Əlvida, silah!

Əlvida, silah!Ernest Heminqueyin romanı.

Əlvida, silah!
A Farewell to Arms
Əsərin 2017-ci il azərbaycanca nəşrinin üz tərəfi
Əsərin 2017-ci il azərbaycanca nəşrinin üz tərəfi
Müəllif Ernest Heminquey
Janr Roman
Orijinalın dili İngiliscə
Ölkə
Orijinalın nəşr ili 1929
Tərcüməçi Hacı Hacıyev
Nəşriyyat Bakı Kitab Klubu (2017)
Səhifə 345 (1961), 264 (1986) 320 (2017)
Tiraj 100 (2017)
ISBN 978-9952-8252-0-6
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roman avtobioqrafik sayılır. Yazıçı Birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub.[1][2]

"Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır.[3]

Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», "Silahlara əlvida" adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah!» (1929) adının üstündə dayanıb.[1][2]

Əsər Üçüncü Reyxdə qadağan olunub.[4]

Yazıçı 1958-ci ildə The Paris Review jurnalına müsahibəsində etiraf edib ki, romanın son sözünü 39 variantda yazıb. Heminqueyin Con F. Kennedi kitabxanasında saxlanılan əlyazmalarını incələyən nəvəsi Ernest Miller Heminquey isə bu sonluqların 39 deyil, 47 olduğunu aşkarlayıb. Əsər 47 alternativ sonluqla 2012-ci ildə ABŞ-nin Simon & Schuster nəşriyyatının Scribner mətbəəsində nəşr olunub.[1][2]


Əsərdə müharibə bütün gerçəklikləri və dəhşətləri ilə təsvir olunur. Döyüşün törətdiyi qorxu ucbatından əsgərlər özlərinə qəsdən xələl yetirirlər. Belə ki, onlar ön cəbhədə olmamaq üçün özlərini qəsdən yaralayır, arxa cəbhəyə can atır, xəstəxanalarda daha çox qalmaq istəyirdilər.

Nəşr və tərcümə

[redaktə | mənbəni redaktə et]

Roman Hacı Hacıyev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə Uşaqgəncnəşrdə 1961-ci ildə 345 səhifədə, 2-ci dəfə 1986-cı ildə 264 səhifədə təkrar nəşr edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda 320 səhifədə, 100 tirajla çap edilib.[5]

  1. 1 2 3 "«Əlvida, silah!» romanı 47 alternativ sonluqla çap olunacaq". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.
  2. 1 2 3 "Heminqueyin "Əlvida, silah!" əsərinin sonluğu 47 variantda nəşr olunacaq". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.
  3. "Amerika ədəbiyyatının təkrarsız dühası". 2019-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.
  4. "From Hemingway to HG Wells: The books banned and burnt by the Nazis". www.independent.co.uk. www.independent.co.uk. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  5. "Əlvida, silah! (roman)" (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]