Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 2 saniyə əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Əlzaman Rəhimov (Əlzaman Sabir oğlu Rəhimov; d. 22.10.1958, Saatlı rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan diasporunun nümayəndəsi,[1] Azərbaycanın "Tərəqqi" medalı[1] və Rusiyanın "Dostluq" ordeni laureatı. İqtisad elmləri namizədi.[1]
Əlzaman Rəhimov | |
---|---|
Əlzaman Sabir oğlu Rəhimov | |
Doğum tarixi | |
Doğum yeri | Saatlı rayonu, Azərbaycan SSR, SSRİ |
Atası | Sabir |
Mükafatları |
Əlzaman Rəhimov 1958-ci il oktyabrın 22-də Saatlı rayonunda anadan olub.[2]
Əlzaman Rəhimov 1981-1985-ci illərdə Saatlı rayonu Varxankənd məktəbində biologiya və coğrafiya müəllimi kimi fəaliyyət göstərmişdir.[1] 1985-1989-cu illərdə Moskva vilayətində Domodedovo şəhər zavodunda fəhlə kimi çalışmışdır.[1]
1990 -1991ci illərdə Moskvada "Sevpuxovskaya rastava", "Nərgiz" kooperativlərinin sahibkarı olmuşdur.[1] 1992-ci ildə "Günay" tikinti kommersiya şirkətinin baş direktoru olmuşdur.[1]
"Za slujbu Rossii" ordeni,[1] "İvan Kolita" ordeninə[1] layiq görülmüşdür.
2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[1][3]
28 dekabr 2016-cı il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib[4]
20 oktyabr 2015-ci ildə Rusiyanın "Dostluq" ordeni ilə təltif olunmuşdur.[5]