak etməsi, sədrin türk olması şərti ilə öz üzərinə götürür. Ermənilərin Bakıya hücumundan sonra İğdır ermənilər idarəçilikdən istefa verir, daha sonra İğdırın mərkəzindəki hökumət malikanəsi 4000 əhalisi olan İğdır Milli Cümhuriyyəti olan Mələkliyə köçürülür. İğdır, Tuzluca, Aralıq, Şərur, Şərqi Bəyazıd, Vedibasar, Sərdarabadı əhatə edən İğdır Milli Hökuməti elan edilir. Əli Əkbər Tufanın rəhbər seçildiyi bu respublika Zaqafqaziya Demokratik Federativ Respublikasının Parlamenti tərəfindən tanınır[10][11].

Qafqazda türk xalqını silahlandırmaq məqsədi ilə keçirilən gizli Tiflis Türk Qurultayında iştirak edən Əli Əkbər Tufan, İğdır Milli Hökumət Birliklərinin daşnak quldur dəstələrinə qarşı müdafiəsini təmin edən silah təchizatını Məhəmməd Əmin Rəsulzadənin köməyi ilə əldə edir[12].

Erməni İnqilabi Federasiyasının (Daşnaksütyun) lideri, İrəvan gimnaziyasında tələbə yoldaşı, uşaqlıq dostu “general Dro” kimi tanınan Drastamat Kanayana qarşı İğdırda vuruşur. Mələkli-Kirələr döyüşündə general Dro Əli Əkbər Tufana məğlub olur.

Əli Əkbər Tufan milli mübarizə zamanı bölgədə qurulan Araz Türk Cümhuriyyətinin, Cənub-Qərbi Qafqaz CümhuriyyətininZaqafqaziya Demokratik Federativ Respublikasının qurucuları arasında olub.

1920-ci ilin iyununda güclənən erməni hücumlarına qarşı Ərhacı bölgəsinə çəkilməyə qərar verən Əli Əkbər Tufan "12 noyabr 1920-ci il İğdırın Qurtuluş Günü" Kazım Qarabəkirin komandanlığındakı Türk Ordusunu 10 mindən çox milislə təmin edir. Araz çayı boyunca yerləşən erməni qüvvələrinə qarşı dəstək verir[4][7][9].

  1. Nahçıvan Milli Şura Başkanı Kelbi Ali Han,Yüzbaşı Halil Bey Anıları Anıları
  2. General James Harbord Raporları
  3. Hacı Ali Ekber Tufan'ın Anıları, Nizamettin Onk
  4. 1 2 http://www.igdirsevdasi.com/yazar.html (#bare_url_missing_title). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2022.
  5. http://www.igdirozelidare.gov.tr/index.php?option=com_content&view=article&id=201&Itemid=114 (#bare_url_missing_title). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2022.
  6. "Iğdır Sevdası 2'nci Cilt" (PDF). igdirsevdasi. 19 oktyabr 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 iyul 2022.
  7. 1 2 "Kafkasya'dan Anadolu'ya Iğdır tarihi". 3 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2022.
  8. "Arşivlenmiş kopya". 4 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2022.
  9. 1 2 Nizamettin Onk Kafkasya'dan Anadoluya Iğdır Tarihi
  10. Michigan State Üniversitesi
  11. "Arşivlenmiş kopya". 3 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2022.
  12. "Arşivlenmiş kopya". 3 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2022.