Əli Yaqubov 1952-ci il noyabr 8-da Hamamlı rayonunda anadan olmuşdur. 1969-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsinə qəbul olunmuşdur. DU bitirdikdən sonra ilk elmi əsərini cap etdirmişdir. Əli Yaqubov 1974-cü ildə BDU bitirərək indiki Kataliz və Qeyri Üzvi Kimya İnstitutuna isə qəbul olunmuşdur. 1976ci ildə həmin İnstitutda aspiranturaya qebul olmuşdur. 1986-cı ildə kimya üzrə fəlsəfə doktoru, 2012 ildə isə kimya elmlər doktoru elmi dərəcəsi adını almışdır.
Əli Yaqubov | |
---|---|
Əli İbrahim oğlu Yaqubov | |
Doğum tarixi | |
Doğum yeri | Hamamlı rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Elm sahəsi | kimyaçı |
Elmi dərəcəsi | kimya elmləri doktoru (2012) |
Elmi adı | kimya üzrə elmlər doktoru |
İş yerləri | Akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu |
1974-cü ildən Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi, qrup rəhbəri və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1995-2003-ci illərdə laboratoriya müdiri vəzifələrində çalışmışdır.
Əli Yaqubov 1990-2003-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz yataqlarının istismarı və emalı kafedrasında əvəzçiliklə dosent vəzifəsində işləmişdir. 2002-ci ildən Bakı Dövlət Universitetinin rəhbərliyinin dəvətilə “Fiziki və kolloid kimya” kafedrasında professor vəzifəsində çalışır.
Əli Yaqubov təbii seolit və gil mineraları əsasında effektiv sorbentlərin alınması, onların təbii və tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən təmizlənməsi sahəsində tanınmış alimdir.
Dispers sistemlər sahəsində effektiv sorbentlərdən istifadə etməklə axıntı sularının zərərli üzvi və qeyri üzvi maddələrdən təmizlənməsinə nail olunmuşdur. Müəyyən edilmişdir ki, monokation formalı sorbentlərdə sorbsiya prosesi daha intensiv gedir və mübadilə kationları sorbentin adsorbsiya aktivliyinə əsaslı təsir göstərir. Neft və qaz quyularının qazılması prosesində işlədilən gil məhlullarının stabilliyini, axıcılıq və tiskotropluğunun quyu divarlarına su vermə qabiliyyətini, quyu daxili təzyiqin tənzimlənməsini və s. xüsusiyyətlərini təmin edən bir sıra yeni effektiv kimyəvi reagentlər hazırlanmış və sənaye miqyasında sınaqdan kecirilmişdir. Dərin neft quyularının qazılması zamanı quyu dibi temperaturun tədricən artırılmasını nəzərə alaraq 0-200oS temperatur intervalında bentonit, kaolinit və seolit əsaslı suspenziyaların stabilləşməsi, onların kolloid kimyəvi və sturuktur-mexaniki xassələrinin mövcud olan və laboratoriya tərəfindən təklif edilən yeni reagentlər vasitəsilə tənzimlənməsi prosesi tədqiq edilərək kaolinit və seolit əsaslı dispers sistemlərin daha yüksək termostabilliyə malik olması aşkar edilmişdir. Tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən təmizlənməsinin optimal şəraiti təyin edilmişdir. Beləliklə, prosesin gedişində kinetik və hidrodinamik amillərin rolu analiz olunmuş və sorbsiya prosesinin dinamik şəraitdə aparılması qanunauyğunluqları işlənib hazırlanmışdır. Onu da qeyd etmək lazımdır ki, ilk dəfə olaraq tullantı sularının neft məhsulları və kationaktiv boyalardan təmizlənməsinin sorbsiya-koaqulyasiya üsulu işlənib hazırlanmışdır.
Tullantı sularının neft məhsulları və kationaktiv boyalardan sorbsiya-koaqulyasiya üsulu ilə təmizlənməsinin effektivliyi, onların formalaşması şəraitindən və təbiətindən asılılığı qanuna uyğunluqları işlənib hazırlanmışdır. Bu prosesdə istifadə olunan “Gəncə” flokoaqulyantı asılqan hissəciklərin flokulyasiya və koaqulyasiyasına səbəb olur və onların çökməsini sürətləndirir. Model tullantı sualarının neft məhsullarından və kationaktiv boyalardan təmizlənməsinin təcrübi nəticələrinin analiz nəticəsində bir sıra parametrlərin optimal qiymətləri təyin edilmiş və təmizləmə prosesinin prinsipial sxemi verilmişdir.
Son dövrlərdə ionogen və qeyri-ionogen üzvi boyaların hidrofoblanmış gil minerallarında sorbsiyasına dair işlər aparılır. Gil mineralının kationaktiv üzvi maddələrlə qarşılıqlı təsiri zamanı onun səth xassəsinin nəzərə çarpacaq dərəcədə dəyişilməsi müəyyənləşdirilmişdir. Belə ki, üzvi radikal gil mineralının paketlər arası boşluğunu genişləndirir və onun hidrofoblaşmasına səbəb olur, nəticədə su mühitində üzvi çirkləndiricinin çıxarılmasına səbəb olur.
Bentonitin həm yayılma yataqları, həm də tətbiq sahəsi çox böyükdür. Belə ki, ondan kənd təsərrüfatında, neft, toxuculuq sənayesində, qazma işlərində, keramik və saxsı qabların alınmasında geniş istifadə olunur. Bu baxımdan bentonitin tərkibində olan radioaktiv elementlərin yataqlarda və yerin müxtəlif qatlarında müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bentonitin xarakteristik xüsusiyyətləri, həmçinin onun tərkibindəki radioaktiv elementlərin miqdarı müəyyənləşdirilmişdir.
Hal-hazırda bentonit əsaslı nanokompozitlərin alınmasının elmi praktiki əsasları, neftin texnoloji hazırlanmasının istifadəsinə, sorbsiya prosesləri üçün laylı mineral polimer əsasında alınmış yeni hibrid nanokompozitlərdə nanostrukturlaşdırılmış effektin yaradılmasına aid tədqiqat işlərini davam etdirilir. Bu müddət ərzində 155 (75-i xaricdə) məqalə, 55 (9-u xaricdə) tezis dərc olunmuş, 4 patent alınmış, bir dərslik çapdan çıxmış, 2 nəfər fəlsəfə, doktoru hazırlanmışdır.
Əli Yaqubov 210 elmi əsərin (onlardan 100 xarici ölkələrdə), o cümlədən 4 müəlliflik şəhadətnaməsi və patentin, 1 tədris-metodik vəsaitin müəllifidir.
Professor Əli Yaqubov məqalələrinin 75-dən çoxu xaricdə dərc olunub. Son illərdə Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrdən bir qismi aşağıdakılardır:
Azərbaycan Milli Elmlər Akademiyasının M.F.Nağıyeva adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun laboratoriya müdiri k.e.d Əli Yaqubovun 4 müəllif şəhadətnaməsi və patenti var. Bunlardan bəziləri aşağıdakılardır:
O, Rusiyada (1981-2014), Bolqarıstanda (1979, 1983, 1991), Macarıstanda (1986), Xarkov (2007), Minsk (2008), Hannover (2010), Badan (2014), Dubai (2017), keçirilən Beynəlxalq konqress, simpozium və konfranslarda elmi məruzəçi kimi bilavasitə və ya qiyabi iştirak etmişdir.
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, BDU elmi şurasının nəzdində fəaliyyət göstərən seminarın üzvü, Naxcıvan elmi mərkəzində fəaliyət göstərən dissertasiya müdafiə üzrə Dissertasiya Şurasının Üzvü
Mahnur Möysün qızı Cəfərlinin “Diaion CR-11,Dowex M-4195, KU-2x8 və KB-4P-2 ionitləri ilə məhlullardan Zn2+ və Pb2+-ionlarının sorbsiyası” monoqrafiyasına elmi rəyçi və redaktor olmuşdur.
Əli Yaqubov rəhbərliyi ilə 2 fəlsəfə doktoru hazırlanmışdır. Bir elmlər doktoru, 3 fəsəfə doktoru işlərinə opponent olmuşdur.
Əli Yaqubov 1978-ci ildə BDU-nun nəzdində fəaliyyət göstərən hazırlıq kurslarında Müəllimlik etmiş. 1991-2000-ci ilərdə indiki Neft Sənaye Universitetinin Neft və qaz yataqlarının istismar vəemalı kafedrasında dosent vəzifəsində calışmışdı.2002-ci ildən isə BDU Fiziki və kolloid kimya işləyir və hal-hazırda həmin kafedranın professorudur.