402-cı Azərbaycan atıcı diviziyası — İkinci Dünya Müharibəsi illərində Azərbaycan SSR-də yaradılan SSRİ Silahlı Qüvvələrinin tərkibində hərbi birləşmə.
402-ci atıcı diviziya | |
---|---|
402-я стрелковая дивизия | |
Növü | Atıcı |
Yaranma tarixi | 26 avqust 1941-ci il — 12 dekabr 1942-ci il |
Ölkə | SSRİ |
Daxildir | Quru qoşunları |
Müharibələr | İkinci Dünya Müharibəsi |
Döyüşlər |
İkinci Dünya Müharibəsi 1942—1943: Qafqaz döyüşü |
Komandanlıq | |
Məşhur komandirləri | Tərlan Əliyarbəyov |
Diviziya Xalq Müdafiə Komissarlığının 11 avqust 1941-ci il tarixli göstərişi əsasında yaradılmışdı. Hərbi birləşmənin yaranma müddəti sentyabrın 15-nə təyin edilmişdi.[1]
1941-ci il avqustun 26-da Zaqafqaziya Cəbhəsinin komandanı 402-ci Piyada Diviziyasının yaradılması haqqında direktiv imzaladı. Avqustun 28-də Azərbaycan SSR-də Xankəndi (o vaxt Stepanakert) şəhərində diviziyanın yaradılması başladı. İrana getmədən əvvəl bölmənin şəxsi heyəti:[2]
Diviziyanın tərkibi 9400 döyüşçüdən ibarət idi. Şəxsi heyətin 90% -ni milliyyətcə azərbaycanlılar təşkil edirdi. Diviziya 4095 tüfəng, 1330 pulemyot, 197 yüngül pulemyot, 40 dəzgah pulemyotu, 205 tank əleyhinə tüfəng, 295 silah, 197 minaatan, 83 maşın və digər növ hərbi texnika və nəqliyyat vasitələri ilə silahlanmışdır.
1941-ci ilin oktyabrından 1942-ci ilin aprelinə qədər nəqliyyatın təhlükəsizliyini təmin etmək məqsədilə "cənub marşrutu" ilə silah tədarüküylə bağlı Sovet-İngiltərə və Sovet-İran müqavilələrindən sonra dviziya İrana soxulmaqda iştirak edir. 1942-ci ilin may ayında hərbi birləşmə Naxçıvan Muxtar Respublikasına köçürüldü. 1942-ci ilin sentyabrında diviziyanın 840-cı alayı Zaqafqaziya Cəbhəsinin komandanı ordu generalı İ.V.Tulenyev tərəfindən yoxlanıldı. Yoxlama diviziyanın hərbi əməliyyatlara hazır olduğunu göstərdi. 1942-ci il sentyabrın 24-də 44-cü Ordunun qərargahı tərəfindən dviziyada 3 günlük təlimlər keçirildi. Onlar hərbi birləşmənin hərbi və siyasi cəhətdən hazırlıqlı olduğunu və döyüşlərdə uğurla iştirak edə biləcəyini göstərdi.
4 oktyabr 1942-ci il tarixində diviziya Zaqafqaziya Cəbhəsinin 44-cü Ordusunun 9-cu Atıcı Korpusunun tərkibə daxil edilərək Qudermesdə yerləşdirildi. 1942-ci il oktyabrın 3-dən 27-dək Terek çayının sağ sahilində yerləşərək Qroznının müdafiəsində iştirak etmişdir. 1942-ci il noyabrın 30-da 402-ci Azərbaycan atıcı diviziyası, 114-cü diviziya, 416-cı Azərbaycan atıcı diviziyası və 5-ci Don Kazak Süvari Korpusu ilə birlikdə ümumi hücuma keçir. Zəif artilleriya dəstəyinə baxmayaraq, diviziya 34 km irəliləməyə nail oldu. Kapitan M.Əliyev və baş leytenant B.Rəsulovun komandanlığı altında 833-cü atıcı alayının 3-cü batalyonu almanları 123.0 metr hündürlükdən qovub çıxara bildi, leytenant Ə.Hacıyevin 8-ci atıcı alayı isə 115.6 metr hündürlüyü ələ keçirdi. Ancaq dəstəyin olmaması səbəbindən 402-ci diviziyanın bir çox hissəsi Almanlar tərəfindən mühasirəyə alındı və döyüşlə mühasirədən çıxmağa məcbur oldu.
Naydenovskaya Roşa və Yığma rayonunda ayrı-ayrı hissələr düşmən bölmələri tərəfindən mühasirəyə alındı və amansız bir müqavimətdən sonra diviziyanın bir hissəsi həlak oldu. Bir qismi isə əsir düşdü. 839-cu piyada alayının komandiri mayor Bayramov da həlakm oldu. Dekabrın 5-də səhər 840-cı alayın iki atıcı batalyonu mayor M.Abdullayevin komandanlığı altında yenidən almanları 123.0 metr yüsəklikdən qovdu, lakin dekabrın 6-da alman tanklarına müqavimət göstərə bilmədilər və 123.0 metr hündürlüyü tərk etməyə məcbur oldular. Eybi vaxtda mayor A.Abbasovun 833-cü alayının hissələri Mozdokdan şimal-şərqdə, İskerskaya-Kapustino-Novolenyev-Mayorsk xəttində müdafiə mövqeyi tutmuşdular. Almanlar müdafiə səddini yarmaq üçün 100-ə qədər zirehli texnikanı cəlb etmişdilər. Döyüş zamanı almanlar 36 zirehli texnikanı itirərək geri çəkildilər. Bu döyüşə görə 833-cü piyada alayının 75 əsgər və zabiti orden və medallarla təltif edildilər.
Dekabrın 9-da hücumu davam etdirmək üçün diviziyanın sərəncamına 15 tank verildi. Bundan sonra diviziyanın bölmələri daha 12 km irəlilədilər. Bu müddət ərzində 402-ci diviziya Otraşnikovo, Staro-Buxirovo, Şirkutovskoye, Xoxlatski, Smirnovka, Poti-Onin, Yığma, Naydenovski yaşayış məntəqələrini azad edir. Dekabrın 12-də 402-ci diviziya ağır döyüşlərdən sonra Mozdok şəhərini alman qoşunlarından təmizləyir. Dekabrın 12-nə olan məlumata görə, diviziyada 4000-ə qədər döyüşçü qalmışdı, bu isə şəxsi heyətin tən yarısı demək idi. 44-cü Ordunun hərbi şurasının qərarı ilə 416-cı atıcı diviziyasının tərkibini doldurmaq üçün hərbi birləşmənin şəxsi heyətindən istifadə edilməsi qərara alındı. Diviziyanın rəhbərliyi və qərargahını komplektləşdirmək üçün Qroznıya göndərildi. Həmin vaxtdan bəri 402-ci atıcı diviziya Zaqafqaziya Cəbhəsinin ehtiyatında qaldı, əslində təlim keçən milli Azərbaycan diviziyası oldu.