Əli Cavadzadə

Əli Tudə (31 yanvar 1924, Bakı26 fevral 1996, Bakı) — şair, yazıçı, siyasi mühacir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü.

Əli Tudə
Doğum adı Əli Qulu oğlu Cavadzadə
Doğum tarixi 31 yanvar 1924(1924-01-31)
Doğum yeri
Vəfat tarixi 26 fevral 1996(1996-02-26) (72 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Siyasi mühacir
Milliyyəti azərbaycanlı
Atası Qulu Cavadzadə
Anası Şahbəyim Cavadzadə
Təhsili BDU Filologiya fakültəsi
Fəaliyyəti şair
Əsərlərinin dili azərbaycanca
Üzvlüyü
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 1959 "Əmək veteranı" medalı — 1986 "21 Azər" medalı — 1946
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1987

Azərbaycan Demokrat Firqəsinin üzvü, Azərbaycan Milli Hökuməti dövründə, Maarif Nazirliyində tədris şöbəsinin müdiri, Təbrizdə Milli filarmoniyanın yaradıcısı, ilk və son müdiri olub.

"21 Azər" medalı, Əmək veteranı medalı ilə təltif olunub, Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçüb və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub.[1][2] Atası Qulu neft mədənində fəhləlik edib daha sonra isə buruq ustası vəzifəsinədək yüksəlib. Əli 1 yaşında olarkən atası, 5 yaşında olarkən isə anası dünyasını dəyişib və o, nənəsi Qəribin himayəsində böyüyüb.[3] 150 saylı orta məktəbdə oxuyub. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub.[4] Artıq 13 yaşında ikən ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib.[5]1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib.[6]

Əli Tudə tərəfindən yaradılmış Təbriz filarmoniyası, 1946-cı il.

1938-ci ildə repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilib[4][7] Təhsili yarımçıq qalıb. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirib.[8] O, Miyanə-Zəncan dəmiryolunda fəhləliyə başlayır və bir müddət sonra oradan ayrılır.[9] Əli Tudə sonradan Astara-Ənzəli şosse çəkilişində iştirak edib. 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub. Silahı və qələmi ilə mübarizə aparıb. 1944-cü ildə "Hizbitudeyi-İran" partiyasına daxil olub.[10] Ərdəbil vilayət partiya komitəsində Əliyə partiya bileti təqdim olunarkən ona, "Tudə" ("Xalq" deməkdir) təxəllüsü verilib.[11] 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunub.[12] 1944-1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm çap olunub.[10][13] Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırıb. 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulub.[10] 1944-1945-ci illərdə İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı, Milli hökumət yarandıqdan sonra 1945-1946-cı illərdə Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri işləyib.[4] Məktəbdə tədris üçün nəzərdə tutulmuş "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayıb.[8][14] Daha sonra İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradıb, onun ilk və son müdiri olub.[4][15] Filarmoniyanı təşkil etmək üçün bölgələri gəzərək istedadları bura cəlb edib. 22 yaşında ikən Azərbaycan Milli hökuməti tərəfindən "21 Azər" medalı ilə təltif edilib.[10]

Azərbaycan Milli Hökuməti süquta uğradıldıqdan sonra çap ərəfəsində olan şeirlər kitabı, mətbəədə yandırılıb.[10] Şah Əli Tudənin tutulduğu anda məhkəməsiz öldürülməsi haqqında fərman verib.[8][10] Təbrizi tərk etməyə məcbur qalan şair, 1946-cı il dekabrın 12-də sərhədi keçərkən "Mən nə gətirdim" şeirini yazır.[10][16] Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi olan bu şeir, sonradan öz doğma torpaqlarını tərk etməyə məcbur olan minlərlə mühacirin manifestinə döndü və dillər əzbərinə çevrildi.[10]

Əli Tudənin yaşadığı bina

Bakıya mühacirət etdikdən sonra "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləməyə başlayır.[4] 1947-ci ildə BDU-nun filologiya fakultəsinə daxil olur və 1952-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir.[4] Ali məktəbi bitirdikdən sonra Azərnəşrə redaktor vəzifəsinə təyinat alıb. 1952-ci ildən 1962-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olur. Bakı Ali Partiya Məktəbində müdavim və 1958-ci ildən Azərbaycan və SSRİ Yazıçılar İttifaqının üzvü olub.[16] Sonra bütün həyatını bədii yaradıcılığa həsr edib.[16] Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir.[17] "Cənub nəğmələri" adlı ilk şeirlər kitabını 1950-ci ildə çap etdirib.[18] Bu kitabda o, 1945-1949-cu illərdə yazdığı şeirləri toplayıb.[19] Ümumittifaq tədbirlərində: Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda iştirak edib. 1959-cu ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə mükafatlandırılıb.[20] 1984-cü ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.[21] 1960-cı ildən 1996-cı ilə qədər Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü olub.[6] 1986-cı ildə Əmək veteranı, 1987-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb.[22][23] 50 poemanın 60-dan çox kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub.[24]

Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qalıb, Sovet İttifaqının pasportunu daşımayıb.[6][25] Bir çox yüksək titul və mükafatlardan məhrum olub. 1996-cı ilin fevral 26-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.[25][26]

Kitablarının siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. Cənub nəğmələri. Bakı: Azərnəşr, 1950 (Kiril əlifbası ilə), 99 səh.
  2. Bakının işıqları. Bakı: Uşaqgəncnəşr, 1950 (Kiril əlifbası ilə), 40 səh.
  3. Vətən sevgisi. Bakı: Azərnəşr, 1951 (Kiril əlifbası ilə), 64 səh.[27]
  4. Məhbusların son sözü (poema). Bakı: Uşaqgəncnəşr, 1952 (Kiril əlifbası ilə), 28 səh.
  5. Şimal həsrəti. Bakı: Azərnəşr, 1953 (Kiril əlifbası ilə), 164 səh.
  6. Arazın o tayında (poema). Bakı: Azərnəşr, 1954 (Kiril əlifbası ilə), 48 səh.
  7. Şerlər. Bakı: Azərnəşr, 1955 (Kiril əlifbası ilə), 76 səh.
  8. Şairin düşüncələri. Bakı: Azərnəşr, 1956 (Kiril əlifbası ilə), 131 səh.
  9. Qartal. Bakı: Azərnəşr, 1959 (Kiril əlifbası ilə), 170 səh.
  10. Qəzəb. Bakı: Azərnəşr, 1960 (Kiril əlifbası ilə), 98 səh.
  11. Əli Tudə (şairin kitabxanası). Bakı: Azərnəşr, 1962 (Kiril əlifbası ilə), 227 səh.
  12. Buludlar. Bakı: Azərnəşr, 1964 (Kiril əlifbası ilə), 132 səh.
  13. Yanıqlı tütək. Bakı: Azərnəşr, 1966 (Kiril əlifbası ilə), 187 səh.
  14. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1968 (Kiril əlifbası ilə), 321 səh.
  15. Кеманча и знамя. Москва: Советский писатель, 1969 (rus dilində), 78 стр.
  16. Şerlər. Bakı: Gənclik, 1970 (Kiril əlifbası ilə), 68 səh.
  17. Город в горах. Москва: Советский писатель, 1972 (rus dilində), 71 стр.
  18. Sevinc. Bakı: Gənclik, 1973 (Kiril əlifbası ilə), 112 səh.
  19. Şəlalə. Bakı: Azərnəşr, 1974 (Kiril əlifbası ilə), 183 səh.
  20. Ömrün illəri. Bakı: Gənclik, 1976 (Kiril əlifbası ilə), 164 səh.
  21. Həyat sınağı. Bakı: Yazıçı, 1978 (Kiril əlifbası ilə), 232 səh.
  22. İran Xalq Partiyası. Təbriz: 1358 (ərəb əlifbası ilə).
  23. Vətən torpağı (ərəb əlifbası ilə). Bakı: 50 səh.
  24. Nəğməli gecələr. Bakı: Yazıçı, 1981 (Kiril əlifbası ilə), 210 səh.
  25. Если скажет жизнь сама. Москва: Советский писатель, 1982 (rus dilində), 78 стр.
  26. Günəşli baharın yarpaqları. Bakı: Yazıçı, 1983 (ərəb əlifbası ilə), 87 səh.
  27. Tellərdə çırpınan həsrətlər (povest və hekayələr). Bakı: Gənclik, 1983 (Kiril əlifbası ilə), 145 səh.
  28. Araz üstə palıd. Bakı: Yazıçı, 1984 (Kiril əlifbası ilə), 303 səh.
  29. Öz gözlərimlə (nəsr). Bakı: Azərnəşr, 1986 (Kiril əlifbası ilə), 161 səh.
  30. Gecikmiş vüsal (şerlər və poemalar). Bakı: Yazıçı, 1988 (Kiril əlifbası ilə), 255 səh.
  31. Mənə elə baxma (nəsr). Bakı: Gənclik, 1990 (Kiril əlifbası ilə), 276 səh.
  32. Təbriz yolu. Bakı: Azərbaycan nəşriyyatı , 1996 (Kiril əlifbası ilə), 240 səh.
  33. Söz ömrü. Bakı: Azərbaycan nəşriyyatı, 1997 (Kiril əlifbası ilə), 328 səh.
  34. Mühacir qeyrəti. Bakı: Azərbaycan nəşriyyatı, 1998 (Kiril əlifbası ilə), 386 səh.
  35. Mənim səsim. Bakı: Azərbaycan nəşriyyatı, 2002, 472 səh.
  36. Yarımçıq dastan. Bakı: Azərbaycan nəşriyyatı, 2004, 576 səh.
  37. Mən nə gətirdim?. Təbriz: Azər Turan nəşriyyatı 2023,
  38. Təbriz yolu. Təbriz: Azər Turan nəşriyyatı 2023,
  39. Cənub nəğmələri. Təbriz: Azər Turan nəşriyyatı 2023,

Latın əlifbası ilə çap olunmuş kitabları (20 cilddə)

[redaktə | mənbəni redaktə et]
  1. Cənub nəğmələri. Bakı. "Azərbaycan" nəşriyyatı – 2014, 336 səh.
  2. Bakının işıqları. Bakı. "Azərbaycan" nəşriyyatı – 2014, 328 səh.
  3. Tarixin bir səhifəsi. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 352 səh.
  4. Yanıqlı tütək. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 344 səh.
  5. Həyat sınağı. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 360 səh.
  6. Ömrün illəri. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 336 səh.
  7. Nəğməli gecələr. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 408 səh.
  8. Araz üstə palıd. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 368 səh.
  9. Gecikmiş vüsal. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 360 səh.
  10. Təbriz yolu. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 336 səh.
  11. Söz ömrü. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 352 səh.
  12. Mühacir qeyrəti. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 352 səh.
  13. Mənim səsim. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 344 səh.
  14. Yarımçıq dastan. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 440 səh.
  15. Mənə elə baxma. Bakı. "Azərbaycan" nəşriyyatı – 2019, 576 səh.
  16. Həyatım, xatirələrim… I hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2020, 408 səh.
  17. Həyatım, xatirələrim… II hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2020, 384 səh.
  18. Həyatım, xatirələrim… III hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2021, 416 səh.
  19. Həyatım, xatirələrim… IV hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2021, 320 səh
  20. Həyatım, xatirələrim… V hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2022, 336 səh
  1. Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 215. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  2. Əli Tudə 100 (az.). Bakı: Azərnəşr. 2023. 206.
  3. Tudə, Əli. Həyatım, xatirələrim (az.). Bakı: Azərnəşr. 5. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
  4. 1 2 3 4 5 6 "Ömrü boyu heç özünə də əyilməyən məğrur söz aşiqi - Əli Tudə". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2024-01-31. 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  5. Xəyal, Sona. Sona Xəyal. Əli Tudə (az.). Bakı: "MBM". 2010. ISBN 9789952290484.
  6. 1 2 3 Şükürov, Ağahüseyn. "Savalanın məğrur şairi". 525-ci qəzet. 2013-09-26. səh. 7. 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  7. Aydınoğlu T. Vətən nisgilli şair."Xalq qəzeti",2009,24 fevral
  8. 1 2 3 "Azadlıq şairi Əli Tudə". az.baku-art.com (az.). 2024-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  9. Şükürov, Ağahuseyn. Əli Tudənin Yaradıcılıq yolu (az.). Bakı: Elm. 2019. 52. ISBN 97899952523188.
  10. 1 2 3 4 5 6 7 8 Sadıqzadə, Aytən. "Əli Tudə – 90". oxu.az (az.). 2014-01-31. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  11. Tudə, Əli. Həyatım, xatirələrim (az.). Bakı: Azərnəşr. 197. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
  12. Cavadzadə, Natiq Əli Tudə oğlu. Əli Tudə - 100 (az.). Bakı: "Azərbaycan Nəşriyyatı" MMC. 2023. 5–7.
  13. Bayramova, Şəymən. "Kitabı mətbəədə yandırılan Əli Tudə..." sherg.az (az.). 2022-12-01. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  14. Əliqızı, Almaz. Cənubi Azərbaycan ədəbiyyatını müntəxabatı \ dərs vəsaiti (az.). Bakı: Bakı Dövlət Universiteti Nəşriyyatı. 2003. 423.
  15. Vahid, Təranə. "İki imperiyanın qorxduğu şair - Əli Tudə". www.medeniyyet.az (az.). 2011-02-25. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  16. 1 2 3 Fuad, Esmira. "Söz aşiqi - Əli Tudə". Azərbaycan qəzeti (az.). 2024-02-15. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  17. Xəyal, Sona. Əli Tudə (az.). Bakı: "MBM". 2010. 11–17. ISBN 9789952290484.
  18. Məhərrəmova, Təranə. "Başını vətən yolunda qoyan şair". kaspi.az (az.). 2019-01-31. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  19. Əli Tudə 100 (az.). Bakı: Azərnəşr. 2023. 10.
  20. "Azərbaycan SSR incəsənət və ədəbiyyat işçilərinin SSRİ orden və medalları ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin FƏRMANI". Kommunist qəzeti. 1959-06-11. səh. 3. (#cite_web_url)
  21. Əli Tudə 100 (az.). Bakı: Azərnəşr. 2023. 97.
  22. İbrahimov, Əhmədov, Əliyev, M. T. R. Cənubi Azərbaycan ədəbiyyatı tarixi XIX-XX əsrlər 2 cilddə (az.). Bakı: Nurlar. 2009. 480.
  23. Nəbioğlu Sabir. Kökdən düşməyən rübab:Bu karvanın yolu güneyədir. Bakı: Nurlan, 2007, 440 s.
  24. Mədəniyyət TV. "Görkəmli şair Əli Tudənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib" (az.). Youtube.com. 19.04.2024. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
  25. 1 2 Şükürov, Ağahuseyn. Əli Tudənin Yaradıcılıq yolu (az.). Bakı: Elm. 2019. 52. ISBN 97899952523188.
  26. "Али Туде – видный представитель азербайджанской эмигрантской литературы". Azərbaycan Dövlət İnformasiya Agentliyi (rus). 2022-01-31. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  27. "Əsərləri". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]