Məqalələr seriyasından |
Baş Müfti — bir dövlətin bölgə müftilərinin başçısıdır. Məqam erkən müasir dövrdə Osmanlı İmperiyasında meydana gəlib və sonralar bir sıra müasir ölkələrdə qəbul edilib[1]. Baş Müfti adətən dövlət tərəfindən təyin olunan şəxsdir. Baxmayaraq ki, bəzi müasir ölkələrdə o, kollektiv və ya seçkili vəzifə tutur.
Müftilər İslam hüququna (şəriətə) dair məcburi olmayan rəy (fətva) vermək səlahiyyətinə malik olan İslam hüquqşünaslarıdır. Osmanlı İmperiyasında 15-ci əsrdə əvvəllər müstəqil alim kimi fəaliyyət göstərən müftilər dini qurumların və alimlərin ierarxik bürokratiyasına inteqrasiya etməyə başlamışlar. XVI əsrin sonlarında hökumətin təyin etdiyi İstanbul müftisi şeyxülislam titulu ilə bu iyerarxiyaya cavabdeh olan baş müfti kimi tanınırdı. Şeyxülislam dini məsələlərdə sultana məsləhət vermək, dövlət siyasətini qanuniləşdirmək, hakimlər təyin etmək kimi bir sıra funksiyaları yerinə yetirirdi. Osmanlı İmperatorluğunun dağılmasından sonra müsəlman dünyasının bir çox ölkəsində baş müftilik vəzifəsi qəbul edilmiş və əksər hallarda hökumət siyasətlərinə dini dəstək vermək rolunu oynayır.
The Princeton Encyclopedia of Islamic Political Thought