Naxçıvan rayonu

Bu məqalə Babək rayonu haqqındadır. Şəhər üçün üçün Babək (şəhər) səhifəsinə baxın.

Babək rayonuNaxçıvan MR-da rayon. Arazboyu düzənlikdədir. 23 oktyabr 1978-ci ildə Heydər Əliyevin qərarı ilə rayon kimi təşkil olunmuş, XI əsrdə Azərbaycanda ərəb xilafətinə qarşı xalq hərəkatına başçılıq etmiş görkəmli sərkərdə Babəkin şərəfinə belə adlandırılmışdır. Şimal-qərbdə Ermənistan, cənubda İran, eləcə də Naxçıvan MR-in Kəngərli, Şahbuz, Culfa rayonları ilə həmsərhəddir. Ərazisi 760 kvadrat kilometr, əhalisi 76.5 min nəfərdir (1. yanvar 2021). Mərkəzi Babək şəhəridir. Rayonun ərazisi 0,92 min km²., əhalisi 65040 nəfərdir. Rayonda bir şəhər, 2 qəsəbə, 33 kənd vardır. Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir.[2]

Rayon
Babək rayonu
Нахичеванский район

39°09′ şm. e. 45°24′ ş. u.HGYO


Ölkə
Daxildir Naxçıvan
İnzibati mərkəz Babək
İcra başçısı Rasim Hüseynov[d]
Tarixi və coğrafiyası
Yaradılıb 23 oktyabr 1978
Sahəsi
  • 82.842 km²
Hündürlük
986 m
Əhalisi
Əhalisi
  • 75.600 nəf. (2019)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-BAB
Poçt indeksi 6700
Avtomobil nömrəsi 67
Rəsmi sayt
Rəsmi sayt
Babək rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas zirvələri: Keçəl təpə (2744 m), Qaraquş (2617 m), Buzqov (2475 m), Anabadgədik (2081 m), Nəhəcir (1807 m)

Əsas su hövzələri: Çaylar: Araz (1072 km), Cəhriçay (45 km), Sirabçay (11 km), Qahabçay (21 km). Su anbarları: Araz, Uzunoba, Güznüt, Sirab su anbarları.

Babək rayonu 1978-ci ildə təşkil olunmuşdur. Rayon mərkəzi Naxçıvan şəhərindən 10 km cənub-şərq istiqamətində yerləşən Təzəkəndə köçürülür və buraya Babək qəsəbəsi adı verilir. 2020-ci ildən Babək şəhər statusunu alıb.

Babək rayonu. Qoç fiquru

Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I KültəpəII Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir.

Rayon mərkəzindən 4 km cənub-qərbdə Araz çayı sahilində hərbi istehkam tipli Abbasabad qalası mövcud olmuş, qala 1809–1810-cu illərdə fransız hərbi mütəxəssislərinin layihəsi əsasında tikilmiş, beşbucaq şəklində olan qala bücləri müdafiə xarakteri daşımışdır. Qala su arxı ilə əhatə olunmuş, dəfələrlə döyüş meydanına çevrilmişdir. Araz su anbarı tikilən zaman qalanın qalıqları su altında qalmışdır.[3]

Bundan başqa rayon ərazisində elmi əhəmiyyətə malik eneolit, tunc, dəmir dövrlərinə və antik dövrə aid arxeoloji abidələr, Qədim Duzdağ mədəni, orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir. Son illər rayonun Çeşməbasar kəndində "Heydər" məscidi, Qahab, Zeynəddin, Sirab kəndlərində, Nehrəm, Cəhri qəsəbələrində və Babək şəhərində memarlıq baxımından gözəl məscidlər inşa edilmişdir.

Rayonun mərkəzində Babəkin heykəli, Şəhidlərin abidə kompleksi, Nehrəmdə şəhidlər abidə kompleksi, Çeşməbasarda Şəhid bulağı, Tumbulda İkinci Dünya müharibəsi iştirakçılarının xatirə abidəsi ucaldılmışdır.[4]

Rayonıın relyefi şimalda və şərqdə, qismən dağlıq ərazilərdən ibarətdir. Belə ki, şimal hissə Duzdağ (Anabad Gədik d., 2081 m) və Dərələyəz silsilələrindən (Buzqov d., 2475 m), Qızılboğaz dağlarından (Qızılboğaz d.,1179 m) ibarətdir. Şərq hissə Zəngəzur silsiləsindən ayrılan qol və tirələrdən (Nəhəcir d., 1807 m) ibarətdir. Cənub ərazidə Gülüstan düzü (Noxuddağ, 1677 m) yerləşir. Rayonun qərb hissəsini Naxçıvan düzənliyi təşkil edir. Mərkəzi hissə, cənub və cənub-qərb ərazilərdə maili düzənliklər yayılmışdır. Bunlar Naxçıvan düzü, Böyükdüz və Gülüstan düzləridir.

Babək rayonu. Yevgeni öldürgəni

Geoloji quruluşu

[redaktə | mənbəni redaktə et]

Düzənliklərdə antropogen, dağlıq yerlərdə, əsasən, ncogen süxurları yayılmışdır.

Çayları və su hövzələri

[redaktə | mənbəni redaktə et]

Əsas çayları Araz, Cəhriçay, Sirabçay, Qahabçay çaylarıdır. Cəhri çayının mənbəyi Dərələyəz silsiləsində (2320 m) yerləşir. Sirab, Qahab və Naxçıvançayın sol qollarıdır. Bu çaylar, əsasən, yağış və qrunt suları ilə qidalanır. Mineral bulaqlarla (Sirab, Vayxır, Qahab) zəngindir.

Landşaftları və bioloji müxtəlifliyi

[redaktə | mənbəni redaktə et]

Boz və çəmən-boz, şimal ərazilərdə dağ-şabalıdı torpaqlar yayılmışdır. İqlimi cənub ərazilərdə yayı quraq keçən soyuq yarımsəhra və quru-çöl, şimal ərazilərdə isə yayı quraq keçən soyuqdur. Ərazidə yay isti, qış isə soyuq keçir. Burada bitkiliyin səhra, yarımsəhra, dağ-kserofit, dağ-bozqır, kolluq, çala-çəmən və subasar-çəmən, su-bataqlıq, petrofil (qaya-töküntü) tipləri inkişaf etmişdir. Ərazi florasında İran qulançarı, İsayev şiyavı, Qaryagin şiyavı, suyabatmış buynuzyarpaq, alabəzək allaxruza, pont yemişanı, çoxbölümlü biberşteyniya, çılpaq dorema, yumurtavari ilankölgəsi və s. nadir və endemik bitkilər yayılmışdır. Rayonun faunası üçün xarakterik olan heyvanlara İran bəbiri, Avrasiya vaşaqı, çöl pişiyi, canavar, çaqqal, tülkü, porsuq, daşlıq dələsi, bezoar keçisi, Asiya muflonu, qaban, boz dovşan, ağdöş kirpi, hind tirəndazı, qonur palazqulaq, toğlugötürən, bataqlıq bayquşu, adi sığırçın, səhra zəvzəyi, kəklik, dovdaq, böyük və kiçik qayalıq sittası, bəzgək, dağ kətanquşu, təlxə, suilanı, qara və sarı əqrəblər, bövlərdən, orta dağlıq ərazilərdə Araz su qovşağının su anbarında çoxlu balıq növləri və s. daxildir.

Geoloji təbiət abidələri

[redaktə | mənbəni redaktə et]

Qahab kəndi yaxınlığında Qaçaq Ağababa mağarası, Qazan yaylağının qərb ətəklərində Salaxana karst mağarası mövcuddur. Salaxana mağarasında 1000 baş qoyun saxlamaq mümkündür.

Nehrəm qəsəbəsi yaxınlığında, qəsəbə dərəsindən 1230 m yüksəklikdə, ümumi sahəsi 180 m² olan Nehrəm mağarası ("Kənd dərəsinin kühulu"), Sirab kəndi yaxınlığında Daşqala dağının cənub yamaclarında dəniz səviyyəsindən 1480 m yüksəklikdə, ümumi sahəsi 350 m² olan Daşqala mağarası var. Daşqala mağarası dolomitşəkilli əhəng daşından əmələ gəlmişdir.

Ərazidə kəhrizlər geniş yayılmışdır. Burada 80-ə yaxın kəhriz mövcuddur. Kəhriz qrunt sularını toplamaq və yer səthinə çıxarmaq üçün maili lağımdan ibarət yeraltı hidrotexniki sistemdir.

Naxçıvanda yayılmış əfsanəyə görə Nuh peyğəmbərin gəmisi Gilançayın yuxarı axarındakı Gəmiqayada lövbər salmışdır. Rəvayətə görə gəminin qalıqları indi də burada, Ayı çuxuru adlanan yerdədir. Digər rəvayətə görə Nuhun və arvadının qəbri buradadır. "Nuhdaban" adlı qədim kəndin xarabalığı, Nəhəcir ("Nuhəcir") dağı və kəndi vardır.

Arxeoloji abidaləri

[redaktə | mənbəni redaktə et]

Yuxarı Uzunoba kəndində tunc dövrünə aid Kültəpə abidəsi, Naxçıvan şəhəri yaxınlığında, Qızılburun nekropolu yaxınlığında orta əsrlərə aid Qızılvəng monastırı, Naxçıvan şəhəri yaxınlığında tunc dövrünə aid Çalxanqala qalası, Qaraqala kəndi yaxınlığında tunc və erkən dəmir dövrlərinə aid Qaraqala yaşayış yeri, orta əsrlərə aid Qaraqala nekropolu, Buzqov kəndi yaxınlığında m.ə. II minilliyə aid Buzqov nekropolu, Vayxır kəndi yaxınlığında e.ə. II minilliyə aid Vayxır nekropolu, Gavurqala yerləşir.

Babək rayonu. Noxuddağ (Toppuzdaş)

Tarixi-mədəni abidələri

[redaktə | mənbəni redaktə et]

Nehrəm qəsəbəsində türbə, məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleks — Nehrəm imamzadəsi yerləşir. Rəvayətə görə burada şiələrin yeddinci imamı Musa əl-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur. Cəhri qəsəbəsi yaxınlığında İşıqlar yaşayış yeri (III–XVIII əsrlər), Naxçıvan şəhəri yaxınlığında, Araz sahilində hərbi istehkam tipli Abbasabad qalası, Şıxmahmud kəndi yaxınlığında antik dövrə aid Şıxmahmud nekropolu mövcuddur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Babək rayonunda elektrik şəbəkəsi, yol təmir-istismar sahəsi, rabitə idarəsi kimi dövlət müəssisələri, sutkada 25 min kərpic (tuğla) istehsal gücünə malik Kərpic zavodu, Sirab mineral sular zavodu, Üzlük plitələr zavodu, Şərab-2 Üzüm Emalı Səhmdar Cəmiyyəti, Qoşadizə, Hacıvar və Cəhri dəyirmanları fəaliyyət göstərir. Dəyirmanlar şəxsi müəssisələrdir. Bundan başqa rayonda şəxsi qənd sexi, gəc sexləri, çörək sexi, mineral su sexləri fəaliyyət göstərir. Babək rayonunun iqtisadiyyatında emal və sənaye müəssisələri, xörək duzu, mineral su və tikinti materialları istehsalı, taxılçılıq, üzümçülük, meyvəçilik, bostançılıq, tərəvəzçilik, şəkər çuğunduru mühüm yer tutur. Burada özəl müəssisələr yaradılmışdır. Aqrar islahatlar həyata keçirilmiş, 10326,6 hektar torpaq sahəsi rayon əhalisinə paylanaraq əhali torpaq payları ilə təmin olunmuşdur. Rayonun əsas təsərrüfat fəaliyyətini kənd təsərrüfatı təşkil edir.[5]

Rayonda Babək rayon İcra Hakimiyyətinin orqanı olan "Şərqin səhəri" qəzeti 1979-cu ildən nəşr olunur. Azərbaycan Respublikasının rəsmi qəzetləri olan "Azərbaycan", "Xalq qəzeti", "Respublika", "Yeni Azərbaycan" qəzetləri və digər gündəlik dövri orqanlar, "İki sahil", "Eksperss", "Zaman" və sair qəzetlər, Naxçıvan Muxtar Respublikasında nəşr olunan "Şərq qapısı" qəzeti abunəçilərə çatdırılır və yayılır.

Bundan əlavə, rayon ərazisində AzTV, Lider TV, Space TV televiziya kanalları və radioları, Kanal-35 televiziyası, "Naxçıvanın səsi" radiosu, Türkiyə Respublikasının TRT 1 kanalı və "TRT-FM" radiosu, Rusiyanın ORT kanalı yayımlanır.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Fəttah Heydərov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini.
  • Kəmaləddin Heydərov — Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Azərbaycan bəstəkarı.
  • Tale Heydərov — "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, Qəbələ futbol klubunun prezidenti.
  • Abbasov Qurban Abbasqulu oğlu (26. oktyabr 1926, Babək rayonunun Payız kəndi – 14. sentyabr 1994, Bakı) – neftçi, mühəndis, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikasının əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı.
  • Allahyarov Kamil Hüseyn oğlu (22. sentyabr 1950, Babək rayonunun Uzunoba kəndi) – ədəbiyyatşünas, filologiya elmləri doktoru.
  • Babayev Abdulla Murtuz oğlu (1. aprel 1924, Babək rayonunun Tumbul kəndi) – xanəndə, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordeni ilə təltif edilmişdir.
  • Əkbərov Qəzənfər Qulam oğlu (1917, Babək rayonunun Cəhri kəndi – 3. avqust 1944, Belorusiya, Volojin şəhəri) – Sovet İttifaqı qəhrəmanı (ölümündən sonra, 26. oktyabr 1944). Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.
  • Əliyev Əli Nağı oğlu (1932, Babək rayonunun Nehrəm kəndi – 22. may 1995, Nehrəm kəndi) –SSRİ Ali Sovetinin deputatı, əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, iki dəfə Lenin ordeni və "Oktyabr inqilabı" ordeni ilə təltif edilib.
  • Əsgərova Roza Qasım qızı (15. avqust 1929, Babək rayonunun Qahab kəndi) – botanik, biologiya elmləri doktoru, "Azərbaycanın Qırmızı kitabı"nın müəlliflərindən biri.
  • Hacıyev Hümmət Ələkbər oğlu (10. oktyabr 1935, Babək rayonunun Nehrəm kəndi) – neftçi-geoloq, Geologiya-minerologiya elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar geoloqu, 30-a qədər elmi məqalənin, 3 ixtiranın müəllifidir.
  • Həmzəyeva Zəroş Mirzəbağır qızı (22. mart 1925, Babək rayonunun Nehrəm kəndi – 2004, Bakı) – Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
  • Hümbətov Həsən Həşim oğlu (20. may 1937, Babək rayonunun Uzunoba kəndi) – Texniki elmlər doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
  • Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu (13. noyabr 1946, Babək rayonunun Şəkərabad kəndi) – Kimya elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
  • Qasımov Həsən Allahyar oğlu (14. yanvar 1940, Babək rayonunun Qaraçuq kəndi) – İqtisad elmləri doktoru, professor.
  • Qasımov Nemət Abbasəli oğlu (27. yanvar 1940, Babək rayonunun Didivar kəndi) – Biologiya elmləri doktoru, professor, ABŞ-nin İllinoys Elmlər Akademiyasının həqiqi üzvüdür. "XX əsrin 2000 görkəmli adamı"nın diplomu və gümüş medalı, ABŞ-nin Bioqrafiya Mərkəzinin "Qızıl Ulduz" mükafatları ilə təltif olunmuşdur.
  • Quliyev Abbas Şahbaz oğlu (15. sentyabr 1916, Babək rayonunun Şəkərabad kəndi – 30. dekabr 1998, Naxçıvan şəhəri) – Sovet İttifaqı Qəhrəmanı, qvardiya kapitanı, İkinci dünya müharibəsi iştirakçısı, Qırmızı bayraq, Aleksandr Nevski, I dərəcəli "Vətən müharibəsi" ordeni və medallarla təltif edilmişdir.
  • Quliyev Kamran Məmmədqulu oğlu (9. sentyabr 1958, Babək rayonunun Zeynəddin kəndi) – Azərbaycan Respublikasının xalq artisti.
  • Mehdiyev Əqil Səftər oğlu (20. iyul 1920, Babək rayonunun Nehrəm kəndi) – səhiyyə əlaçısı, Naxçıvan MR və Azərbaycan Respublikasının əməkdar həkimi. Naxçıvan MR Absaqqalar şurasının sədri, "İstiqlal", "Şöhrət" ordenləri və medallarla təltif olunub
  • Rzayev Həbib Allahverdi oğlu (26. dekabr 1923, Babək rayonunun Nehrəm kəndi – 12. avqust 1997, Bakı) – Ədliyyə General-mayoru, İkinci dünya müharibəsi iştirakçısı, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışmış, orden və medallarla təltif edilmişdir.
  • Seyidov Mirəsgər Mirabdulla oğlu (6. fevral 1970, Babək rayonunun Qaraxanbəyli kəndi – 17. may 1992, Yuxarı Buzqov) – Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra).
  • Səfərli İslam Əhməd oğlu (12. fevral 1923, Babək rayonunun Şəkərabad kəndi – 6. noyabr 1974, Bakı) – şair, dramaturq, əməkdar İncəsənət xadimi, İkinci dünya müharibəsinin iştirakçısı.
  • Qafar Qərib — 1973 Babək rayonunun Güznüt kəndi. Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Prezident təqaüdçüsü.
  • Abbasəli İsmayılov — Vətən müharibəsi şəhidi

Ermənistanın işğalı nəticəsində dağıdılmış abidələr

[redaktə | mənbəni redaktə et]

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar erməni işğalçılarının 1990–1991-ci illərdə Babək rayonunun Yuxarı BuzqovGərməçataq kəndlərinə hücumu zamanı burada olan mədəniyyət müəssisələrinə xeyli ziyan dəymiş, onların binaları uçmuş, kitabxana fondları dağıdılmış və yanmışdır.

Yuxarı Buzqovda kitabxana binası, Aşağı Buzqovda mədəniyyət evi, Gərməçataq kəndində klub və kitabxana binaları dağıdılmışdır.

Bununla yanaşı həmin kəndlərdə əhaliyə məxsus yaşayış evləri və ictimai binalar yandırılmış və top mərmiləri ilə dağıdılmışdır.

Əhalisi əkinçilik, maldarlıq, metalişləmə, dulusçuluq ilə məşğul olmuşdur. Əhalisi haqqında daha geniş statistik məlumat

Əhalinin ümumi sayı 65040
Şəhər əhalisinin sayı, [%] 4.5849
Kənd əhalisinin sayı, [%] 95.4151
Əhalinin orta sıxlığı 72.132020
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 46.5867
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 53.4133
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 27.2909
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 4.9354
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55–60-a), [%] 54.7048
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 6.5575
Ali təhsilli əhalinin sayı, [%] 4.9508
Orta təhsilli əhalinin sayı, [%] 49.7448
Məskunlaşmış qaçqınların sayı 255
Məskunlaşmış məcburi köçkünlərin sayı 20

Ərazisi haqqında daha geniş məlumat

Ümumi ərazi, [kv.km] 901.68[6]
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 114.10
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 583.60
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 157.70
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 111.51
Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 21.00
Şoran torpaqların ümumi sahəsi, [kv.km] 92.78
# Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı
1 Nehrəm qəsəbə bələdiyyəsi 12140
2 Cəhri qəsəbə bələdiyyəsi 8283
3 Babək şəhər bələdiyyəsi 2965
4 Şıxmahmud kənd bələdiyyəsi 2795
5 Sirab kənd bələdiyyəsi 2661
6 Zeynəddin kənd bələdiyyəsi 2377
7 Qaraçuq kənd bələdiyyəsi 2638
8 Qahab kənd bələdiyyəsi 2612
9 Qaraxanbəyli kənd bələdiyyəsi 2353
10 Kültəpə kənd bələdiyyəsi 1859
11 Tumbul kənd bələdiyyəsi 1556
12 Güznüt kənd bələdiyyəsi 1529
13 Kərimbəyli kənd bələdiyyəsi 1462
14 Yarımca kənd bələdiyyəsi 1336
15 Vayxır kənd bələdiyyəsi 1290
16 Didivar kənd bələdiyyəsi 1288
17 Qoşadizə kənd bələdiyyəsi 1283
18 Bulqan kənd bələdiyyəsi 1127
19 Payız kənd bələdiyyəsi 1051
20 Nəzərabad kənd bələdiyyəsi 1036
21 Aşağı Buzqov kənd bələdiyyəsi 979
22 Şəkərabad kənd bələdiyyəsi 937
23 Çeşməbasar kənd bələdiyyəsi 896
24 Məzrə kənd bələdiyyəsi 825
25 Hacıvar kənd bələdiyyəsi 704
26 Xəlilli kənd bələdiyyəsi 615
27 Qaraqala kənd bələdiyyəsi 555
28 Xalxal kənd bələdiyyəsi 552
29 Yuxarı Uzunoba kənd bələdiyyəsi 541
30 Naxışnərgiz kənd bələdiyyəsi 502
31 Gərməçataq kənd bələdiyyəsi 498
32 Kalbaoruc Dizə kənd bələdiyyəsi 494
33 Gülşənabad kənd bələdiyyəsi 492
34 Məmmədrza Dizə kənd bələdiyyəsi 487
35 Aşağı Uzunoba kənd bələdiyyəsi 435
36 Bədəşxan kənd bələdiyyəsi 274
37 Araz kənd bələdiyyəsi 243
38 Yuxarı Buzqov kənd bələdiyyəsi 154
39 Nəcəfəlidizə kənd bələdiyyəsi 145
40 Cəmi 63969
  1. https://www.stat.gov.az/source/demoqraphy/ap/az/population_2019.zip.
  2. "Arxivlənmiş surət". 2017-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
  3. Q. Məmmədov, E. Yusifov, M. Xəlilov, V. Kərimov. Azərbaycan Ekotruzim potensialı. Babək rayonu
  4. "Arxivlənmiş surət" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-16.
  5. Babək rayonu haqqında ümumi məlumat [ölü keçid]
  6. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – İnzibati ərazi vahidləri : Babək rayonu [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]