Əli Adayev

Əli Adayev (bilinmir3 yanvar 1995, Qroznı) — tanınmamış İçkeriya komandiri, Birinci Çeçenistan müharibəsinin fəal iştirakçısı, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Mərkəzi Cəbhə komandirinin qərargah rəisi. Məşhur və tarixi ifadənin müəllifi: "Alik, oğlanları apar". Çeçen İçkeriya Respublikasının Prezidenti Cövhər Dudayevin fərmanı ilə ölümündən sonra Çeçen İçkeriya Respublikasının dövlət mükafatı olan “Xalq Qəhrəmanı” ordeni ilə təltif edilmişdir.

Əli Adayev
Doğum tarixi bilinmir
Vəfat tarixi 3 yanvar 1995(1995-01-03)
Vəfat yeri

Əli Adayev Birinci Çeçenistan və Gürcü-Abxaz müharibələrinin fəal iştirakçısı olmuşdur. Əli Adayev sonralar müasir Çeçenistanda məşhurlaşan və tez-tez internet-mem kimi istifadə edilən məşhur və tarixi “Alik, oğlanları götür” ifadəsinin müəllifidir. 1992-1993-cü illərdə Adayev Qafqaz Xalqları Konfederasiyası qüvvələrinin komandanı olan Şamil Basayevin rəhbərliyi altında abxazların tərəfində gürcü-abxaz müharibəsində vuruşmuşdur.

1992-ci ildə Əli Adayev bir qrup çeçenlə gürcü-abxaz müharibəsində iştirak etmək üçün Abxaziyaya gedərkən Çeçenistan Respublikası ilə Kabardin-Balkariya sərhədində rus hərbçiləri tərəfindən dayandırılır. Axtarış zamanı bunların gürcü-abxaz müharibəsinə gedən çeçen könüllüləri olduğunu anlayan rus əsgərləri onlara avtomatları tuşlayıb və silahlarını yerə qoyaraq təslim olmalarını əmr edir. Bu zaman Əli əsgərlərdən birini tutub qumbaranın içindən sancağı çıxarıb silahı yerə atmağı əmr edir. Adayev tutduğu əsgərə əmr edərək deyir: “Rəqs elə!” Əsgər titrək səslə soruşur: “Nə rəqs edim”. Əli ona cavab verir: "Lambada!". O vaxtdan o, “Lambada” ləqəbi ilə tanınır[1].

Adayev Abxaziyadan qayıtdıqdan sonra Beslan Qantemirov, Umar Avturxanov və başqalarının rusiyayönlü müxalifət qüvvələrinin darmadağın edilməsində fəal iştirak etmişdir.

1994-cü ilin sonu 1995-ci ilin əvvəllərində Əli Adayev Birinci Çeçenistan müharibəsində Çeçen İçkeriya Respublikası tərəfində fəal iştirak edir, Qroznı uğrunda gedən döyüşlərdə fərqlənir[2].

1994-cü ildə Əli Şamil Basayevin komandanlıq etdiyi Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Mərkəzi Cəbhəsinin qərargah rəisi olur[3].

Şamil Basayevdən Çeçenistan Respublikasının paytaxtı uğrunda döyüşlərin necə başa çatdığını soruşduqda, Basayev belə cavab verir:

" Lambadadan soruş, o, sənə bu döyüşlər haqqında ətraflı danışacaq.[4] "

3 yanvar 1995-ci ildə rus qoşunlarının Qroznı şəhərinə hücumu zamanı döyüşdə həlak olmuşdur[5]. Hücumun başlanmasına bir neçə saat qalmış radio üzərindən rus komandanına belə sözlərlə müraciət etmişdir: "Bəlkə, nə qədər ki, gec deyil, oğlanları aparasan, Alik? Etməyin bunu. Etməyin. Lazım deyil. Hər halda Alik, başa düş, sən də öləcəksən, mən də öləcəyəm. Bunun nə xeyri olacaq? Özün düzgün başa düş. Bundan kim qazanacaq? Sən və mən bundan qazanan deyilik, başa düşürsən? Əgər biz... Səni döyüş meydanında görsəm, aman verməyəcəyəm, sən də mənə aman verməyəcəksən, başa düşürsən? Ondansa mənə qonaq kimi gəl, Alik. Apar oğlanları, lazım deyil. Analarına, özlərinə yazığın gəlsin. Apar oğlanları, komanda ver". [6]

Çeçen İçkeriya Respublikasının birinci prezidenti Cövhər Dudayevin fərmanı ilə ölümündən sonra Çeçen İçkeriya Respublikasının ali dövlət mükafatı olan "Xalq Qəhrəmanı" ordeni ilə təltif edilmişdir[7].

  1. "«Алик, отводи ребят»! Как сложилась судьба Али Адаева «Ламбада»". Политика в Рашке (rus). 2021-03-29. 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-25.
  2. "ЧЕЧНЯ. «Алик, отводи ребят». Что стало с героями радиобеседы в ходе штурма Грозного в 1995-ом?". ИА Чеченинфо (rus). 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-25.
  3. "Что стало с автором фразы"Алик, отводи ребят"?". Яндекс Дзен Блогерская платформа (rus). 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-25.
  4. "Чечен инфо.ру :: ЧЕЧНЯ. «Алик, отводи ребят». Что стало с героями радиобеседы в ходе штурма Грозного в 1995-ом?". www.checheninfo.ru. 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-25.
  5. "«Алик, отводи ребят». Что стало с чеченским полевым командиром, обратившимся так к российскому офицеру?". Живой Кавказ: информационно-аналитический интернет журнал. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-25.
  6. https://www.youtube.com/watch?v=oJhDHmY4pqU (#bare_url_missing_title). 2024-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-01.
  7. "Читать книгу Чечения - битва за свободу, автор Яндарбиев Зелимхан онлайн страница 33/ на сайте booksonline.com.ua". booksonline.com.ua. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-26.