Əli Pənah oğlu Həsənov — Azərbaycan iqtisadçısı, Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru (1993-2000)Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru (2000–2004), iqtisad elmləri doktoru, professor, "Tərəqqi" medalı, "Şöhrət" ordeni laureatı. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci il)
Əli Həsənov | |
---|---|
Əli Pənah oğlu Həsənov | |
Doğum tarixi | |
Doğum yeri | Beyləqan, Azərbaycan SSR |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Elmi dərəcələri | iqtisad elmləri doktoru,dosent |
Elmi adı | professor |
İş yeri | UNEC |
Mükafatları |
Əli Həsənov 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub.
1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K. Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962–1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilmişdir.
1962–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Sənaye malları əmtəəşünaslığı" kafedrasının assistenti olmuşdur.
1966–1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənaye malları əmtəəşünaslığı" kafedrasının dosenti, 1993–2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru, 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, 2004–2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin dekanı vəzifələrində işləyib.
2011-ci ildən "Qeyri-ərzaq malları əmtəəşünaslığı" kafedrasının, 2020-ci ilə kimi UNEC-in "İstehlak mallarının ekspertizası" kafedrasının müdiri olub.
22.10.2020–13.03.2024-cü illərdə UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının məsləhətçi-professoru çalışıb
150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.
13 mart 2024-cü ildə Bakı şəhərində 87 yaşında vəfat edib.[1]
Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Tərəqqi" medalı ilə də təltif olunub.[2]
2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.[3]
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[4]