Əli Nağı oğlu Əliyev (1932, Nehrəm, Naxçıvan MSSR – 22 may 1995, Nehrəm, Naxçıvan Muxtar Respublikası) — Naxçıvanın əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1982).
Əli Əliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Nehrəm, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Nehrəm, Babək rayonu, Azərbaycan |
Fəaliyyəti | üzümçü, tütünçü, pambıqçı |
Partiyası | |
Mükafatları |
|
Əli Nağı oğlu Əliyev 1932-ci ildə Azərbaycan Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indi ADAU) məktəbini bitirib.[1]
30-ildən çox Babək rayonunun "Kommunizm" kalxozunda birqadir işləmiş, "Usta pambıqçı", "Usta tütünçü", "Usta üzümçü" adlarına layiq görülüb. 1976–1980-ci ildə yüksək əmək göstəricilərinə nail olmuşdur. 2 çağırış SSRİ Ali Sovetinin, 2 çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.
Gərgin əməyi yüksək qiymətləndirilən Əli Əliyev kalxozçuluq sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş, 2 dəfə "Lenin" ordeni, "Oktyabr İnqilabı", ən əsası 1982-ci ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.[2]