Əli Yüksəl

Əli Yüksəl (1949, Antalya ili) — müəllim, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Əli Yüksəl
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023Konya
Şəxsi məlumatlar
Doğum tarixi 1949
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya

Əli Yüksəl 1949-cu ildə Antalya ilinin Doyran ilçəsində anadan olub.[1]

Avropa Milli Görüş Cəmiyyətində imam-hatip, şöbə sədri və sədr vəzifələrində çalışıb. DOST-YAR (Dostluq — Sosial-Mədəni Dayanışma və Yardımlaşma) Cəmiyyətinin qurucu prezidentidir. “Vilayət” qəzetinin İdarə Heyətinin sədridir.[1]

Yenidən Rifah Partiyasının qurucularından olub, QHT-lərlə iş üzrə sədr müavini və xaricdə yaşayan vətəndaşlarla iş üzrə sədr müavini vəzifələrində çalışıb. Hazırda İdarə Heyətinin üzvüdür.[1]

2023-cü il mayın 14-də Yenidən Rifah Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Konya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[1]

Almancaərəbcə bilir. Evli və 8 uşaq atasıdır.[1]

  1. 1 2 3 4 5 6 TBMM. "Ali YÜKSEL". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.