Əli Nağı Məmmədhəsən oğlu Hüseynov (5 may 1900, Salyan, Cavad qəzası – 27 yanvar 1957, Bakı) — Fəhlə-Kəndli Qızıl Ordusunun polkovniki (1942), 402-ci Azərbaycan Atıcı Diviziyasının komandiri.[1]
Əli Nağı Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 may 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 27 yanvar 1957 (56 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Piyada |
Xidmət illəri |
1918 — 1920 SSRİ 1920 — 1945 |
Rütbəsi | polkovnik |
Komandanlıq edib | |
Vəzifəsi | 402-ci Atıcı Diviziyasının komandiri |
Döyüşlər | |
Təltifləri |
5 may 1900-cü il tarixində Salyanda anadan olub. 1918-ci ilin dekabrından 1919-cu ilin sonunadək Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin 4-cü Quba alayının sıravi üzvü idi. 1919-cu ilin dekabr ayından 1920-ci ilin aprel ayına qədər Gəncədəki hərbi (yunker) məktəbində, sonra 1920-ci ilin sentyabrınadək Bakı Birləşmiş Hərbi Məktəbində oxumuşdur. 2-ci sərhəd briqadasında eskadron komandiri vəzifəsinə təyin edildi. 1920-ci ildən Fəhlə-Kəndli Qızıl Ordusunda xidmətini davam etdirir.[2]
Qış müharibəsi zamanı kapitan rütbəsində olan Əli Nağı Hüseynov atıcı alayının komandiri vəzifəsinə təyin olunur. Сəsarət və hünərinə görə Qırmızı Bayraq ordeni ilə təltif olunur və Timoşenkonun əlindən fərdi mükafat kimi qılınc alır. 1941-ci ildə - mayor, Qərb və Orta Cəbhələrdəki 151-ci atıcı diviziyasında alay komandiri oldu. Yaralandı, mühasirədən çıxdı, ikinci Qırmızı Bayraq ordeni ilə təltif olundu.[3]
Yaralandı, 1942-ci ilin fevral ayında hospitalda müalicə olunduqdan sonra, 402-ci Azərbaycan Atıcı Diviziyasının komandiri təyin edildi. 4 oktyabr 1942-ci ildə 402-ci Atıcı Diviziyası Qudermesə köçürüldü və burada Zaqafqaziya Cəbhəsinin Şimal Qrupunun 44-cü Ordusunun 9-cu Atıcı Korpusunun tərkibinə daxil oldu. 1942-ci il oktyabrın 3-dən 27-dək diviziya Qroznının yaxınındaki Terek çayının sağ sahilini müdafiə edib. 44-cü Ordu komandiri general-mayor Vasili Xomenkonun əmri ilə 30 Noyabr 1942-ci ildə 402-ci Diviziya 114-cü və 416-cı Atıcı Diviziyaları və 5-ci Qvardiya Don Kazak Süvari Korpusu ilə birlikdə Şeftovo-Mozdok istiqamətində düşmənin Mozdok qrupunu məğlub etmək və Mozdoku azad etmək üçün hücuma keçir və 12 dekabr tarixində Mozdoku azad edir.[4]