Elçibəyçilik

Elçibəyçilik,[1][2] elçibəysevərlik[3] və ya Elçibəy yolu[4]Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri,[5] 1992–1993-cü illərdə hakimiyyətdə olmuş Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin siyasi idealları. Bu cərəyan demokratizm,[6][7] cümhuriyyətçilik,[8] sosial ədalət,[9] Azərbaycançılıq, türkçülük, Bütöv Azərbaycan ideyasının təbliği,[10] Azərbaycan Xalq Cümhuriyyətinə bağlılıq[11]Türkiyəyə yaxınlıq[12] ilə xarakterizə olunur. Elçibəyin hakimiyyətdən getməsi və vəfatından sonra müxtəlif partiyalar, təşkilatlar və siyasətçilər elçibəyçilik ideologiyasına bağlı qalmışdır. 1993-cü ildən bəri müxalifətdə qalan elçibəyçilik, Elçibəyin hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseynə görə, YAP hökumətinin, əliyevçiliyin ideoloji rəqibidir.[13]

Bəziləri Elçibəyin ideallarını AXC-nin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəninkilər ilə müqayisə edərək bu cərəyanı Rəsulzadə-Elçibəy yolu da adlandırırlar.[8]

16 iyul 1989-cu ildə keçirilən Azərbaycan Xalq Cəbhəsinin təsis konfransında müəyyən qətnamələrin qəbul edilməsi ilə AXC elçibəyçi bir hərəkata çevrilmişdir. 1988-ci ilin əvvələrində SSRİ-də gedən proseslərin təsiri nəticəsində kütləvi müstəqil ictimai-siyasi təşəbbüslərin təşkilatlandırılması forması kimi meydana gələn Azərbaycan Xalq Cəbhəsinin Elçibəy ideyalarını qəbul edib milli demokratik platformaya çevrilmişdir.[9]

Etiraz aksiyası zamanı Əli Kərimli.

Elçibəyin hakimiyyətdən getməsi və vəfatından sonra müxtəlif partiyalar, təşkilatlar və siyasətçilər elçibəyçilik ideologiyasına bağlı qalmışdır. 1993-cü ildən bəri müxalifətdə qalan elçibəyçilik, Elçibəyin hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseynə görə, YAP hökumətinin ideoloji rəqibidir.[13] Siyasətçi İsa Qəmbərə görə, hakimiyyət elçibəyçiliyi gözdən salmağa, xalqın yaddaşından silməyə çalışır.[14]

İndiki dövrdə Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi PartiyasıƏdalət, Hüquq, Demokratiya Partiyasında özünü elçibəyçi hesab edən siyasi sferalar mövcuddur.[10][15] Elçibəyin qardaşı oğlu olan Hürrü Əliyev 2020-ci il parlament seçkilərində elçibəyçi namizəd kimi iştirak etmişdir.[16] Buna baxmayaraq, Eynulla Fətullayevə görə, 2016-cı ildə keçirilən referendum elçibəyçilər üçün "geriyə dönüşü olmayan nöqtəyə çevrilmişdir".[17]

AXCP sədri Əli Kərimli özünü elçibəyçi hesab edir.[18] Lakin KXCP sədri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu, Vəhdət Partiyasının sədri Tahir Kərimli,[19] Azərbaycan Milliyyətçi Demokrat "Boz Qurd" Partiyası (AMDP) üzvü Səfər Hümbətov,[20] və AXCP üzvü Namiq Sadıqlı[21] kimi siyasi xadimlər bunu inkar etmişdir. Əlavə olaraq, 2017-ci ilin iyunun bəzi AXCP üzvləri partiya daxilində elçibəyçilərin sıxışdırılmasını əsas gətirərək oradan istefa vermişdir.[22] Siyasətçi Oqtay Güləliyevə görə, özünü Elçibəyçi adlandıraraq vəzifə, mandat, pul, status, təmtəraqlı yaşayış əldə etmək üçün bu hərəkatdan üz dönənlər olmuşdur.[11]

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Elçibəy hakimiyyətini dəfələrlə tənqid etmişdir.[23] Yazıçı Əli Əkbər Əbülfəz Elçibəyin şəxsiyyətə pərəstişini tənqid etmişdir. Ona görə, hakimiyyət uğrunda mübarizə aparan Azərbaycan müxalifəti isə Elçibəyi gündəmindən çıxara bilməmişdir.[24]

  1. Seyidağa, Etibar. "Qiyamçılarla Elçibəyçilərin 27 ildir bitməyən savaşı - səbəblər". Yeni Müsavat (az.). 12 iyul 2020. 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  2. Mustafa, Fazil. "Mirzə İbrahimovun papağı..." Publika.az (az.). 12 iyun 2020. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  3. "Müxalifət üçün vahid namizəd tapıldı – Müsahibə". Qafqazinfo (az.). 30 avqust 2012. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  4. Bingöl, Namidə. """Elçibəy yolu" ifadəsi şairanə anlayışdır"". Modern.az (az.). 18 iyul 2016. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  5. "Əbülfəz Elçibəy haqqında: "Onun dövründə mətbuat olduqca sərbəst idi"". BBC Azərbaycanca (az.). 24 iyun 2015. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  6. Gülalıyev, Oqtay. "KXCP Ali Məclisində insident: iclasda məclis üzvünü döymək istəyiblər –Mirəlioğlu iddiaları cavabsız buraxdı". Strateq.az (az.). 27 avqust 2019. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  7. Fətullayev, Eynulla. "Leyla və Arif Yunusovlar kitab dalınca Ermənistana getdilər". Virtual Azərbaycan (az.). 31 yanvar 2020. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  8. 1 2 Rais, Əli. ""Rəsulzadə-Elçibəy yolu" ifadəsinin anlamı nədir?" (az.). 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  9. 1 2 "Elçibəy İnstitutunun Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin 30 illiyi münasibəti ilə bağlı AÇIQLAMASI". Turan İnformasiya Agentliyi (az.). 18 oktyabr 2021. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  10. 1 2 Bayoğlu, Cahandar. ""Elçibəy fiziki varlıqdan çox, ideyadır!" – CAHANDAR BAYOĞLU". 7news.az (az.). 9 iyun 2020. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  11. 1 2 Gülalıyev, Oqtay. "Elçibəy sağ olsaydı…". Yenifakt.info (az.). 27 oktyabr 2017. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  12. ""Qardaş praqmatizmi" və ya Ankara niyə Elçibəyi kənarlaşdırdı". Meydan TV (az.). 14 iyun 2019. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  13. 1 2 Hüseyn, Pənah. "İndiki iqtidarın ideoloji rəqibi Elçibəyçilikdir". Turan İnformasiya Agentliyi (az.). 21 iyun 2018. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  14. "Commemoration for Abulfaz Elchibey". Turan İnformasiya Agentliyi (ingilis). 24 iyun 2021. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  15. Nurullayev, Razi. ""Adım qədər əminəm ki, Əli Kərimlinin deyilən videosu var"". Kaspi.az (az.). 18 fevral 2016. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  16. Barat, Elşad. "Elşad Barat Hürrü Əliyevdən yazdı - İlahi, necə də işıqlandı o qaranlıq bina..." Azərbaycan Reallığı İnformasiya Agentliyi (az.). 21 yanvar 2020. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  17. Fətullayev, Eynulla. "Əliyevin başlanğıc və "elçibəyçiliy"in dönməzlik nöqtəsi". Virtual Azərbaycan (az.). 28 sentyabr 2016. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  18. Turan, Alpər. "Xəyanətkarın "göz yaşları"". Kaspi.az (az.). 23 avqust 2019. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  19. Hüseynova, Rəfiqə. Səs İnformasiya Agentliyi (az.). 10 iyul 2020 https://sia.az/az/news/politics/814765.html (#bare_url_missing_title). 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  20. Seyidağa, Etibar. ""Elçibəy dedi ki, ... Əli Kərimlini Heydər Əliyevin əlindən dartıb alacağam"". Yeni Müsavat (az.). 16 yanvar 2014. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  21. "İstefa verən AXCP üzvündən Əli Kərimliyə yeni ittihamlar - "O, heç vaxt imkan verməz ki..."". AzNews.az (az.). sentyabr 2019. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  22. "AXCP-dən istefalar - Əli Kərimlinin gəncləri Rəsul Quliyevin partiyasına qoşuldular". Tərəf Qəzeti (az.). 15 iyun 2017. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  23. Həsənov, Əli. "Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır!". İki Sahil (az.). 28 noyabr 2019. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  24. Əkbər, Əli. "Rəsulzadə-Elçibəy Yolu?". Meydan (az.). 8 fevral 2014. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.