Bostanabad şəhristanı

Bostanabad şəhristanı (fars. شهرستان بستان‌آباد‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Bostanabad şəhəridir.

Bostanabad şəhristanı
37°50′ şm. e. 46°50′ ş. u.HGYO
Ölkə
Əhalisi
Əhalisi
  • 94.769 nəf. (2016)[1]
Xəritəni göstər/gizlə
Bostanabad şəhristanı xəritədə
Bostanabad şəhristanı
Bostanabad şəhristanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bostanabad şəhristanının Şərqi Azərbaycan ostanındakı yerləşimi

Bu bölgəylə əlaqələndirilən qədim adlardan biri "Ucan"dır. Bu burada Elxanilər dövründə mövcud olmuş əzəmətli bir şəhər idi, və onun adı Fəzlullah Rəşidəddinin "Oğuznamə"sində də qeyd edilir.

Bu bölgə böyük Azərbaycan şairi Şəhriyarın və Aşıq Xəstə Qasımın ana yurdudur.

2006 ilin siyahıya almasına görə şəhristanın əhalisi 96.555 nəfərdir.

Bostanabad şəhristanının inzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
  • Mərkəzi bəxşi
  • İnzibati mərkəzi: Bostanabad
    • DEHİSTANLARI:
      • Mehranrud-i Cənubi dehistanı
        • KƏNDLƏRİ: Ağbulaq, Əkinabad, Ayğırçəmən-i Ülya, Ayğırçəmən-i Süfla, Diznab, Hacıağa, Hilan, Kargan-i Qədim, Xatunabad, Miyardan, Nohur, Saran, Sisan-i Qədim
      • Mehranrud-i Mərkəzi dehistanı
        • KƏNDLƏRİ: Əbriz, Əlvəndi, Ənarcan, Anbardan, Atbatan, Qurçin / Göyərçin, Canbahan, Kalu, Kürdkəndi, Novcadeh-i Sədət, Üşdələq-i Ülya, Üşdələq-i Süfla, Qalaqazi, Qozluca, Seqinsaray, Siyahnab, Təzəkənd, Türkampur, Turaqaya, Zirkan
      • Qurugöl dehistanı
        • KƏNDLƏRİ: Alanaq, Əliabad, Əminabad, Ərşatnab, İnab, İsfəngarə, Gələxana, Harab, Kezbin, Xeyrəməscid, Kür, Novcadeh-i Kuh (kuh (farsca) = dağ), Qeysnab, Türkədari, Yusifabad, Zinkeş
      • Şəbli dehistanı
        • KƏNDLƏRİ: İranəq, Kəndül, Mətənəq, Qızılcameydan, Səidabad, Səmərxiza, Şəbli
      • Ucan-i Qərbi dehistanı
        • KƏNDLƏRİ: Ağurabad, Əlican, Əmrullah, Əsbabad, Əşrəfabad, Bahadur, Başsız, Başsız Ucan, Binəköhül, Çərzəxun, Gülaxar, Həsənköhül, Hisar, Cuğan-i Büzürg (büzürg (farsca) = böyük), Cuğan-i Kiçik, Xeyrabad, Musaqaya-i Abu-ül Həsən (Əbülhəsən), Pişikli, Qala-i Ülya, Qaraküşan, Qazançay, Qoruqçurud (rud (farsca) = çay, axarsu), Şahmiras, Təndirağac, Zəngbar
  • Tikmədaş bəxşi
  • İnzibati mərkəzi: Tikmədaş
    • DEHİSTANLARI:
      • Abbas-i Qərbi dehistanı
        • KƏNDLƏRİ: Ağcaköhül-i Racabanlı, Əhmədabad, Əligav, Əlxələc, Başkənd, Behcatabad, Çarmxoran-i Bala, Çarmxoran-i Pain (pain (farsca) = aşağı, ayaqaltı), Çinibulaq, Dərəçə, Dibəkli, Günbəd, Kürmolla, Novsaleh, Pirsultan, Püstəkan, Qarabulaq, Qaraçay-i Nəqşi, Qıpçaq, Qızıləhməd, Şeyxbəyli, Şirvanədeh, Sultangah, Sürxə/Serxə, Sürxə/Sərxə-i Sarıxəlil/Sarıxəlil, Tabaqlı, Təzəkənd, Yengicə
      • Abbas-i Şərqi dehistanı
        • KƏNDLƏRİ: Bənövşədərə, Daşatan, İmamiyə, Gəcin, Güləhin, Güllücə, Hafiz, Cudaqaya, Xoşginab, Kuxalı, Mollamahmud, Üzümçü, Pirlicə, Qaraqışa, Qarababa, Qaraçəmən, Qaşqay, Qayışqurşaq, Qıranqaya, Qızılca, Sadi, Şəngülabad, Yeləqarşı, Zağlıca, Zərrinqaba
      • Səhəndabad dehistanı
        • KƏNDLƏRİ: Abdar (Abdal), Almalı, Ağdərə, Dəhnab, Dəliqoruqçu, Gündoğdu, Xaçik, Mansurabad, Mollaqasım, Qalacıq-i Ülya, Qalacıq-i Süfla, Qaraçay-i Hacıəli, Qarayen, Qibləməscid, Sarıgüni, Səyar-i Ülya, Səyar-i Süfla, Səyar-i Vusta, Varagöl
      • Ucan-i Şərqi dehistanı
        • KƏNDLƏRİ: Ağcaköhül-i Zamani, Ağacan, Eyn-ül Din (Eynəddin), Gülqasım, Güllücə-i Səid, Cığır, Cüvərim, Kalğan, Xəlilədeh, Haçadərə, Meşkincik, Novşəhr (nov (farsca) = yeni), Qarababa, Qozlu, Təzəkənd, Yengicə, Zağlıca

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]