Əli Nihad Tərlan (türk. Ali Nihad Tarlan 1898, Konstantinopol – 30 sentyabr 1978, İstanbul) — Türkiyə yazıçısı və şairi, alim və müləllimi. İstanbul Universitetinin professoru. Nihad Tərlan Türkiyədə fars və Pakistan poeziyasının türk dilinə tərcüməsi ilə də məşhurdur. Əli Nihad 1932-ci ildə Filologiya elmləri doktoru, 1933-cü ildə dosent, 1941-ci ildə professor elmi adlarını və dərəcələrin almışdır. Onun doktorluq elmi işinin mövzusu "İslam ədəbiyyatında Masnəvi "Leyla və Məcnun" (1921), Elmlər doktorluq dissertasiyasının mövzusu: "Şeyhi Divanının tədqiqi (1932) olmuşdur.[1][2]
Əli Nihad Tərlan | |
---|---|
türk. Ali Nihad Tarlan | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | türk |
Təhsili | İstanbul Universiteti, Vəfa litseyi |
İxtisası | alim |
Fəaliyyəti | tarixçi |
Əsərlərinin dili | türk, |
İstiqamət | yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Əli Nihad Tərlan 1898 -ci ildə İstanbulun Avropa hissəsindəki Vezneciler bölgəsində Dağıstandan olan mühacir ailəsində anadan olmuşdur. Babası Əl-Hacı Əli Əfəndi (Pullu Hacı Əli Əfəndi və ya Ömer Kəşfî Əfəndi) zəngin Ləzgin-mühacir idi. 1927-ci ildə vəfat edən Tərlanın atası Mehmet Nazif bəy isə Ərzurum vilayətinə köçmüş şair idi.[3] Zabit olan atasının vəzifələri səbəbiylə orta təhsilinə Monastırda başlamışdı. Sonra təhsilini Selanik və İstanbulda davam etdirmişdi. Birinci Dünya müharibəsi və hərbi xidmət səbəbiylə təhsilinə bir müddət ara verdikdən sonra imtahan verərək 1917-ci ildə Vefa Liseyində onu tamamladı.
Əli Nihad Tərlan 1919-cu ildə Darülfünun fransız və fars bölümlərini bitirdi. İstanbul Universitetinin Ədəbiyyat fakültəsində "Leyla və Məcnunun Mətnəvisi İslam Ədəbiyyatı" adlı tezi ilə doktorluq dərəcəsini alan ilk doktorant oldu.
1915-ci ildə Beşiktaş Sultanisin də işəbaşlayaraq İstanbulda müxtəlif liseylərdə çalışdı. Son olaraq 1930-1933-cü illərdə Kabataş Liseyində fransız dili, türk dili və ədəbiyyat fənnindən dərs demişdir. 1933-cü ildə universitet islahatı ilə 20 avqust 1933-cü ildə Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölməsində dosent oldu.
1 iyul 1941-ci ildə professor dərəcəsinə yüksəldi. 1953-cü ildə Köhnə Türk Ədəbiyyatı kafedrasının müdiri təyin edildi. 1 avqust 1972-ci ildə təqaüdə çıxdı.
Əli Nihad Tərlan 30 sentyabr 1978-ci ildə vəfat etmişdir. İstanbuldakı İçerenköy Mezarlığı qəbiristanlığında dəfn edilib.
Bostancıda adını daşıyan küçə və Ataşehirdə ibtidai məktəb var.
Əli Nihat Tərlanailəli olmuş bir övladı var idi. Həyat yoldaşı - Fatma Leman xanım 1973-cü ildə vəfat etmişdir. Oğlu Adnan Siyadət Tərlan (1927-2002), həmçinin Nejat adlı nəvəsi (1971) vardır.
Əli Nihad Tərlan İslam və Şərq ədəbiyyatını öyrənən azsaylı ədəbiyyatşünaslardan biri idi. Əsas ixtisası olaraq divan ədəbiyyatının öyrənilməsi ilə yanaşı, İran və Pakistan ədəbiyyatını da öyrənmişdir. Məqalələri və şeirləri əvvəlcə "Servet-i Fünûn"də, daha sonra "Ədəbiyyat qəzeti", "Gündüz" və "Gençlik" kimi jurnallarda yayımlanmışdır.
Fars dilində danışan yazıçı və şairlərin əsərlərini, o cümlədən Nizami Gəncəvinin bir çox əsərlərini tərcümə etmişdir. Əli Nihad Pakistan şairlərinin tanınmış şeir toplusunu, məsələn, Məhəmməd İqbal və başqalarını türk dilinə tərcümə edərək nəşr etdirmişdir. Bu ədəbi fəaliyyəti müqabilində İran hökumətinin (“The Royal High Order ", 1947, 1973) və Pakistanın ("Pakistan Ulduzu", 1961) fəxri fərman və mükafatlarına layiq görülmüşdür.
Türkiyə Təhsil Nazirliyi, Tarlanı doktorluq dissertasiyasına görə mükafatlandırmışdır. 1972-ci ildə (1 avqustdan) təqaüdə çıxdıqdan sonra da yeni məqalələri və kitabları ilə elmi həyata töhfə verərək işinə davam etmışdir.
Əli Nihad Tərlan özündən sonra türk, ərəb və fars dillərində klassik İslam ədəbiyyatına dair 20-dən çox tənqid və şərh əsəri qoymuşdur.
Şeir toplusu
Elmi və ədəbi əsərlər
Nəşr olunmuş broşuralar və mühazirələr
Fars dilindən tərcümələr