Əli Əliyev (professor)

Əli Əliyev (azərb. Əli Musa oğlu Əliyev‎; 20 may 1933, Dəhnəz, Vedi rayonu23 aprel 2016, Bakı) — azərbaycanlı alim, professor, "Şöhrət" ordeni laureatı.

Əli Əliyev
Əli Musa oğlu Əliyev
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Alma-mater Azərbaycan Politexnik İnstitutu
Təhsili Azərbaycan Texniki Universiteti
Mükafatları "Şöhrət" ordeni

Əli Əliyev 1933-cü il may ayının 20-də Ermənistan Respublikasının Vedi rayonunun Dəhnəz kəndində anadan olmuşdur. Valideynləri ilə birlikdə Qazaxıstana sürgün edilmişdir. Uşaqlıq və məktəb illəri Qazaxıstanda keçən Ə. Əliyev 1947-ci ildə Sverdlov rayonunun Mixaylovsk orta məktəbini bitirdikdən sonra Frunze Sənaye Texnikumunun "Şəhər yollarının və körpülərin tikintisi" fakültəsinə daxil olmuş və 1953-cü ildə oranı bitirmişdir. Həmin il Qırğızıstan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyinin "Yolmühəndistikin-ti" trestində mühəndis-layihəçi, sonradan isə tikintinin baş mühəndisi vəzifəsində çalışmışdır. Ümumittifaq miqyasında ən böyük layihələrin tikintisində fəal iştirak etmişdir. 1955-ci ilin dekabr ayından 1958-ci ilin mart ayına qədər Sovet Ordusu sıralarında xidmət etmişdir. 1958-ci ildə Saratov Ümumittifaq Avtomobil yolları İnstitutuna daxil olmuş, sonradan Bakıya köçmələri ilə əlaqədar olaraq təhsilini Azərbaycan Politexnik İnstitutunda davam etdirmiş və oranı 1965-ci ildə bitirmişdir. 1972-ci ildə Bakı şəhərində yeni yaradılmış "Xüsusiləşdirilmiş yol tresti"nə rəis təyin edilmişdir. Ə. M. Əliyev istehsalat fəaliyyəti ilə bərabər elmi axtarışlarla məşğul olmuş, 1973-cü ildə "Aktivləşdirilmiş mineral tozlu asfaltbetonların tədqiqi" mövzusunda namizədlik dissertasiyası, 1984-cü ildə isə "Asfaltbetonun regenerasiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Professor Ə. M. Əliyevin təklif etdiyi aktivləşdirilmiş mineral tozlardan istifadə etməklə asfaltbeton qarışıqlarının hazırlanması üzrə yeni texnologiya hal-hazırda bir sıra MDB ölkələrində avtomobil yollarının və aerodromların uçuş-enmə zolaqlarının tikintisində geniş tətbiq olunur. 1985-ci ildə Ə. Əliyev istehsalatdan ayrılmadan Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Avtomobil yolları, körpü və tunellər" kafedrasında pedoqoji fəaliyyət göstərmişdir. 1989-cu ildə "Avtomobil yolları, körpü və tunellər" kafedrası üzrə professor alimlik dərcəsi almışdır.

Professor Ə. M. Əliyev Ali Attestasiya Komissiyasının elmi şurasının üzvü idi.

Professor Ə. M. Əliyevin rəhbərliyi altında "Azərbaycan Respublikasında asfaltbeton örtüklü yol və aerodrom geyimlərinin tikintisi üzrə Rəhbərlik" texniki-normativ sənədi hazırlanmış və Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmişdir və 01 iyun 2004-cü il tarixdən qüvvəyə minmişdir.

Beynəlxalq Eko-Energetika Akademiyasının akademikidir. 2001 və 2003-cü ilin yekunlarına görə "KONSULTİNQ & BUSİNESS" jurnalının təsis etdiyi "Uğur" Milli Mükafatının laureatı olmuşdur.

2004-cü ildə "Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası"nın fəxri doktoru adına, "İlin ziyalısı" Beynəlxalq Diplomuna layiq görülmüşdür.

Ə. M. Əliyev 2004-cü il üçün Türkiyənin İLESAM (Elm və Sənət Əsəri Sahibləri Məslək Birliyinin) Elm sahəsində Türk Dünyasına xidmət mükafatı ilə təltif edilmişdir.

Ə. M. Əliyev "Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası"nın Ali İdarəetmə Komitəsinin 12 oktyabr 2004-cü il tarixli 2 saylı qə-rarı ilə "Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası"nın vitse-prezidenti seçilmiş, 10 dekabr 2004-jü il tarixli 5 saylı qərarı ilə "İlin Elm Ada-mı" beynəlxalq diplomuna layiq görülmüşdür.

Ə. M. Əliyev 2005-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Türk Dünyasına xidmət" Qızıl Medalı ilə (təltif olunanlar ara-sında Türkiyənin 9-cu prezidenti S. Dəmriəl, Qazaxıstan Respublikasının Prezidenti N. Nazarbayev və s.vardır), Kiyev Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü seçilməklə "Elmin və təhsilin inkişafındakı xidmətlərə görə" Qızıl ordeni ilə təltif olunmuşdur.

2005-ci ilin iyulunda Qırğızıstan Hökumətinin dəvəti ilə qardaş Respublikada səfərdə olan professor Ə. M. Əliyevin şərəfinə Narın çayı üzərində onun baş mühəndisliyi ilə salınmış ən böyük körpülərdən birinə "Qırğızıstan-Azərbaycan Dostluq Körpüsü" adı verilmiş və korpünün üzərinə xatirə lövhəsi vurulmuşdur.

2006-cı ildə mərkəzi Bolqarıstanın paytaxtı Sofiya şəhərində yerləşən Avropa Mədəniyyət Akademiyasının akademiki seçilmişdir.

2006-cı ildə Türk Dünyası üzrə "İlin ziyalısı" Beynəlxalq ödülünə layiq görülmüş və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademyasının təsis etdiyi Beynəlxalq ATATÜRK mükafatının 1 saylı diplomu ilə təltif olunmuşdur.

Ə. M. Əliyev "Qırmızı Əmək Bayrağı" ordeni ilə, bir çox medallarla və Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı ilə mükafatlandırılmışdır.

9 aprel 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə Ə. M. Əliyev "Şöhrət" ordeni ilə təltif edilmişdir[1].

Biznes fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ə. M. Əliyev 1999-cu ilin dekabrından 23 aprel 2016-cı ilədək "AZVİRT" MMC-nin baş direktoru vəzifəsində çalışıb. Strateji əhəmiyyətli "Böyük İpək Yolu"nun bərpasında fəal iştirak edib.

Ə. M. Əliyevin 80-ə qədər elmi işi, 3 monoqrafiyası, 1 metodik kitabı və "Yol-tikinti materialları" adlı 1 dərsliyi, "Nəqliyyat magistrallarının tikintisinin əsasları" kitabı çap edilmiş, iki cildlik "Avtomobil yollarının və aerodromların tikintisi" kitabı isə nəşrə hazırlanır.

Nəşr olunmuş kitabları

[redaktə | mənbəni redaktə et]
  1. Алиев А. М. Асфальтобетон в условиях жаркого климата. Баку, Азербайджанское Государственное Издательство, 1980, 108 с.
  2. Алиев А. М. Регенерация асфальтобетон а. Баку, Азербайджанское Государственное Издательство, 1985, 267 с.
  3. Ə. M. Əliyev, K. Ə. Əliyev. Yol-inşaat materialları, Bakı, "Azərbayjan En-siklopediyası" nəşriyyat-poliqrafiya birliyi, 1997, 441 səh.
  4. Алиев А. М. и др. Основы строительства транспортных магистралей. Баку,Изд. "Тахсил", 2003.
  5. Ə. M. Əliyev, K. Ə. Əliyev. Avtomobil yollarının və aerodromların tikilmə-si. I və II cild.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. ""İnşaatçılar Günü" peşə bayramı münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında". e-qanun.az (azərb.). 9 aprel 2010. 2016-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2016.