Əlibəy Məmmədov

Məmmədov Əlibəy Rahib oğlu (30 oktyabr 1988, Moskva) — Tarixçi, Şərqşünas."Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası"nın sədri. Yaponiyanın Hokkaido Universitetində konfliktologiya elmi üzrə fəlsəfə doktoru.

Əlibəy Məmmədov
azərb. Məmmədov Əlibəy Rahib oğlu
Doğum tarixi 30 oktyabr 1988(1988-10-30) (35 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
İxtisası Filologiya Elmləri
Təhsili

Əlibəy Məmmədov 30 oktyabr 1988-ci ildə Moskvada tarixçi ailəsində anadan olmuşdur.

Yaponiyada yaşayır. Bakalavr dərəcəsini Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsindən Filologiya elmləri (yapon dili və ədəbiyyatı) üzrə aldıqdan sonra, 2009–2010-cu illərdə Füzuli rayonunun N saylı hərbi hissəsinə hərbi xidmətə yola salınmışdır. Manqa Komandiri olaraq xidməti uğurla başa vurmuş, digər hərbi hissələrə hərbi texnikadan dərs keçmək üçün göndərilmişdir. Əsgərlikdən geri döndükdən sonra yapon dili tərcüməçisi və müəllimi kimi fəalliyyət göstərmişdir. 2012-ci ilin Aprel ayından Yaponiya hökumətinin təqaüdünü qazanaraq Yaponiyaya təhsil almağa göndərilmişdir. 2015-ci ilin Mart ayının 25-də Yaponiyanın Hokkaido Universitetində tarix elmləri üzrə magistr dərəcəsi əldə etmişdir. Onun əsasında ilk 28 səhifəlik elmi məqaləsi 2016-cı ilin mart ayında Yaponiyanın məşhur "Sərhəd Araşdırmaları" jurnalında yapon dilində çapdan çıxmışdır. Hazırda eyni universitetin doktorantura pilləsində təhsil alır. Elmi mövzusu "Dağlıq Qarabağ və Cənubi Kuril adaları probleminin müqayisəli təhlili"-dir.

Dağlıq Qarabağ münaqişəsi və Cənubi Kuril adaları problemləri ilə bağlı Əlibəy Məmmədovun məqaləsi

2014-cü il May ayının 15-də əcnəbi tələbəsi 1800 nəfərdən artıq olan " Hokkaido Universitetinin Xarici Tələbələr Assosasiyasının Prezidenti " seçilmişdir. 2015-ci il Aprel ayının 23-də ikinci müddətə seçilmişdir. Bu işində Əlibəy əsas etibarilə, xarici tələbələrin hüquqlarının müdafiəsinə qalxmış və assosasiyanın daha da uğurlu layihələrə imza atmasına çalışmış, universitetlə xarici tələbələrin daha da yaxın və sıx münasibət saxlamağı üçün əlindən gələni etmiş və etməkdədir. Assosasiyaya prezident seçilməsi Əlibəy Məmmədova bir çox hüquqlar vermişdir ki, bunlardan uğurla istifadə etməklə sistemli şəkildə diaspor fəaliyyətini gücləndirmiş, Azərbaycan adı dəfələrlə kifayət qədər böyük tədbirlərdə, məclislərdə və yarışlarda təmsil olunmuş, ölkə haqqında müsbət rəy yaradılmasına nail olunmuşdur. 2016-cı ilin Aprel ayından etibarən Assosasiyaya fəxri prezident seçilmişdir.

2017-ci ildə Aprelin 12-indən 15-inə dək Amerika Birləşmiş Ştatlarının Koliforniya ştatının San-Fransisko şəhərində Qərb Sosial Elmləri Assosasiyasının 59-cu illik konfransında aprel döyüşləri ilə bağlı məruzə edib.[1]

Əlibəy Məmmədov 2016-cı il İyun ayının 16-da, Yaponiyanın paytaxtı Tokio şəhərində yaponiyalı biznesmenlərlə birlikdə "Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası"nın əsasını qoymuydur və hazırda sədr vəzifəsində çalışır.[2] Assosiasiyanın qurulması zərurətindən danışan Əlibəy Məmmədov bildirib ki, son illər Yaponiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı səfərlər, kadr mübadiləsinin artması, mədəni əlaqələrin sürətli inkişafı, eyni zamanda biznes sahəsində gözəçarpan işlərin görülməsi, Azərbaycana Yaponiyanın kiçik və orta sahibkarlarının böyük maraq göstərməsi Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaradılmasına təkan verən əsas amillərdəndir. O Yapon iş adamları, elm xadimləri ilə görüşlərdə də iki ölkə əlaqələrinin inkişafına dəstək məqsədilə Azərbaycan diaspor təşkilatının yaradılmasının vacibliyi dəfələrlə vurğulayıb. Yeni diaspor təşkilatını yaratmaqda əsas məqsəd Yaponiyada Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, tariximizi, mədəniyyətimizi təbliğ etməkdir.5 ildir ki, Yaponiyada yaşayır, təhsil alır və diaspor fəaliyyəti göstərir.

Dağlıq Qarabağ münaqişəsi və Cənubi Kuril adaları problemləri ilə bağlı Əlibəy Məmmədovun Yaponiyanın gündəlik Hokkaydo qəzeti (16 noyabr 2016), Tokio qəzeti, Chunichi və Hokuriku Chunichi qəzetlərində (hər biri 15 dekabr 2016) məqalələri çap edilmişdi.

  1. "ABŞ-də aprel döyüşləri ilə bağlı məruzə (525-ci qəzet)". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.
  2. "Yaponiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb". 2016-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.