Əli Əliyev (tarixçi)

Əliyev Əli İbrahim oğlu (23 mart 1904, Şərur rayonu4 aprel 1997, Naxçıvan) — ictimai-siyasi xadim, tarixçi, pedaqoq. Tarix elmləri namizədi (1949), dosent (1951), Azərbaycan Respublikasının əməkdar müəllimi (1979).

Əli Əliyev
Əli İbrahim oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Yuxarı Yaycı, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (93 yaşında)
Vəfat yeri Naxçıvan, Naxçıvan MR, Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni

Əliyev Əli İbrahim oğlu ilk təhsilini əvvəlcə Yaycı kəndi "üsuli-cədid" məktəbində almış, sonralar isə Mahmudkənd və Cəlilkənd məktəblərində davam etdirmişdir. 1925-ci ildə Bakıda birillik kursu bitirdikdən sonra Şərur qəzasının Yenicə nahiyə komsomol komitəsinin katibi vəzifəsində çalışıb, 1927-28 ci illərdə ordu sıralarında xidmət edib. 1932-ci ildə Tiflis Zaqafqaziya Kommunist Universitetini bitirdikdən sonra, 1933-cü ildə N.Y.Marr adına Moskva Şərqşünaslıq İnistitutuna daxil olmuşdur. Lakin maddi çətinliklər üzündən təhsilini yarımçıq qoyub Naxçıvana qayıtmış, Naxçıvan Pedaqoji Texnikumunun direktoru vəzifəsində çalışmağa başlamışdır. 1938-41 ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında (akad.A. M. Pankratovanın rəhbərliyi ilə) təhsil almış və Azərbaycanda kəndli hərəkatı mövzusunda müdafiə etmişdir.[1] Bu həm də XX əsrin birinci yarısında Azərbaycandan kənarda müdafiə edilən ilk namizədlik disertasiyalarından biridir.[2] 1941-47 ci illərdə Naxçıvan MSSR Xalq Maarif komissarı,Naxçıvan MSSR Maarif Naziri,1951-67 illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində çalışmışdır.[1] Əli Əliyevin səyilə Şərurun Yengicə Sədərək,Qarxun,Comaxdur, Mahmudkənd, İbadulla,Çərçiboğan kənd şagirdlərinə isti nahar verilir. 1944-cü ildə Ermənistandan gəlmiş sahibsiz uşaqlar üçün Baş Noraşendə uşaq evi açılır. 1953-cü ildən, akad.Yusif Məmmədəliyevin Azərbaycan Respublikası üzrə fəxri sədri olduğu "Bilik" Maarifçilik Cəmiyyətinin Naxçıvan vilayəti üzrə fəxri sədri olmuşdur.[3] 1967-70 illərdə Azərbaycan Dövlət Pedaqoji İnistitutunda (indiki Naxçıvan Dövlət Universiteti) Naxçıvan filialının təşkilatçısı və ilk direktoru, sonralar 1970-ci ildən 1980-cı ilədək Naxçıvan Pedaqoi İnistitutunun tarix kafedrasının müdiri olmuşdur.[2] 1981-ci ildən Respublika əhəmiyyətli Fərdi təqaüdçü idi. 19-20 əsrlərdə Rus İmperiyası dövründə Azərbaycanda kəndli hərəkatı tarixinin ilk araşdırcısıdr. 1967 ci ildə ilk dəfə olaraq Naxçıvan xanlarının şəcərə cədvəlini tərtib etmişdir və 300 dən artıq elmi məqalə müəllifidir.Əli Əliyev 1966-cı ildə Andronik tərəfindən 1918-ci ildə dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Sovet İttifaqı rəhbərliyinə,MK-nin birinci katibi Leonid Brejnevə bir neçə etiraz məktubları göndərmişdir.[4] Əli Əliyev Azərbaycan alimlərindən ilk olaraq Andronikin Ərzurumda, Naxçıvanda, Dərələyəzdə, Zəngəzur və Qarabağdakı qanlı əməllərini ictimaiyyətə çatdırmışdır.[5][6] Tədqiqarlarında erməni millətçilərinin türk xalqlarına qarşı soyqırım siyasəti, erməni-daşnaq terorrizmi ifşa edilmişdir[7]. Abbasqulu Bəy Şadlınski, Cəmşid Naxçıvanski, Araz-Türk Respublikası haqqında ilk elmi məlumat Əli Əliyevə məxsusdur. 2-7-ci çağırış Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur.1949-uncu ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində Əli Əliyev fondu mövcuddur.

== FOTO ŞƏKİL ==
Nəsil şəcərəsi

Həyat yoldaşı:

  • Əliyeva Tükəzban Səfər qızı, Naxçıvan MR "Əməkdar Müəlliməsi" (Naxçıvan şəhəri 1914 - 1988)

Oğlu:

Qızı:

  • Əliyeva Rəna Əli qızı, Şərqşünas,pedaqoq.

Nəvəsi:

  • Əliyev Nail Arif oğlu, Şərqşünas, tarix üzrə fəlsəfə doktoru.
  • Əliyeva Aytən Arif qızı, Filalogiya üzrə fəlsəfə doktoru,dosent.
  1. 1 2 "Naxçıvan ensiklopediyası: I cild" Əli Əliyev İbrahim öğlu. səh169 ( (azərb.)). http://www.ebooks.az/view/35DRrNYS.pdf Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine Arxivləşdirilib: [1] saytından 2015-02-25 tarixində. İstifadə tarixi: 2015-02-25.(2005).
  2. 1 2 İsa Həbibbəyli,Nuhçıxandan Naxçıvana,səh636-641,664.Bakı., 2015, "Elm və Təhsil"
  3. "Əli Əliyev, Əlincə yaddaşı, kitab1-2 səh.160,Bakl.,1997-2004 "Elm və Həyat"". 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.
  4. "Əli Əliyevin Leonid Brejnevə məktubu.08.05.1965. // RDƏYTA,f.5,s.33,i.221,v.37 Yenədə orada,v.37-39". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-29.
  5. "M.Anderson və Ş.Çivadze. Əli Əliyevin məktubuna rəy.14.06.1965.RDƏYTA,f.5,s.33,i.221,v.51". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-29.
  6. "V.Stepakov və T.Kuprikovun Sov.İKP MK-ya arayışı.25.06.1965.RDƏYTA,f.5,s.33,i.221,v.36". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-29.
  7. Azərbaycanda Sovet Liberalizmi Hakimiyyət. Ziyallılar. Xalq.(1959-1969). Bakı.2018[ölü keçid] səh468-472