Qırğızıstan Respublikası

Qırğızıstan (qırğız. Кыргызстан; rus. Киргизия) və ya rəsmi adı ilə Qırğız Respublikası (qırğız. Кыргыз Республикасы; rus. Кыргызская Республика)Mərkəzi Asiyada dövlət. Qırğızıstanın dənizə çıxışı yoxdur və ərazisinin əksər hissəsi Tyan-Şan, Talas, Qırğız, Türküstan dağları ilə əhatə olunmuşdur. Şimalda Qazaxıstan, qərb və cənub-qərbdə Özbəkistan, cənubda Tacikistan, şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bişkek şəhəri, ümumi sahəsi 199,951 kvadrat kilometrdir. Qırğızıstan 31 avqust 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir.

Qırğızıstan
Кыргыз Республикасы
Kyrgyz Respublikasy
Кыргызская Республика
Kyrgyzskaya Respublika
Bayraq Gerb
Bayraq Gerb
Oasis on the Great Silk Road, Gwerddon ar y Ffordd y Sidan Ysblennydd
Himn: 
Tarixi
 • Müstəqilliyin elan edilməsi 31 avqust 1991
 • Müstəqilliyin təsdiq olunması 25 dekabr 1991
Rəsmi dilləri
Paytaxt Bişkek-870 min(2015-ci il)
İdarəetmə forması Parlament respublikası[1]
Prezident Sadır Japarov
Baş Nazir Sapar İsakov
Sahəsi Dünyada 87-ci
 • Ümumi 199900 km²
 • Su sahəsi (%) 3,6%
Əhalisi
 • Əhali 5 720 min[2][3] nəfər (111-ci)
 • Sıxlıq 28 nəf./km² (176-cı)
 • Ümumi 8.740.681.889 $[4], 10.930.644.915 $[4]
ÜDM (AQP)
 • Ümumi 19,1 milyard dollar  (143-cü)
 • Adambaşına 3 400 dollar  (181-ci)
ÜDM (nominal)
 • Ümumi (2008) $5,05 milyard dollar
 • Adambaşına $950 dollar
İİİ (2013) 0.622 (azalış; 125-ci)
Valyuta Qırğızıstan somu
İnternet domeni .kg
ISO kodu KG
BOK kodu KGZ
Telefon kodu +996
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Qırğızıstan
Tyan Şan dağları
Qırğızıstan xəritəsi

Dənizə çıxışı olmayan Qırğızıstanın qonşuları şimalda Qazaxıstan, qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan və cənub-şərqdə Çin Xalq Respublikasıdır. Tanrı dağları ölkənin 80%-ini əhatə etdiyi üçün ölkəni bəzən "Mərkəzi Asiyaın İsveçrəsi" adlandırırlar[5]. Tanrı dağlarının şimal-qərbində yerləşən və ölkənin ən böyük gölü olan İsıkgöl gölü Titikakadan sonra dünyanın ən hündür dağ gölüdür.

Qırğızıstan dövlətinin əyalətləri
Bişkek

Coğrafi mövqeyi və təbiəti

[redaktə | mənbəni redaktə et]

Qırğızıstan Respubliikası Mərkəzi Asiyada, okeanlardan uzaq, materik daxilində yüksək dağlıq regionda – Tyanşan, Talas, Qırğız, Türküstan dağlarında yerləşir. Ən uca zirvələri Qələbə piki (7439 metr) və Xan-Tenqridir (6995 metr). Dağlar arasında geniş İssıkkul, Narın, Talas vadiləri və Fərqanə çökəkliyinin Qırğızıstana aid olan cənub və şərq dağətəyi sahələri yerləşir. Ərazinin 95%-I 1000 metrdən yüksəkdə yerləşir. Qırğızıstan dağlarının geoloji quruluşunda, əsasən, Paleozoy erasının müxtəlif mənşəli süxurları iştirak edir. Dağəmələgəlmə prosesi davam edir. Kaynozoy çöküntüləri isə yalnız dağarası çökəkliklərdə və dağətəyində yayılmışdır. Qırğızıstanda əlvan metallar – mis, molibden, dəmir filizi, qızıl, civə, qurğuşun yataqları, dağarası çökəkliklərdə isə neft və kömür ehtiyatları mövcuddur.

Qırğızıstan ərazisi subtropik və mülayim iqlim qurşağında yerləşir. Orta və yüksək dağlıqda sərt iqlim, dağarası çökəkliklərdə bir qədər mülayim iqlim hakimdir. Ən isti ayın orta temperaturu dağarası çökəkliklərdə (məsələn, İssıkkul çökəkliyində) 16–22 °C, qarlı və buzlu zirvələrdə 0 °C-dən aşağıdır. Yanvar ayında dağətəyi və düzənlik sahələrdə orta aylıq temperatur −1 °C olduğu halda, dağlıq ərazilərdə 15 °C −27 °C olur. Yağıntılar düzənlik və qapalı çökəkliklərdə 100 mm-dən 300 mm-ə qədər, dağlarda isə 900–100 mm-dək artır.

Qırğızıstan çayları Aral, Tarım, İssıkkul və Balxaş hövzələrinə aiddir. Çayların əksəriyyəti yayda daşır. Orta dağlığın çayları yeraltı, yağış və qar sularından qidalanır, əsasən yazda, və qismən yayda daşır. Çaylar böyük enerji mənbəyidir. Çu, Narın, Çatkal, Aksay çayları daha böyükdür. Onların üzərində su anbarları və su elektrik stansiyaları tikilmişdir. Məsələn Narın çayı üzərində Toktoqul SES-i inşa olunmuşdur. Respublikada 2 mindən artıq dağ gölü var. Bunlardan ən böyükləri İssıkkul, Songöl və Çatırgöldür.

Torpaq və bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Torpaq və bitki örtüyü yüksəkliyə görə və yamacların səmtindən asılı olaraq kəskin dəyişir. Dağətəyi qapalı çökəkliklərdə və dağların qərb yamaclarında, əsasən, boz və boz-qonur torpaqlar, səhra və yarımsəhra bitkiləri inkişaf etmişdir. Çox yağıntı alan yüksəkliklərdə küknar, qoz meşələri, Türküstan, Alatau, Talas dağlarında meşə-kollar yayılmışdır. Yüksək dağ vadilərində hündürlükdən asılı olaraq dağ-çöl, dağ-çəmən, dağ-tundra bitkiləri geniş yer tutur və heyvandarlığın inkişafında böyük rol oynayır. Uca dağ massivləri daimi qar və buzlarla örtülüdür. Buzlaqların ümumi sahəsi 6578 km²-dən artıqdır. Xan-Tenqri massivindəki buzlaq daha nəhəngdir.

border=none Əsas məqalə: Qırğızıstan əhalisi

Qırğızların etnik tarixi hun, sak və usun qəbilələri ilə bağlıdır. Bu qədim türk qəbilələri e.ə VII əsrdə köçəri tayfa ittifaqları yaratmışdılar. Sonrakı əsrlərdə Qırğızıstan ərazisi müxtəlif yadelli dövlətlərin əsarəti altına düşmüşdür. Ölkə XIX əsrdə Rusiyanın tərkibinə daxil edilmişdir. Qırğızıstan 1991-ci ildən müstəqilliyini elan etmiş parlamentli respublikadır. Ölkənin başçısı prezidentdir.

Qırğızıstan çoxmillətli ölkədir. Burada ruslar, özbəklər, ukraynalılar, tatarlar, qazaxlar, taciklər, uyğurlar, almanlar və 1930–1940-cı ilərdə buraya sürgün olunan azərbaycanlılar yaşayır.

Ölkənin relyefii əhalinin məskunlaşmasına və ərazinin təsərrüfat baxımından mənimsənilməsinə güclü təsir etmişdir. Əhalinin 80%-dən çoxu dağətəyi düzənliklərdə və çay vadilərində cəmləşmişdir. Təbii artım yüksəkdir – hər 1000 nəfərdə 16 nəfər. Orta sıxlıq 1 km²- 27 nəfərdir. Əhalisi çox sıx olan ərazilər Çu, FərqanəTalas vadiləridir.

Əmək ehtiyatlarının sürətlə artması əhalinin işlə təmin edilməsini çətinləşdirir. Bu, xüsusilə, qadın əməyindən istifadə olunmasında özünü qabarıq göstərir. Şəhər əhalisinin demək olar ki, 40%-i Qırğızıstanın paytaxtı Bişkek şəhərində yaşayır. Qırğızlar cəm halda ölkə sərhədlərindən kənarda da yaşayırlar.

Bişkek şəhəri dəmir və avtomobil yolları ilə Mərkəzi Asiyanın digər respublikaları ilə əlaqələnir. Şəhər ölkənin böyük elm və mədəniyyət mərkəzidir. Burada Elmlər Akademiyası, ali məktəblər, teatrlar, muzeylər və s. var.

Müasir iqtisadi-sosial vəziyyət

[redaktə | mənbəni redaktə et]

Qırğızıstan iqtisadiyyatına görə aqrar-sənaye ölkəsidir. Ölkə müstəqillik qazandıqdan sonra dövlət əmlakının özəlləşdirilməsi prosesi hələ də davam edir. Müstəqilliyin ilk illərində təsərrüfatın bütün sahələrində tənəzzül baş vermişdir. Elektroenergetika, yüngül, yeyinti sənayeləri, o cümlədən əlvan metallurgiya və maşınqayırma sənayesi ixtisaslaşmış sahələrdir.

Elektrik enerjisi ölkənin cənubunda Narın çayı üzərindəki SES-lər kaskadında cəmlənmişdir.

Əlvan metallurgiya sənayenin mühüm sahəsidir. Civə, sürmə, qalay, qurğuşun-sink filizləri çıxarılır. Tikinti materialları, yüngül (pambıqtəmizləmə, dəri-ayaqqabı, toxuculuq) və yeyinti (ət, süd, dənüyütmə) sənayesi var.

Aqrar-sənaye kompleksi

[redaktə | mənbəni redaktə et]

Aqrar-sənaye kompleksi Qırğızıstan üçün həmişə önəmli olmuşdur. Digər sahələrin inkişafında olan gerilik kənd təsərrüfatında, xüsusilə heyvandarlıqda hiss olunmaqdadır.

Əkin sahələri cəmi 1.4 milyon hektardır. Buna baxmayaraq, Qırğızıstanda ildə on minlərlə ton pambıq, taxıl, tütün, üzüm, kartof, tərəvəz yığılır. Qırğızıstan taxıla olan tələbatını ödəyir. Çu və Fərqanə vadilərində bağçılıq və üzümçülük inkişaf etmişdir.

Qırğızıstanda kənd təsərrüfatı heyvandarlığa əsaslanır. Buna səbəb təbii yem bazasının geniş olmasıdır. Heyvandarlığın aparıcı sahələri zərifyunlu qoyunçuluqatçılıqdır. İldə 15 min tondan (dünyada üçüncü yer) çox yun istehsal edilir. Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 88%-i özəl müəssisələrin payına düşür.

Ölkə ərazisi dəmir yolu nəqliyyatı ilə tam təmin olunmasa da, xarici iqtisadi əlaqələr, əsasən, dəmir yolu vasitəsi ilə həyata keçirilir. Əsas avtomobil yolları Bişkek-, Bişkek-Balıqçı, Bişkek-Narın respublikanın ən mühüm sənaye və kənd təsərrüfatı rayonlarını birləşdirir.

Təyyarə uçuşları 50-dən çox dövlətə reysləri olan "Kırqızstan aba jolloru" aviaşirkəti tərəfindən həyata keçirilir.

Mərkəzi Asiyanın füsunkar təbiət abidəsi olan İssıkkul gölü beynəlxalq əhəmiyyətli turizm, müalicə və istirahət mərkəzidir. Gölü dünya turizm mərkəzlərindən birinə çevirmək üçün dövlət proqramı hazırlanmışdır.

İqtisadi əlaqələri

[redaktə | mənbəni redaktə et]

Qırğızıstan Mərkəzi Asiyada Ümumdünya Ticarət Təşkilatına daxil olan yeganə ölkədir. Ölkədə istehsal olunan əlvan metalların 40%-dən çoxu ixrac olunur. Qazaxıstan, Tacikistan, Özbəkistan, ABŞ, Türkiyə, AFR, Çin, Rusiya, İsveçrə ilə ticarət əlaqələri var.

Qırğızıstan bir sıra beynəlxalq və regional təşkilatların – BMT, MDB, Avrasiya İqtisadi Birliyi, Mərkəzi Asiya Əməkdaşlığı və s.-nin üzvüdür.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Qırğız xalqının kəşməkəşli tarixi görkəmli yazıçı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərində öz əksini tapmışdır.
  • Çin Xalq Respublikasında əhalisi qırğızlardan ibarət Qızılsu-Qırğız Muxtar Vilayəti mövcuddur.
  • Qırğız xalqının tarixi "Manas" dastanında əks olunmuşdur
  • Qırğızlar dünyada ət və süd məhsullarından ən çox istifadə edən xalqlardan biridir. Ənənəvi içki-yaşıl çay və kumısdır.[6] Onlar bayram günlərində öz milli geyimlərini (canavar dərisindən hazırlanmış baş geyimi) geyir, "yurta"larda dincəlməyə üstünlük verirlər.
  • İssıkkul, okean səviyyəsindən 1600 metr hündürlükdə yerləşməsinə baxmayaraq, donmur. Gölün müqəddəsliyi haqqında çoxlu əfsanələr vardır.
  • 2023-cü ildə bayrağı dəyişdirildi
  1. "APA. Qırğızıstan parlament respublikası oldu". 2010-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-02.
  2. Национальный статистический комитет Кыргызской Республики: Численность постоянного населения Кыргызской Республики, по предварительной оценке, на 1 января 2013 г. Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine
  3. Кыргызское телеграфное агентство — КирТАГ: Численность населения Кыргызстана за 2012 год увеличилась на 2% и составила 5 млн 663 тыс. человек Arxivləşdirilib 2013-12-24 at the Wayback Machine. Дата публикации: 2013, Февраль 15
  4. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  5. "Times Online". 2015-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-01-02.
  6. "Arxivlənmiş surət". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
Qırğızıstanın vilayətləri
BatkənÇuyİsıkgölCəlalabadNarinTalas