Əli Erbaş

Əli Erbaş (türk. Ali Erbaş; 10 sentyabr 1961, Kabadüz, Ordu ili) — Türk akademik və Dəyanət İşləri Naziri.[1]

Əli Erbaş
türk. Ali Erbaş
Vəzifədədir
17 sentyabr 2017-ci ildən
ƏvvəlkiMehmet Görməz
8 iyun 2017 – 17 sentyabr 2017
ƏvvəlkiRafet Bozdoğan
SonrakıÇingiz Tomar
Sakarya Universiteti
İlahiyyat fakültəsinin dekanı
13 aprel 2006 – 19 yanvar 2011
ƏvvəlkiAbdullah Aydınlı
SonrakıH.Mehmet Günay
Şəxsi məlumatlar
Doğum tarixi 10 sentyabr 1961(1961-09-10) (63 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti üləma, universitet müəllimi[d], Baş Müfti
Həyat yoldaşı Seher Erbaş
Uşağı 4
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

12 kitabı, bir çox məqalə yazan eyni zamanda Türkiyədə və xaricdə simpozium ə konfranslat təşkil edən professor Əli Erbaş evlidir və 4 övladı var.

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1961-ci il Kabadüz, Orduda anadan olan Əli Erbaş 1980-ci ildə Sakarya İmam-Hatip liseyini, 1984-cü ildə Mərmərə Universitetinin ilahiyyat fakültəsini bitirmişdir. 1987-ci ildə Təfsir bölməsində "Qurandakı təkrarlanmalar" adlı tezislə magistr dərəcəsini, 1993-cü ildə isə "İlahi dinlərdə mələk inancı" tezisi ilə Dinlərin tarixi bölməsində doktorluq dərəcəsini tamamlamış, 1998-ci ildə dosent adını qazanmışdır. 1997–2002-ci illərdə Sakarya Universiteti İlahiyyat fakültəsində dekan müavini vəzifəsində çalışan Əli ERbaş burada işləyərkən 2004-cü ildə professor elmi adını almışdır. O, 2006 və 2011-ci illər arasında iki dəfə dekan vəzifəsində[2] çalışmaqla yanaşı, eyni zamanda "Fətullahçı Terror Təşkilatı" ilə əlaqəli olan KADİP Mədəniyyətlərarası Dialoq Platformasının idarə heyətinin üzvü olmuşdur.[3][4]

Dəyanət işləri üzrə rəhbər kimi

[redaktə | mənbəni redaktə et]

2011-ci ildə Din İşləri üzrə müəssisənin təhsil xidmətlərinin ümumi müdirliyi vəzifəsinə təyin edildi və 6 il bu vəzifədə çalışdı. 17 sentyabr 2017-ci ildə isə Din işləri üzrə müdir vəzifəsinə təyin edildi.[1]

  1. 1 2 "Diyanet İşleri Başkanı Ali Erbaş oldu! Ali Erbaş kimdir". 17 Sep 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
  2. "FETÖ'nün eski dernek yöneticisi Ali Erbaş, Diyanet İşleri Başkanlığı'na atandı". 29 Apr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
  3. "Diyanet İşleri Başkanı Ali Erbaş'ın özgeçmişinde FETÖ 'detayı'". 18 Sep 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
  4. "Yıllarca FETÖ kurumlarında yöneticilik yapan Diyanet'in başından terör uyarısı..." 7 Aug 2020 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]