Əlixan Bukeyxanov

Əlixan Bökeyxan(qaz. Әлихан Бөкейхан; 5 mart 1866, 1869[1], 1870[2] və ya 1866[2]27 sentyabr 1937[1] və ya 1937[2], Moskva, SSRİ) — qazax ictimai xadimi, müəllimi, jurnalisti, etnoqrafı.

Əlixan Bökeyxan
qaz. Әлихан Нұрмұхамедұлы Бөкейхан
Alaş Ordası Rəyasət Heyətinin sədri
13 dekabr 1917 – 5 mart 1920
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 5 mart 1866(1866-03-05), 1869[1], 1870[2] və ya 1866[2]
Vəfat tarixi 27 sentyabr 1937(1937-09-27)[1] və ya 1937[2]
Vəfat yeri
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Partiya
Fəaliyyəti yazıçı, siyasətçi, alim
Dini sünni islam
Hərbi xidmət
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, iqtisadiyyat, pedaqogika

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaynaqlar onun nəslinin Çingiz xanın nəvəsi Cuçi xana bağlı olduğunu yazırlar. Bökey xanın nəslindəndir.[3]. Onun doğum tarixi 1866-cı il, 1869-cu il, 1870-ci il kimi göstərilir. Rusya İmperyasının inzibati ərazi bölgülərinə görə Əlixan Nurmuhammed oğlu Bökeyxan Semey vilayəti Qarqaralı qəzasının Toqırauın nahiyəsində doğulmuşdur.

Nurmuhammed xan oğlu Əlixanın təhsil alması üçün ayrıca müəllimlər tutur. Sonra isə Karqaralıdakı qazax uşaqları üçün açılmış məktəbə göndərir. 1879–1886-cı illərdə bu məktəbdə oxuyan Əlixan təhsildəki başarısı ilə diqqəti cəlb edir. Bölgənin o dövürkü general-qubernatoru Gerasim Kolpakovskinin köməyi ilə Omsk Texniki Məktəbinə daxil olan Əlixan Bökeyxan 1890-cı ildə məktəb bitirib Sankt-Peterburqa gedir. 1890–1994-cü illərdə Peterburq İmperator Meşəçilik İnstitunun iqtisadiyyat fakültəsində oxuyur. Tələbəlik illərində Rusiyadakı idarəetmə sistemini tənqid etdiyinə, əsarət altında olan xalqların hüquqlarının tapdandığını dilə gətirdiyinə görə adı jandarma idarəsinin "qara siyahı"sına salınır.

Ali təhsil aldıqdan sonra Omsk şəhərinə qayıdan və buradakı Meşə Təsərrüfatı Məktəbində riyaziyyat müəllimi işləyən Əlixan Bökeyxan fərdi şəkildə xalqının yaşam şərtlərini, adət-ənəsini öyrənməyə başlayır. Onun marağından və araşdırmalarından xəbər tutub 1896-cı ildə Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir şöbəsinə həqiqi üzv seçirlər. Coğrafiya Cəmiyyətinə həqiqi üzv olması onu elmi axtarışlara həvəsləndirməklə yanaşı bir çox alimlərlə və ziyalılarla yaxından tanış olmasına şərait yaradır.

1903-cü ildə Peterburqda "Rusiya. Vətənimizin tam coğrafi təsviri" çoxcildliyinin 18-ci cildi nəşr olunur. Əlixan Bökeyxan bu cild üçün "Bölgədə yaşayan Qazax-qırğız əhalisinin etnoqrafiyası, mədəniyyəti və məişəti" adlı geniş bir məqalə yazdı. Məqalədə qazaxların məşhur "Qozı-Kopreş və Bayan" dastanını da ilk dəfə geniş təhlil etmişdir.

1905-ci ilin noyabrında Torpaq şurasının işində fəal iştirak edir. Moskva şəhərinə gəlir və burada qazax xalqının hüquqlarının tapdandığına, dilinin basqılar altında qaldığına, torpaqlarının müxtəlif yollarla əllərindən alınıb Rusiyanın mərkəz quberniyalarından köçürülənlərə verildiyinə dair söhbətlər aparır. Hökumətin bu yöndəki siyasətinin doğru olmadığını göstərir.

Əlixan Bökeyxan vəziyyətdən çıxış yolları axtararkən onunla bəzi məsələlərdə həmfikir olan insanların yaratdıqları Konustitusyaçı Demokratik Partiyaya üzv yazıldı. Bu partiya daha çox qısaldılmış adıyla kadetlər partiyası kimi tanınır.

1905-ci ildə məşhur qazax ədibi Abayın, yəni İbrahim Qunanbay oğlunun ölümü münasibətilə "Semiplatinsk listok" qəzetində çap etdirdbiy məqaləsində ilk dəfə şairin yaradıçılığının özəlliklərini ortaya qoyan Əlixan Bökeyxan 1907-ci ildə Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir Şöbəsi Semiplatiniski Bölməsinin "Zapiski" (Qeydlər) jurnalında çap etdirdiyi portret oçerklə Abayı rusdilli oxuçuya tanıtmış olur.[4]

1905-ci ildə tarixə "Qarqaralı petisyası" adı ilə daxil olan hökumətə etiraz məktubunu hazırlanmasını təşkil edir. On dörd min beş yüz nəfərin imzaladığı bu sənəddə çarizmin mərkəzi Rusiyanın müxtəlif quberniyalarından Qazaxıstana rus kəndlilərinin köçürülməsinə etiraz edilirdi.

1905-ci ilin sonlarında Oral şəhərində kadet partiyasının keçirdiyi birinci qurultayın təşkilatşılarından olur. 1906-cı ildə qırğız siyasi hərəkatın lideri kimi həbs edilir. Üç ay sonra həbsdən azad olunaraq Dövlət Dümasının seçkilərinə qatılır.[5] Aqmola vilayətindən Birinci Dövlət Dümasından seçilən Əlixan Bökeyxan çılğın çıxışları və fəal ictimai-siyasi fəaliyyətilə seçilir.

Çar II Nikolay Dövlət Dümasının buraxıldığını elan edəndə bir qrup deputat 1906-cı ildə tarixə Vıborq bəyannaməsi adı ilə daxil olan etiraz məktubunu imzalayır. Vıborq bəyannaməsının təşkilatçıları sırasında Əlixan Bökeyxan da olur. Həm də 1906-cı ildə qazaxlar arasında Konstitusyaçı Demokrat Partiyasının qurucularından olur.

Əlixan Bökeyxan kadet partiyasının üzvü olsa da partiyasının Omskda nəşr olunan "İrtış", "Omiç", "Qolos stepi " qəzetlərinə redaktorluq etsə də, 1908-ci ildə menşeviklərin "Tovariş" qəzetinin də redaktoru olmuş, kadetlərin Peterburqdakı "Reç", "Slova" nəşirləriylə də sıx əməkdaşlıq etmişdir.

Məqalələrində hökuməti kəskin tənqid etdiyinə görə Əlixan Bökeyxan 1908-ci ildə həbs edilir. Semey və Pavlodar həbsxanalarına saxlandıqdan sonra onu Samaraya sürgün edirlər.

Təqib və həbslər gənc vətənsevəri ruhdan salmır. "Yeni ensiklopedik sözlük" və "Müasir dövlətlərdə milli hərəkatın forması" toplusunda "Qazaxlar" elmi-siyasi məqaləsini çap etdirir.

1910-cu ildə Bökey xan Qırğız çölünün ruslar tərəfindən yerləşdirilməsinə qarşı aktiv çıxış edir.[6].

1913-cü ildə Əlixan Bökeyxan "Qazax" qəzetinin nəşinə icazə alır. Az bir vaxtda qəzet milli ziyalıların ideoloji mərkəzinə çevirirlər. Qəzetlərdə açıq imza və "Qır balası", "Stepniyak", yəni Çöllü oğlu təxəllüsü ilə "Duma partiyası", "Duma və qazaxlar", "Avqust Bebel" və b. məqalələr çap etdirir.

Sürgündə də siyasi fəaliyyətini davam etdirir. Belə ki, 1914-cü ilin iyununda keçirilən Ümumrusya Müsəlmanları Qurultayında iştirak edir, Dövlət Dümasında müsəlman deputatlarının fraksiyasının təşkilatçılarından və fraksiyanın büro üzvü olur. 1912–17-ci illərdə kadetlər partiyasının Mərkəzi Komitəsinə seçilən Əlixan Bökeyxanu Xalq Azadlıq Partiyası 1915-ci ilin avqustunda Samara Quberniya Komitəsinə üzv olur. Tomskdə Sibirin Muxtariatını istəyənlərin qurultayı keçirilir. Əlixan Bökeyxanun təşəbbüsü ilə həmin qurultay yaradılması planlaşdırılan Sibir Respublikasının tərkibində Qazaxıstana muxtariyyat verilməsini qərara alır.

1917-ci ilin fevralında II çar Nikolay taxtdan uzaqlaşdırılaraq Müvəqqəti Hökumət qurulur. Bu hökumətə Əlixan Bökeyxanun kadetlər partiyasından tanıdığı Krenski rəhbərlik edir. 1917-ci il martın 20-də onu Müvəqqəti Hökumətin Türküstan Komitəsinə üzv seçirlər və Torğay vilayətinə komissar təyin edir. Əlixan Bökeyxanun əsas məqsədi milli hökumət qurmaq idi. Odur ki bütün siyasi qüvvələrlə danışıqlar aparır, ortaq məxrəcə gələşəkləri nöqtələri axtarırdı. 1917-ci ilin iyul ayında onun rəhbərliyi və təşkilatçılığı ilə Birinci Ümumqazax Qurultayı çağrılır və 1906-cı ildə yaradılan Konstitusyaçı Demokrat Partiyası Alaş Partiyasına çevrilir. Kadetlərlə aralarındakı fikir ayrılığına görə partiyadan çıxan Əlixan Bökeyxan qazaxların muxtariyyat əldə etməsinə çalışır. Bolşeviklərin Müvəqqəti Hökuməti silah güçünə hakimiyyətdən uzaqlaşdırması qazaxların milli qüvvələrinin böyük əksəriyyətinin Alaş Partiyası ətrafında birləşməsini sürətləndirir.

1917-ci il dekabrın 5–13-də Orenburq şəhərində keçirilən II Ümumqazax Qurultayında qazaxların neçə yaşayacaqları, hansı idarəetmə formasından istifadə edəcəkləri, kimlərlə ittifaqa girəcəkləri geniş müzakirə olunur. Çoxluğun səsverməsi ilə Alaş Orda Muxtariyyatının qurulduğu elan edilir. Yeni qurulan hökumətin rəhbərliyinə Əlixan Bökeyxan seçilir. Əlixan Bökeyxan və onunla həmfikir olanlar Başqırt-Tatar və Kokand Muxtariyyatı ilə birliktə hərəkət etməyi qəbul etməmişdi, lakin yeni qurulan hökumətin yetərincə kadırı, ordusu olmadığından qazaxların yaşadığı böyük bir ərazini yeni qaydalarla idarəetməkı mümkün olmur. Bolşeviklərdən yardım alan və onların qazax xalqına azadlıq bəxş edəcəyinə inanlar ölkənin Quzey-Batısını nəzarətləri altından saxlayırlar. Doğuda isə yeni elan edilmiş Sibir Respublukası hakim olmağa çalışır. Belə gərgin, milli qüvvələrin parçalanmış halda olduğu vəziyyətdə Əlixan Bökeyxan Tomskda keçirilən qurultayda yeni yaradılacaq Sibir Respublikasının tərkibində qazaxlara muxtariyyat verilməsi fikrilə razılaşır. Çar ordusunun polkovniki Aleksandr Dutovun rəhbərlik etdiyi kazaklardan ibarət əsgəri birliklər 1918-ci ildəOrenburqu gah tutur, gah da boşaltmaq zorunda qalır. Çexoslavakiya korpusunun qiyamından sonra Aleksandr Dutov 1918-ci ilin iyulun 1-də Orenburqu tutur və noyabırda admiral Aleksandr Kolçakın rəhbərlik etdiyi əsgəri birliklərə qatılır. Alaş Orda Muxtariyyatının Xalq Sovetinə 25 nəfər seçilir ki, bunlarin da 10 nəfəri ruslar və qazax olmayanlardan ibarət idi. Alaş Orda hökuməti bölgədə Aleksandr Kolçakın qüvvələri qarşısında duruş gətirə bilməyəcəklərini görüb onlarla əməkdaşlıq etməyi qərara aldılar və Sibir Respublikasının tərkibində muxtariyyat hüququ ilə razilaşır. 1919-cu ildə bolşeviklərin güclənərək ağqvardiyaçıları sıxışdırması Alaş Oradçılar arasında fikir ayrılığı yaratdı. 1919-cu ilin aprelində Moskvaya gələn Alaş Ordaçıların nümayəndə heyəti Sovet rəhbərlərindən Lenin, Stalin, Trodski və b. görüşür. Razılığa gəlinir ki, bolşeviklər qazaxların yeni dövlətini tanıyacaqlar və Alaş Orda Hökumətinin bolşeviklərə qarşı vuruşmuş üzvlərinə aminisya verəcəklər, lakin bolşeviklər verdikləri vədə əməl etmir. Nümayəndə heyəti Moskvadan ayrılan kimi İosif Stalin Rusiya Fəhlə Kəndli Şurasına teleqrama vuraraq qazax milliyətçilərinə qarşı sərt tədbirlər görmələrini əmr edir. 1920–1937-ci illərdə Əlixan Bökeyxan üç dəfə həbs olunur.

Əlixan Bökeyxan 1937-ci ilin sentyabrın 27-də güllələnir.

  • Аккуыулы С. А. Букейханов и русское масонство // Простор. −1994. -№ 3.
  • Сеитов Э. А. Н. Букейханов как историк и общественно-политический деятель: Канд. диссертация. — Алматы, 1996.
  • Мамраева А. К. Общественно-политическое развитие Казахстана начала XX века и А. Букейханов. — Алматы, 1998.
  • Мамраева А. К. Общественно-политическая деятельность и политико-правовые взгляды А. Букейханова. Караганда. Болашак-Баспа. 1998.
  • Государственная дума Российской империи, 1906–1917 : Энциклопедия. Москва : Российская политическая энциклопедия, 2008. С. 70. ISBN 978-5-8243-1031-3.
  1. 1 2 3 4 Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
  2. 1 2 3 4 5 6 Люди и судьбы. Биобиблиографический словарь востоковедов - жертв политического террора в советский период (1917-1991) (rus.). СПб: Петербургское Востоковедение, 2013. 496 с. — (Социальная история отечественной науки о Востоке) ISBN 978-5-85803-225-0
  3. Sultan-Khan Akkuly. "Childhood and boyhood of the future leader of the nation: Alikhan was born different" (PDF). e-history.kz. December 2014. November 29, 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: January 31, 2015.
  4. Выборгский процесс. Иллюстрированное издание. СПб.: Типография товарищества "Общественная польза". 1908. С. 186.
  5. ЦГАОР, ф. ДП, 7 д-во, д. 2, ч. 39, л. 63
  6. "Как Букейхан остановил строительство железной дороги". 2015-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.