Hamamlı rayonu

Spitak rayonu,[1] və ya Hamamlı rayonuErmənistan Respublikası ərazisində rayon.

Rayon
Hamamlı rayonu
İnzibati mərkəz Spitak
İcra başçısı Qaqik Sahakyan
Tarixi və coğrafiyası
Yaradılıb 31.12.1937
Ləğv edilib 11 aprel 1995
Sahəsi 57.6 kv.km km²
Əhalisi
Əhalisi 12,881 nəfər
Hamamlı rayonu xəritədə

Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür.

1937-ci il dekabrın 31-də yaradılıb. 1949-cu il oktyabrın 26-na qədər Hamamlı, həmin tarixdən etibarən isə Spitak rayonu adlandırılıb. Ərazisi 596 kv km-dir. Rayon mərkəzi rayon tabeli Hamamlı (dəyişdirilmiş adı Spitak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 101 km-dir.[2]

Hamamlı rayonu Bazum, Şirək və Pəmbək dağ silsilələri arasındakı Pəmbək dərəsində yerləşir. Pəmbək çayı bu dərədən keçərək rayon boyu axır. Keçmişdə bu ərazidə hamısında azərbaycanlıların yaşadığı 24 kənd olub. Onlardan bəziləri 1918–1920-i illərdə ermənilər tərəfindən məhv edilmiş, digərlərinin isə əhalisi SSRİ dövründə Azərbaycan Respublikasına köçürülmüşdür. Nəticədə 1988-ci ildə artıq yalnız üç kənddə — Qursalı, Saral və Qızılörən kəndlərində azərbaycanlılar yaşayırdılar.

5 dekabr 1988-ci il tarixdə Daşnak terror qrupu heç bir insani əxlaqa, bəşəri davranışa sığmayan terror aktı törətmişdir. Hamamlı (Spitak) şəhərində türk millətinə mənsub olduqlarına görə 17 azyaşlı uşağı iri diametrli boruya (uzunluğu 20 m, diametri 1,5 m) dolduraraq başlarına dəmir lövhələr qaynaq edib uçurumdan yuvarlamışlar. Məsum körpələri diri-diri, vəhşanə tərzdə məhv etmişlər. Ümumiyyətlə bu cür vəhşi üsulla 87 nəfərədək uşaq qətlə yetirilmişdir.[3]

9 iyun 1989-cu ildə Hamamlıya sığorta pulu almağa getmiş dinc sakin Rəhim Daşdəmirov daşnak terrorçuları Sergey Poqosyanla Sergey Mədətyanın hücumuna məruz qalır. O, armatur çubuqla döyülərək qəddarcasına qətlə yetirilmişdir.[3]

Etimologiyası və toponimi

[redaktə | mənbəni redaktə et]

17-ci əsrdə yaradılan bu yaşayış məskəninin adı əvvəllər bu ərazidə çox sayda tarixi hamam olduğuna görə Hamamlı olmuşdur, lakin 1949-cu ildə rayonun adı Ermənistan SSR tərəfindən dəyişdirilərək Spitak qoyuldu. 1937-ci ilə qədər Hamamlı rayonunun, 1947-ci ildən Spitak rayonu mərkəzinin adıdır. Kəndin adı oradakı "Hamamlı" adlanan müalicə əhəmiyyətli isti sulu mineral bulaqlarla bağlıdır. Azərbaycanın Qax rayonundakı Ilisu kəndində "Xavənə hamam" isti su bulağının adı ilə mə’naca eynidir.[4]

XIX əsrin ortalarından kənddə xaricdən gəlmə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamış və azərbaycanlılar tədricən çıxışdırılıb çıxarılmışdır. 1886-cı ildə artıq kəndin əhalisi erməni idi.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Bəykənd Medz Parni
Keşişkənd Geharot 03.01.1935
Avdıbəy Tsaxkaşen 04.05.1939
Tsaxkaşen Tsaxkaber 21.10.1967
Ağbulaq Lusaxpyur 26.04.1946
Göy Yoxuş Saralanc 26.04.1946
Goran Qoqaren 26.04.1946
Qaltaxçı Artagyuğ 26.04.1946
Qaraboya Xikoyan 26.04.1946
Qaral Katnacur 26.04.1946
Qaçağan Lernavan 26.04.1946
Qızılörən Şenavan 26.04.1946
Muncuqlu Tsilkar 26.04.1946
Çotur Sarameç 26.04.1946
Əfəndi Karadzor 26.04.1946
Hamamlı Spitak 26.04.1946
Spitak Lernantsk 19.04.1950
Güllücə Saraart 19.04.1950
Nalbənd Şirakamut 25.01.1978
Tapanlı Geğasar 25.01.1978
Çikdəməl Arevşoğ 25.01.1978

Qursalı, Saral, Qızılörən (indi Şenovan), Qaral, Tapalı, Qotur, Nalbənd, Cacur, Parım, Avdıbəy, Ağbulaq, Sarıhart

  1. Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
  2. "Hamamlı". 2011-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  3. 1 2 Əlisahib Əroğul. "Erməni-daşnaq faşizmi və Azərbaycan" (bədii publisistika). Bakı, "Təhsil", 2007-ci il.
  4. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Спитак рајону // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.