İbrahimov Əliyar Şahmərdan oğlu (25 noyabr 1939, Culfa rayonu) — AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikasi şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru, professor[1].
Əliyar İbrahimov |
---|
İbrahimov Əliyar Şahmərdan oğlu |
Doğum tarixi |
25 noyabr 1939(1939-11-25) (84 yaş) |
Doğum yeri |
|
Elm sahəsi |
biologiya |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
İş yeri |
|
Təhsili |
|
Əliyar İbrahimov 1939-cu ildə Culfa rayonunun Başkənd kəndində anadan olmuşdur. 1959–1962-ci illərdə hərbi xidmətdə olmuşdur. 1968-ci ildə S. M. Kirov ad. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin bitirmiş, bioloq, biologiya və kimya müəllimi ixtisası verilmişdir.
1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası V. L. Komarov adına Nəbatat İnstitutunun qiyabi aspiranturasına daxil olmuş, 1980-ci ildə akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə "Naxçıvan MSSR yüksək dağ zonasının bitki örtüyü və onun xalq təsərrüfatı əhəmiyyəti" mözusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və həmin vaxtdan doktorluq dissertasiyası üzrə tədqiqatlara başlamışdır.
1977–1993-illərdə Naxçıvan Regional Elm Mərkəzndə "Biologiya" şöbəsinin müdiri, həmçinin Naxçıvan MR Səhiyyə Nazirliyi nəzdnində yaradılmış "Loğman" Dərman Bitkiləri Elmi İstehsalat Kooperativinin sədri vəzifəsində çalışmış, elmi və müəllimlik fəaliyyətini də davam etdirmişdir. Bu müddətdə Naxçıvan MR-ın florası və bitki örtüyünü tədqiq etməklə yanaşı, regionun bitkiliyində yayılmış dərman bitkilərini öyrənməklə, onlardan insanların sağlamlığının qorunmasında elmi əsaslarla istifadə olunmasına nail olmuşdur. "Loğman" кооperativində Bakının "Fармхим" zavodu və Rusiyanın Qus-Xrustal zavodu ilə birgə müqavilə əsasında hazırladığı "Xatun" biokremi və bitki dərman yığıntıları SSRİ Ticarət-Sənaye Palatası və Toksikoloji Mərkəz tərəfindən müsbət qiymətləndirilmiş, bir sıra böyük şəhərlərdə: Moskva, Sankt-Peterburq, Stavropol, Bakı, Naxçıvan və s. ərazilərdə satılmışdır. Onun təklifi əsasında Naxçıvan şəhərində "Yaşıl aptek" açılmışdır. 1977-ci ilədək orta ümumtəhsil məktəbində direktor vzifəsində, kimya və biologiya müəllimi, 1977-ci ildən 1989-cu ilə kimi Azərbaycan EA Naxçıvan Regional Elm Mərkəzində (hazırda Bioresurslar İnstitutu) "Biologiya" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1993–2001-ci illərdə Naxçıvan Regional Elm Mərkəzində "Geobotanika" sektorunun müdiri, 2001–2002-ci illərdə Azərbaycan MEA Naxçıvan Regional Elm Mərkəzində elmi işlər üzrə direktor müavini işləmişdir. Ə. Ş. İbrahimov doktorluq dissertasiya ilə əlaqədar çoxillik tədqiqatları zamanı topladığı bitki kolleksiyası əsasında Azərbaycan EA Naxçıvan Regional Elm Mərkəzində, 2004–2008-ci illərdə AMEA Genetik Ehtiyatlar İnstitunda zəngin genetik bitki və toxum kolleksiyası əsasında "Herbari fond"ları yaratmışdır.
1983-cü ildən "Naxçıvan MR-in bitkiliyi, onun məhsuldarlığı və botaniki-coğrafi rayonlaşdırılması" mövzusunda doktorluq dissertasiya işi üzərində çalışmışdır. 2001 və 2003-cü illərdə yüksək ixtisaslı botanik kimi Bakıya dəvət olunmuş və 5 Beynəlxalq Ekspedisiyada Azərbaycanı təmsil etmişdir. 2004 və 2006-cı illərdə ABŞ, Avstraliya, Suriya nümayəndələrinin iştirakı ilə keçirilmiş Beynəlxalq Ekspedisiyalara rəhbərlik etmişdir. 2001–2003-cü illərdə "Biomüxtəəlifliyə dair Milli Məruzə, Strategiya və Fəaliyyət Planı Layihəsi"-ndə Naxçıvan MR üzrə milli mütəxəssis kimi iştirak etmişdir. 2005–2007-ci illərdə Kənd Təsərrüfatı Bitkilərinin biomüxtəlifliyi Global Fondunun (The Global Crop Diversety Trust a Fondootion for Food Securitv) işində iştirak etmişdir.
78 illik ömrünün 60 ilini əmək fəaliyyəti ilə məşğul olan Əliyar İbrahimov onun 50 ilini elmi tədqiqatlara həsr etmişdir.
2004–2008-ci illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunda "Bioekologiya" laboratoriyasının müdiri olmuşdur. 2004–2006-cı illərdə xarici ölkə mütəxəssislərin iştirakı ilə təşkil edilmiş Beynəlxalq Ekspedisiyalara rəhbərlik etmişdir. 2007-ci ildə akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə "Naxçıvan MR-nın bitkiliyi, onun məhsuldarlığı və botaniki-coğrafi rayonlaşdırılması" mövzusunda doktorluq dissertasiya ışıni uğurla müdafiə etmişdir.
2008-ci ildən АMЕА Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiridir. 280-dən çox elmi əsərin (o cümlədən — 2 monoqrafiya, 16 kitab, 3 dərs vəsaiti) müəllifidir. 6 biologiya üzrə fəlsəfə doktoru və 1 elmlər doktoru yetirmişdir.
Naxçıvan MR-in flora və bitki örtüyünə, biçənək və otlaqlarının müasir vəziyyətinə, faydalı bitki sərvətlərinə, nadir, endemik, nəsli kəsilmək təhlükəsi altında olan növlər, onların səmərəli istifadəsinə, mühafizə və bərpasına aid təkliflər vermişdir. Çoxillik elmi-tədqiqat işləri (1970–2012) zamanı aşkar etdiyi 300-dən artıq yeni taksonlar (fəsilə, cins, növ) Azərbaycan və Naxçıvan MR floralarına, bir qismi isə Qafqaz florasına əlavə olunmuşdur. İşlənib hazırlanmış 34 əməli təklif və tövsiyələr ilə yanaşı, tədqiqat prosesində 22 təklif və tövsiyələr xalq təsərrüfatının müxtəlif sahələrində özünə tətbiq sahəsi tapmışdır[2][3].
- Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti
- Ümumittifaq Botanika Cəmiyyəti. Sankt-Peterburq
- Azərbaycan Botanika Cəmiyyəti
1966-cı ildən 2003-cü ilə qədər biologiya və kimya müəllimi, 2010-cu ildən Naxçıvan Dövlət Universitetinin professorudur.
- AMEA Naxçıvan Bölməsinin Xəbərləri jurnalının redaksiya heyətinin üzvü
- AMEA Botanika İnstitutunun Elmi əsərləri jurnalının redaksiya heyətinin üzvü
- "Əmək veteranı" medalı. SSRİ Ali Sovetinin Prezidiumu adından, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Prezidiumu tərəfindən (1985).
- "Veteran" xatirə nişanı. Azərbaycan SSR EA Müharibə və Əmək Veyeranları Şurası Prezidiumunun qərarı ilə (1982)
- "XXI əsrin Tanınmış Alimi" Beynəlxalq diplomu. "Vektor" Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə (2004)
- "İlin Alimi" Fəxri diplomu, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin (2009).
- AMEA-nın Fəxri Fərmanı (2009)
- Ибрагимов А.Ш. Растительность Нахчыванской Автономной Республики и ее народнохозяйственное значение. Изд. Элм, Баку, 2005, 230 c.
- Talıbov T. H., İbrahimov Ə. Ş. Naxçıvan MR florasının taksonomik spektri (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər) Naxçıvan: Əcəmi , 2008, 350 s.
- Talıbov T. H., İbrahimov Ə. Ş. Naxçıvan MR-in "Qırmazı Kitabı" Naxçıvan: Əcəmi,2010, 676 s.
- Əliyar İbrahimov, Musa Piriyev, Daşqın Qənbərov Naxçıvan Muxtar Respublikasında gülçiçəklikimilər fəsiləsinin ağac və kolları (metodik vəsait). Naxçıvan, 2012, 93 s.
- QənbərovD., Qasımov H., Piriyev M., İbrahimov Ə. Bitki embriologiyası. Naxçıvan, 2012, 101 s.
- Ибрагимов А.Ш., Набиева Ф.Х. Флора высокогорий Нахчыванской Автономной Республики. Германия: LAP LAMBERT Academic Publishing, 2013. 88 с.
- Ибрагимов А.Ш., Набиева Ф.Х. Высокогорная растительность Нахчыванская Автономная Республика. Германия: LAP LAMBERT Academic publishing, 2013, 156 с.
- Musa Piriyev, Əliyar İbrahimov Naxçıvan Muxtar Respublikasının bəzi ağac və kollarının yaşıllaşdırmada istifadə perspektivləri. Naxçıvan: Əcəmi, 2014, 240 s.
- Talıbov T. H., İbrahimov Ə. Ş., Nəbiyeva F. X. Naxçıvan Muxtar Respublikasının florası – Botta zəravəndi. Naxçıvan: Müəllim, 2016, 39 s.
- Əliyar İbrahimov, Aynur İbrahimova, Fatmaxanım Nəbiyeva Naxçıvan Muxtar Respublikası florasının su-bataqliq bitkiliyi. Bakı: Müəllim, 2017, 198 s.
- Aynur İbrahimova, Əliyar İbrahimov, Fatmaxanım Nəbiyeva Su-bataqlıq bitkilərinin əhəmiyyəti (Naxçıvan Muxtar Respublikası üzrə). Naxçıvan: AFPoliqrAF, 2016, 110 s.
- Talıbov T. H., İbrahimov Ə. Ş. və b. Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri. Naxçıvan: 2014, 467 s.
- Əliyar İbrahimov, Musa Piriyev, Daşqın Qənbərov, Həbib Hüseynov Fermentlər (dərs vəsaiti). Naxçıvan: Əcəmi, Nəşriyyat Poliqrafiya Birliyi, 2014, 162 s.
- Ибрагимов A.Ш., Мамедов Г.М., Ибрагимов Б.Ш. Новые виды рода Rosa (Rosaceae) во флоре Нахичеванской АССР //Бот.журн. Т.67, Ленинград, 1982, № 6. с. 839
- Кулиев А.А., Гигиенова Э.И., Исмаилов Н.М., Ибрагимов А,Ш. Жирнокислотный состав масла плодов Cynara Scolymus L. культивируемого в Нахичеванской АР // ж. Растительные ресурсы: В 11-х т. Т. 3, 1985. с.346–360
- Ибрагимов А.Ш., Мовсумова Ф.К. О двух новых для Нахичеванской АССР родах цветковых растений // Бот.журн. Ленинград, 1989, т.74, № 5. с. 766
- Talıbov T. H., İbrahimov Ə. Ş. Colutea cilicica Boiss. et Bal. Naxçıvan MR-in florası üçün yeni növdür // Azərb. EA-nın Xəbərləri, biol.elmləri ser., 1999, № 1–6. с.115–118
- Sultanova Z. R., İbrahimov Ə. Ş. Naxçıvan MR-nin səhra və yarımsəhra yem bitkiləri // АMEA Bonanika İnstitunun əsərləri. XXY cild. Bakı, Elm, 2004. с.283–289
- Ибадуллаева С, Д,, Ибрагимов А.Ш., Ширалиева Г. Ш., Талыбова Ф. З. Субальпийское высокотравье Нахичеванской АР // Ботанический журн. Том 93. Санкт-Петербург, Наука, 2008. с.737–744
- İbrahimov Ə. Ş., A. H. İsmayılov Nəbiyeva F. X. Hedypnois cretica (Asteraceae Dumort.) Naxçıvan MR florası üçün yeni növdür // LXIV cild, AMEA Məruzələri, Elm, 2008, № 4, s.71–74
- Ибрагимов А.Ш., Набиева Ф.Х. Алкалоидоносные растения пустынь и полупустынь Нахчыванской Автономной Республики Азербайджана и меры их уничтожение // Журн. Аграрная наука, 2012, № 8, с.22–24
- İbrahimov Ə. Ş., Culfa rayonunun Aracıq dağında yayılmış Astracanta növləri və onların bioekoloji xüsusiyyətləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2012, № 4. с. 73–81
- Ибрагимов А.Ш., Набиева Ф.Х. Новые данные о флоре и растительности Нахчыванской Автономной Республики Азербайджана // IX Международной научно-практической конференции "Актуальные вопросы образования, науки и техники",Донецк, 2013, c. 8–14
- Ибрагимов А.Ш., Набиева Ф.Х. Альпийские растения флоры Нахчыванской Автономной Республики Азербайджана // Российский научный журнал "Современный научный вестник" г. Белгород, Россия, 2014, c. 31–38
- Ibragimov A. Sh., Nabiyeva F. Kh. Analysis endemics of the Nakhchivan Autonomous Republic of Azerbaijan // International Journal of Multidisciplinary Research and Development. India, Volume: 2, Issue: 5, 2015, p. 143–149
- Ibragimov A. Sh., Nabiyeva F. Kh., Genetic resources family Poaceae in the flora of Nakhchivan Autonomous Republic // European Academic Research Journal. Romania, European Union Volume 1, Issue: 7, Bucharest, Romania, 2015, p. 1793–1802
- Ибрагимов А.Ш., Набиева Ф.Х. Подушечные растения Нахчыванской Автономной Республики Азербайджана и их фитоценозы // Межд. научный журнал "Наука и Мир", 2016, № 6 (34), 9–11
- İbrahimov Ə. Ş. Birləpəlilər sinfinin taksonomik tərkibinə əlavələr və nomenklatur dəyişikliklər haqqında // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2008, № 2. с.88–91
- Ибрагимов А.Ш. Интродукция нетрадиционных xозяйственно-ценных растений Нахичеванской АР Азербайджана // Материалы ХII Межд. симп. "Нетрадиционное растениеводство. Эниология. Экология и здоровье", Алушта. Симферополь, 2003, с.169–172
- İbrahimov Ə. Ş. Naxçıvan MSSR-in suçiçəyi (Potamogeton) növləri // Azərb. EA Xəbərlri, biol.elmləri ser., 1993, № 1–3. с. 173–175
- Ибрагимов А.Ш. О новом семействе Azollaceae (Salviniales, Polypodiophita) для флоры Азербайджана и Кавказа // Ботанический журн. т.91, 2006. с.967–968
- Исмаилов А.Г., Ибрагимов А. Ш. Эндемичные и реликтовые растения бассейна реки Гиланчай // Известия Дагестанского Гос. Университета Естественные и точные науки, 2009, № 1 (6). с.75–79
- İbrahimov Ə. Ş. Naxçıvan Muxtar Respublikası florasının "Qırmızı Kitab"ına düşmüş dərman bitkiləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2011, № 4, s. 59–69
- Ибрaгимoв А.Ш., Набиева Ф.Х., Аббасов Н.К. Кормовые ресурсы летних пастбищ Нахчыванской АР Азербайджана // Межд. технико-ээкономический журнал, Москва, УМЦ, Триада, 2012, № 2, с. 93–98
- Ибрагимов А.Ш., Талыбов Т.Г., Набиева Ф.Х. Семейство Киркозоновые Флоры Нахчыванской Автономной Республики Азербайджана // V Межд.народной науч. kонф. European Applied Sciences: modern approaches in scientific researches. Германия, Штутгарт, 2013, c. 5–7
- Ибрагимов А.Ш., Набиева Ф.Х., Новые данные о флоре и растительности Нахчыванской Автономной Республики Азербайджана // IX Межд. научно-практ. Конф. "Актуальные вопросы образования, науки и техники", которая состоится 15–17 ноября 2013. c.117–123
- Ибрагимов А.Ш., Набиева Ф.Х. Trichormus azollae Strasburger J. Kom. et K. Anagn. (Nostocaceae) новый вид для альгофлоры Кавказа // Естественные и математические науки в современном мире. Матер. XI Межд. научно-практической конф. Новосибирск: СибАК, 2013, № 9–10 (10), с. 157–163
- Ибрагимов А.Ш., Набиева Ф.Х. Аконитовые растения флоры Нахчыванской Автономной республики // ж. Приволжский научный вестник. Ижевск, Издательский Центр Научного Просвещения, 2014, № 5(33), c. 5–9
- Ибрагимова А.М., Набиева Ф.Х., Ибрагимов А.Ш. Болотная растительность Нахчыванской Автономной Республики Азербайджана // ж. Актуальные проблемы современной науки, Москва, 2014, № 3, с. 177–181
- Ибрагимов А.Ш., Ибрагимов Б.Ш., Набиева Ф.Х. Биологически активные вещества виды рода Aconitum L. в Азербайджане // Евразийский Союз Ученых V Международной конференции "Современные концепции научных исследований", Москва, 2014, с. 54–57
- Ибрагимов А.Ш. Набиева Ф.Х., Земноводная растительность Нахчыванской Автономной Республики Азербайджана // Международной Научный Институт "Educatio". Ежемесячный научный журнал. Ставрополь, 2014, № 3, с. 117–121
- Ganbarov D. Sh., Ibrahimov A. Sh. New species and their bioecological features of Astragalus spread in the area of Nakhchivan Autonomous Republic // International Journal of Multidisciplinary Research and Development. India, 2015, Volume: 2, Issue: 4, 696–697
- Ибрагимов А.Ш., Набиева Ф.Х., Ибрагимова А.М. Новые таксоны водно-болотной растительности Нахчыванской Автономной Республики Азербайджана // ж. Вестник науки и образования. Москва, 2016, № 10(22), с. 13–15
- Nabiyeva F. Kh., Ibrahimov A. Sh. Genetic resources family Fabaceae Lindl. in the Flora of Azerbaijan // International Journal of Multidisciplinary Research and Development. India, Volume 2 Issue 4, 2015, p. 181–183
- Aliyeva. A. M., Ibrahimov A. Sh. About new plant formation spreading around Alinja castle situated in the territory of Julfa region of the Nakhchivan Autonomous Republic // IF: 3.4546 (UIF): European Academic Research Journal European Union Volume 2, Issue: 12, Bucharest, Romania, 2015, p. 332–335
- Ganbarov D. Sh., Ibrahimov A. Sh. Astragalus dasyanthus L. (Fabaseae) a New Species to the Flora of Azerbaijan // International Journal of Multidisciplinary Research and Development. India, 2015, Vol.2(1), p. 426–427
- İbrahimov Ə. Ş., Piriyev M., Nəbiyeva F. X. Naxçıvan Muxtar Respublikasında Albizzia julibrissin Durazz. — növünün introduksiyası, morfobioloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti // Az. Resp. Təhsil Nazirliyi NDU-nun Elmi əsərləri. Naxçıvan, Qeyrət, 2015, № 4, s. 66–74
- Ибрагимов А.Ш., Набиева Ф.Х., Геоботаническое районирование флоры и растительности Нахчыванской Автономной Республики Азербайджана // ж. Актуальные проблемы гуманитарных и естественных наук. Москва, 2016, № 5–1, c. 39–44
- Ganbarov D., Nabiyeva F, Babayev Y., Ibragimov A. Astragalus microcephala species of the populations of evaluation and productivity // SYLWAN., English Edition, ISI Indexed, Poland, 2017, № 161(7), p. 32–38
- Ganbarov D., Nabiyeva F, Babayev Y., Ibragimov A. The bushy and shrubby shaped Astragalus species spreading in the lowlands along the Araz river and their role in the highland-cserophit flora // SYLWAN., English Edition, ISI Indexed, Poland, 2017, № 161(8), p. 333–339
- ↑ "Arxivlənmiş surət". 2017-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
- ↑ Ибрагимов А.Ш. Растительность высокогорий Нахичеванской АССР и её хозяйственное значение: Автореф. дис. … канд. биол. наук. Баку, 1980, 26 с.
- ↑ Ибрагимов А.Ш. Растительность Нахичеванской АР, её производительность и ботанико-географическое районирование. Автореф. дис…. докт. биол. наук. Баку, 2007, 44 с.