Əlimərdan xan Bəxtiyari (1685, Çahar-Mahal və Bəxtiyari ostanı – 1754, Əfşarlar imperiyası) — Bəxtiyari elinin Çaharləng oymağının başçısı.
Əlimərdan xan Bəxtiyari | |
---|---|
fars. علیمردانخان چهارلنگ | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1685 |
Doğum yeri | |
Vəfat tarixi | 1754 |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d], siyasətçi |
Dini | şiəlik |
Beləliklə, Nadir şah Əfşarın vəfatından sonra bu qüvvələr arasında İranın faktiki olaraq hər yerində hakimiyyət uğrunda mübarizə genişlənmişdi. Belə ki, bu qüvvələr bir-birlərinə qarşı mübarizə aparırdılar, həm də bu mübarizə də özünə müqabil qruplaşmalarda da birləşirdilər. Bu onların həmin mübarizədə təkcə hərbi vasitələrdən deyil, həmçinin siyasi vasitələrdən də istifadə etmələrinin məqsədəuyğunluğunu əsaslandırırdı. Belə bir vəziyyətdə Mərkəzi İranda bəxtiyar tayfası olan Çaharləngin başçısı Əlimərdan xan da mərkəzi hakimiyyətin olmamasından istifadə edərək, bəxtiyarilərin hakimiyyət uğrunda mübarizəsinə başçılıq etdi. Bu mübarizədə onların başlıca rəqibi o qədər də güclü olmayan zənd tayfası idi.
Tərəflər arasındakı toqquşmada bəxtiyarilər məğlub oldu. Bəxtiyariyə qaçan Əlimərdan xan burada əsas rəqibi olan Kərim xan Zəndlə hərbi ittifaq bağladı. O ilk öncə Gülpayigan və Xansar şəhərlərini ələ keçirdi və 1750-ci ilin mayında Əlimərdan xan İsfahanın qapılarına vardı. İsfahan valisi Əbülfəth xan Bəxtiyari və şəhərin böyükləri qalanı qorumaq üçün toplaşdılar, lakin Əlimərdanın təkliflərindən sonra onlarla əməkdaşlıq etməyə razı oldular və İsfahan qapılarını Əlimərdan xan ordusuna açdılar.[1]
Əlimərdan xan, Əbülfəth xan və Kərim xanla birlikdə Səfəvi sülaləsini bərpa etmək məqsədiylə İranın qərbində bir ittifaq qurdular və 17 yaşlı Səfəvi şahzadəsi Əbu Torabi nayib olaraq hökmdar təyin edildi - 1750-ci ilin 29 iyununda Əbu Torab şah elan edildi və ona sülalə adı olaraq III İsmayıl ünvanı verildi. [1]
İsfahanın fəthindən sonra Əlimərdan xan özünü Vəkil-ü dəvlət ("dövlətin müavini" və ya regent) adı verdi[2] və dövlət idarəçiliyin başçılığını əlinə aldı, Əbülfəth xan isə İsfahanın qubernatoru vəzifəsini qorudu, Kərim xan isə ölkənin baş sərdarı (Ali Baş Komandan) təyin edildi və hərbi hakim olaraq ona bölgə xanlıqları fəth etmək vəzifəsi verildi. O Həmədan, Qəzvin və Kermanşahın işğal edilməsi Kərim xan Zəndə tapşırıldı. Bununla belə Əlimərdan xan hərbi əməliyyatlardan geri qalmadı. Kifayət qədər böyük ordu ilə Farsa hücum edən Əlimərdan xan Şiraz hakimi Saleh xan Bayatı məğlub edərək şəhəri tutdu.[3]
Ancaq bir neçə ay sonra Kərim xan Kürdüstanda bir səfərdə olarkən Əlimərdan xan İsfahan sakinlərinə vəd etdiyi şərtləri pozmağa başladı. Daha sonra Əbülfəth xanı öldürməklə qurulan əhdləri pozdu və Kərim xanla məşvərət etmədən əmisini şəhərin yeni hakimi təyin etdi və Şiraz şəhərinə tərəf getdi və Fars əyalətini qarət etməyə başladı.[4]
Şirazın tutulması ilə bütün Farsa və Cənub Şərqi İrana nəzarəti ələ keçirən Əlimərdan xan İsfahanı paytaxt elan etdi. Eyni zamanda Kərim xan da Həmədan, Qəzvin və Tehranı tutdu. Aparılan hərbi əməliyyatlar zamanı qazanılan uğurlar istər Kərim xanı, istərsə də Əlimərdan xanı İranda mərkəzləşdirilmiş dövlətin yaradılmasına və İranda təkhakimiyyətliliyi bərqərar etməyə sövq edirdi.[3] Əlimərdan xan, müavinlərini əvəz etməyə başladı, ordusunu lazımi təchizatla təmin etmək üçün əhalidən ağır vergi aldı. Bu, ətrafındakı yaxınların və məmurların ondan uzaqlaşmasına səbəb oldu, Əlimərdan xanın əmriylə onların bir çoxunun gözü çıxarıldı.[4] O, Kazerunu talan etdikdən sonra İsfahana yola düşdü, lakin Xişt kəndinin başçısı olan Muzari Ali Xişti rəhbərliyindəki yerli partizanlar tərəfindən Kutal-e Duxtərın keçidində pusquya düşdü. Onlar Əli Mərdanın mallarını talan etdilər və çoxlu qənimət ələ keçirdilər və 300 nəfəri öldürdülər. Qışa qədər Əli Mərdanın qüvvələri onun bəzi adamlarının tərk etməsi səbəbindən daha da azalmışdı.[4]
Kərim xan 1751-ci ilin yanvarında İsfahana qayıtdıqdan və şəhərdə əmniyəti bərqərar etdi və bu Əlimərdan xan üçün vəziyyət daha da pisləşdi.
Qısa müddətdən sona Loristanda Kuhrəng bölgəsində aralarında bir döyüş baş verdi. Döyüş heynində III İsmayıl və Zəkəriyyə xan (Əlimərdan xanın vəziri) bir neçə zabitlə birlikdə Əlimərdan xanı tərk etdilər. Nəticədə qalib gələn Kərim xan Əli Mərdanı və ordusunu geri çəkilməyə məcbur etdi. Adamlarının qalanları, Loristan valisi İsmayıl xan Feyli ilə birlikdə Xuzistana geri çəkildilər.[4] Orada Əlimərdan xan, əsgərlərini gücləndirmək üçün Xuzistan valisi Şeyx Sə'd ilə ittifaq qurdu. 1752-ci ilin baharının sonlarında Əlimərdan xan, İsmayıl xan Feyli ilə birlikdə Kirmanşaha yürüş etdi. Kirmanşahı öz təsərrüfündə tutan Əbduləli xan və Mirza məhəmməd, Kərim xanın güclənməsindən və şəhərlərinə hücum etməsindən qorxurdular, ona görə Əlimərdan xandan kömək istədilər. Kərim xanın qüvvələri, qısa müddətdə onların düşərgəsinə hücum etdilər, amma məğlub olaraq geri çəkildilər. Daha sonra Əlimərdan xan Zəndlərin torpaqlarına ayaq basdı, Nəhavənd yaxınlığında Kərim xanla üzüzə gəldi. Ancaq Əlimərdan xan bir daha məğlub oldu və Osmanlı İmperyasının Bağdad şəhərinə qaçdı.[5]
Orada 1746-cı ildə Nadir şahın Osmanlılarla Kürdan müqaviləsini bağlamaq üçün Bağdada göndərilən keçmiş diplomatı Mustafa xan Bəydili Şamlu ilə ilgiyə keçdi. Birdə 1725-ci ildə Mir Mahmud Hotaki tərəfindən Səfəvi ailəsini qırğınında İsfahandan qaçmağı bacaran keçmiş Səfəvi şahı II Təhmasibın oğlu (1729-1732) də Bağdad şəhərindəydi. Bu, Əlimərdan xan, İsmayıl xan Feyli və Mustafa xanın Səfəvilər sülaləsini bərpa etmək üçün şahzadənin İrana qayıtması bəhanəsiylə özlərinində qayıtması üçün əsas fürsət yaratdı.
Bir il sonra, 1753-cü ilin başlarında, Lurestanda bir ordu qurmağa başladılar ve Azad xan Əfqanın dəstəyini qazandılar. Bir neçə ay sonra Kərim xanın sərhədlərinə yürüş etdilər, amma Səfəvi şahı kimi elan edilən II Təhmasibın oğlu II Sultan Hüseyn yararsız bir namizəd kimi özünü göstərməyə başladı və bu onların gedişini zəiflədib çoxlarının qaçmasıyla nəticələndi.[6] Bu hadisədən sonra, Əli Mərdan və yandaşları II Sultan Hüseynin sülalə mənşəyini hərtərəfli yoxladıqdan sonra, onun həqiqi kimliyini ifşa etdilər və onun əslində Səfəvi nəslindən deyil, bir azərbaycanlı kişinin və bir erməni qadının oğlu olduğunu bildilər.[7]
Əlimərdan xanın Kirmanşahdakı adamları, iki il Zand qüvvələri tərəfindən mühasirəyə alındıqdan sonra təslim oldular və qüvvələr Kərim Xan tərəfindən pozuldu, Zəndlər Əlimərdan xanla qısa bir müddət sonra yenidən toqquşdular, ikinci dəfədə məğlub oldular və Kərim Xan Mustafa xanı əsir tutdu. Əlimərdan xan, II Sultan Hüseyni ilə birlikdə qaçmağı bacardı, ama çox keçmədən onun işə gəlmədiyini görən Əlimərdan xan, onun gözlərini kor edib İraqa göndərdi.[8]
1754-cü ilin yazında Əlimərdan xan Kərim xanın iki qohumları, Məhəmməd xan Zənd və Şeyx Əli xan Zəndi əsir tutdu. Sonra onları Kirmanşah yaxınlığında bir düşərgəyə apardı və onlarla bir ittifaq qurmağa cəhd etdi, amma nəticəsiz qaldı. İki Zand rəisi, uyğun bir siqnalla birdən Əlimərdan xana hücum edərək onu öz xəncəriylə öldürdülər və sonra onun adamlarının atəşi altında at üstündə ordan qaçdılar.[8]