Əli Hüseynzadə

Əli Daşqın (tam adı: Əli Həsən oğlu Hüseynzadə; 11 mart 1958, Əlxələc (Bostanabad), Cənubi Azərbaycan, Pəhləvilər İranı[d]) — şair, nasir, tərcüməçi, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əli Daşqın
Əli Həsən oğlu Hüseynzadə
Doğum tarixi 11 mart 1958(1958-03-11) (66 yaş)
Doğum yeri
Fəaliyyəti şair, tərcüməçi

Daşqın 1958-ci il martın 12-də Cənubi Azərbaycanın Bostanava şəhristanının Xələc kəndində anadan olmuşdur. Burada ibtidai, Təbriz şəhərində isə orta məktəbi bitirmişdir. Sonra Tehran Politexnik Universitetinin elektronika fakültəsində təhsilini davam etdirmişdir (1973–1978).

Bədii yaradıcılığa 1970-ci illərdən başlamışdır. Bir neçə şəhərdə, o cümlədən Üskü şəhərində ədəbi dərnək yaratmışdır. Təbriz şəhərində yaradılmış Şəhriyar adına ədəbi dərnəyin fəal üzvü, 1992-ci ildən dərnəyin sədrlərindən biri olmuşdur. Eyni zamanda uluslararası Avrasiya mətbuat fondunun ədəbi bölməsinin sədridir. Təbriz, Urmiya, Sulduz şəhərlərində - universitetlərdə "Türk dili və ədəbiyyatı" fənnini tədris edir. Əsərləri "Yol", "Varlıq" dərgisində, "Geyhan" qəzetində (Tehran), "Fruği azadi" (Təbriz), "Ədəbiyyat qəzeti"ndə, "Yol", "Odlar yurdu" qəzetlərində (Bakı) müntəzəm dərc edilmişdir. Ramiz Zöhrabovun "Muğamat", Orxan Kamalın "Yad qızı" əsərlərini farscaya, Şəhriyarın seçilmiş lirik qəzəllərini türkcəyə çevirmişdir.

Lirik şerlərinə mahnılar bəstələnmişdir. Keçmiş Yuqoslaviya, Türkiyə, Azərbaycan və digər ölkələrdə keçirilən ədəbi qurultaylarda iştirak etmişdir.

  • 1.Payızdan-payıza (şeirlər). Mahabat: "Məhəmməd" nəşriyyatı, 1976.
  • 2.Ana nisgili (şeirlər). Tehran: "Ordibehişt" nəşriyyatı, 1989.
  • 3.Türkcə sözlük. I cild. Təbriz: "Yaran" nəşriyyatı, 1992.
  • 4.Türkcə sözlük. II cild. Təbriz: "Yaran" nəşriyyatı, 1996.
  • 5.Sadə xəritələr (elmi araşdırmalar). Təbriz: "İranvic" nəşriyyatı, 1992.
  • 6.Çiçəklərə bir çiçək (uşaq şeirləri). Təbriz: "Firhəng" nəşriyyatı, 1991.
  • 7.Səhər ağacı (şeirlər və hekayələr). Təbriz: 1993.
  • 8.Qar çiçəyi (şerlər). Təbriz: "Nukui müəssisəsi" nəşriyyatı, 1993.