Əməvi məscidi (ərəb. جامع بني أمية الكبير Jāmi' Banī 'Umayya al-Kabīr), Şam Cümə məscidi kimi də adlandırılan məscid Şam şəhərinin qədim şəhər hissəsində yerləşir və dünyanın ən böyük və ən qədim məscidlərindən biridir.
Əməvi məscidi | |
---|---|
ərəb. جامع بني أمية الكبير | |
33°30′41″ şm. e. 36°18′24″ ş. u.HGYO | |
Ölkə | Suriya |
Şəhər | Şam |
Yerləşir | Dəməşq[1] |
Aidiyyatı | Əməvilər xilafəti |
Tikilmə tarixi | 715 |
Uzunluğu |
|
Eni | 50 m |
Minarələri | 3 |
Günbəzləri | 1 |
Material | mərmər, daş[d] |
Vəziyyəti | stabil |
Vikianbarda əlaqəli mediafayllar |
634-cü ildə Şam şəhərinin Ərəblər tərəfindən alınmasından sonra, Roma İmparatoru I Konstantin dövründə Yahya peyğəmbər şərəfinə tikilən Xıristiyan bazilikası, Ebu Ubeyde bin Cerrahın başçılığı ilə 635-ci ildə bəzi dəyişiklər edilərək məscid kimi istifadə edilirdi. Yetmiş il ərzində həm kilsə, həm də məscid kimi iki dinin ibadətxanası olmuş bina müsəlman əhalinin zaman keçtikcə artması ilə əlaqəli tamamilə məscidə çevrilmişdir.
Məsciddə bu gün hələ də qorunan Yahya peyğəmbərin qəbri və türbəsi kimi müqəddəs abidələri mühafizə edilir.Həmçinin məscidin içində Şiəlik üçün dəyərli əsərlər vardır. Məscidin şimal hissəsinə əlavə edilmiş balaca bir bağcada Səlahəddin Əyyubinin türbəsi tikilmişdir.
Orijinal planı ilə bu günə qədər öz gözəlliyini saxlaya bilən Şam Əməvi məscidinin tikilişindən sonra İslam dövlətlərində tikilən bütün məscidlərin memarlığına model olmuş bir binadır. Məscid memarlığına bir çox yeniliklər əlavə etmişdir.[2]
Məscidin bitki və həndəsi motiflərilə, şəhər və bina təsvirləridən meydana gələn möhtəşəm mozaik bəzəkləri də memarlıq sənətinin tarixi üçün mühüm yer tutur. Məscidin başqa bir xüsusiyyəti də İslam aləmində ilk dəfə ümumi ayaqyolu burada tikilməsi olmuşdur.
Bizim eradan əvvəl I əsrə aid Yüpiter adı daşıyan Roma məbədinin və Roma imparatoru Theodosiosun dövründə tikilən Yahya Peyğəmbər Kilsəsi'nin yerində tikilmişdir. Şam şəhərinin 634-cü ildə müsəlman Ərəb orduları tərəfindən tutulmasından sonra Yüpiter məbədi Ebu Ubeyde bin Cerrahın başçılığı ilə məscidə çevrilmişdir. Bu məscid kiçik olduğu üçün Əməvi Xəlifəsi I. Velid tərəfindən bugünkü böyük məscidin tikilişi başladılmışdır.[3]
İnşaatda xəlifənin istəyi ilə Bizans imperatorunun İstanbuldan göndərdiyi ustalar işləyirdi. İnşaat 714-cü ildə tamamlandı.X əsrin tarixçilərindən biri olan İbn el-Fakih el-Hamadaninin verdiyi məlumata görə məscidin tikintisinə 600.000 ilə 1.000.000 dinar arasında pul xərclənmiş və 12.000 işçi işləmişdir.