Əliağa Əmirov

Əliağa Güləli oğlu Əmirov (10 avqust 1922, Corat, Bakı qəzası1984, Corat, Sumqayıt) — Böyük Vətən müharibəsi veteranı, azərbaycanlı Polkovnik

Əliağa Əmirov
Əliağa Güləli oğlu Əmirov
Şəxsi məlumatlar
Doğum tarixi 10 avqust 1922(1922-08-10)
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Corat
Vəfat səbəbi Ürək tutması
Dəfn yeri Corat qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti SSRİ Silahlı Qüvvələri
Hərbi hissə 1368-ci polk
Xidmət illəri 1941–1945
Rütbəsi polkovnik
Döyüşlər Qafqaz döyüşü, Mozdok şəhəri yaxınlığında döyüş, Berlin döyüşü və başqaları

Həyatı və gənclik illəri

[redaktə | mənbəni redaktə et]

Əliağa Əmirov 1922-ci il, 15 avqust tarixində Bakının Corat kəndində anadan olmuşdur. II Dünya Müharibəsi başlayan zaman tələbə idi. O, cəbhəyə könüllü getmişdir. 6 ay Orconikidze adına hərbi piyadalar məktəbində oxuyub. Hərbi məktəbdə xüsusi fərqlənən Əliağa Əmirov Leytenant rütbəsi aldıqdan sonra 416-cı diviziyanın 1368-ci polkunda 6 ay gənc əsgərlərin təlimi ilə məşğul olub.

İkinci Dünya Müharibəsi

[redaktə | mənbəni redaktə et]

Əliağa Əmirov Mozdokdan Qafqaz dağlarınadək 15 çətin döyüş əməliyyatında xüsusi fərqlənmə ilə iştirak etmişdir. O, Qafqaz döyüşü (həmçinin Qafqaz uğrunda döyüş) və ya Don əməliyyatı adlandırılan və İkinci Dünya müharibəsinin şərq cəbhəsində, Qafqaz regionunda, xüsusilə də Don çayı və Böyük Qafqaz dağları arasındakı bölgədə baş verən xüsusi əhəmiyyət kəsb edən döyüşdə verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir. O, eyni zamanda II Dünya Müharibəsində həlledici döyüşlərdən hesab edilən Berlin döyüşündə iştirak etmişdir. Əliağa Əmirov məhz bu döyüşdə piyada əleyhinə minaya düşmüşdür. Nəticədə onun bir ayağı amputasiya edilmiş və əlil olmuşdur.

Polkovnik Əliağa Əmirov müharibədən sonra "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş və "Sovet İttifaqı Qəhrəmanı" elan edilmişdir. 1-ci dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı, "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı və başqa medalordenlərlə təltif olunmuşdur.

Müharibədən sonrakı illərdə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əliağa Əmirovun doğulub boya-başa çatdığı hazırkı Corat qəsəbəsi o dövrdə Abşeronun ən böyük kəndlərindən idi və Böyük İpək yolu üzərində yerləşirdi. Məhz bu səbəblə də Corat öz məhsuldarlığı ilə digər ərazilərdən seçilirdi. Sovet hakimiyyəti qurulandan sonra Coratda "Oktyabr" kolxozu yaradılıb. 1949-cu ildə Sumqayıt şəhərinin salınması ilə əlaqədar bu kolxoz ləğv edilərək əmlak və ərazisi Saray qəsəbəsindəki Voroşilov adına kolxoza təhvil verilib və Corat Sumqayıtın tərkibinə verilib. Sovet İttifaqının dərin etimadını qazanmış Əliağa Əmirov sözügedən Voroşilov adına kolxozda mühasib vəzifəsinə təyin edilmiş və burada çalışmışdır. Əliağa Əmirov çətin vaxtlarda, xüsusilə aclıq dövrlərində əhaliyə göstərdiyi humanist xidmətləri ilə yaddaşlarda qalmışdır.

Əliağa Əmirov 1984-cü il, 31 mart tarixində 62 yaşında, Corat qəsəbəsində vəfat etmişdir.

Xanım Əlabbas qızı. Corat — Tarixin bir parçası (tarixi ədəbiyyat) "Səda" nəşriyyatı, 2009. (259 s. səh 95–96, səh 102)