Əliyevçilik

Heydər Əliyev. 1997-ci il.

ƏliyevçilikAzərbaycansovet dövlət xadimi, Azərbaycanın III Prezidenti Heydər Əliyevin irəli sürdüyü, uğrunda mübarizə apardığı, eyni zamanda həyata keçirdiyi ideyalar toplusu.[1] Əliyevçilik ideoloji baxımdan türkçülüyün inkarı[2]Azərbaycançılıq,[3] xarici siyasətdə isə Rusiya ilə Qərbin təsirinin balanslaşdırılması[4] ilə xarakterizə edilir. Əliyevçi siyasət nəticəsində 1995-ci ildə[5] "azərbaycanlı" və "Azərbaycan dili" ifadələri "türk" və "türk dili" ifadələrini əvəz etmişdir.[6][7][8] Həmçinin, Azərbaycanda Heydər Əliyevin şəxsiyyətinə pərəstiş yayılmışdır.[9] 2003-cü ildə Heydər Əliyevin oğlu İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycanda əliyevçilik siyasi dominantlığını qoruyub saxlamışdır. Eks-prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseynə görə, əliyevçiliyin ideoloji rəqibi elçibəyçilikdir.[10]

Bəzi tədqiqatçılar Əliyevçiliyi müasir azərbaycançılıq hesab edirlər.[11]