Əmin Xınalıqlı

Əmin XınalıqlıXVIII-XIX əsrlərdə yaşamış Xınalıq əsilli Azərbaycan şairi.

Əmin Xınalıqlı
Doğum tarixi XVIII əsr
Doğum yeri
Fəaliyyəti şair
Vikimənbənin loqosu Əmin Xınalıqlı Vikimənbədə

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Dədə Əmin Xınalıqlı Abbasqulu ağa BakıxanovunGülüstan” ədəbi dərnəyində iştirak etmişdir. Şair qoşma janrında şeirlər yazıb. Şeirlərində zəmanədən şikayət, ədalətsizliyə, varlanmaq ehtirasına qarşı tənqid çox güclüdür. Xınalıqlı Dədə Əmin xalq həyatı ilə sıx bağlı olduğundan şeirlərində ictimai motivlər güclüdür. Onun “Getdi” qoşmasında fəlsəfi düşüncələr fonunda sosial motivləri önə çıxır.


Təkəbbür dağların həmrahi olan

Vədə tamam oldu, qarıdı getdi,

Çəkildi zimistan, yaz bəhərləndi.

İsti havasında əridi, getdi.


Ustadın dinləyən nəsihət aldı,

Heyif, günüm keçdi, ömrüm azaldı,

Bülbül qönçə üçün zarıncı qaldı,

Bağçalar dolusu bar idi getdi.


Haqqın tərəfdarı danışmaz yalan,

Eyləməz özgənin malını talan,

Hər kəsə dünyada son nəsib olan

Beş arşın ağ idi, sarıdı getdi.


Biyarı cənnətdə iqrar imansız,

Doğrusun dəyirək, şəksiz-gümansız,

Neçələri gördüm ac dil, amansız,

Çoxları dövləti varıdı getdi.


Haqqı özü yaratdı əriş-zəmini,

Bu anlaşılmaz fitnə fellər damını,

Soruşsalar Xınalıqlı Əmini,

Deyin: bu dünyada var idi, getdi.

Dədə Əminin başqa bir şeirində ("Döndü) əsas yeri yenə də sosial motivlər tutur.


Cahillər ahilin qədrini bilməz,

Ay ağalar, yaman zamana döndü,

Gördüyünü xalqa söyləyə bilməz,

Bu könlümün qəmi dumana döndü.


Alıcı alıcı tərlanım uçdu əlimdən,

Qurtara bilmədim fitnə-fəlindən,

Dad eylərəm çərxi-fələk əlindən,

Yandı kabab bağrım büryana döndü.


Müqəddəs sandığın doğru yol getməz,

Kasıbı dinləməz, bir kömək etməz,

Cahillər yanında sağ sözün ötməz,

Dağdan ağır başım samana döndü.


Haqqı sevən yola dost doğru gəlir,

Bir kamil ustaddan nəsihət alır,

Özünü bilməyən səni nə bilir?!

Heyif, elif qəddim kalsana döndü.


Bülbül avazlar, qönçəli bağlar,

Düşmənin tənəsi sinəmi dağlar,

Xınalıqlı Əminə ah çəkib ağlar,

Heyif ola, halım yamana döndü.

O, tanınmış şair-aşıq Xaltanlı Xağının müasiri olmuş, onunla deyişmələr aparmışdır.

  • С. А. Бедирханов. Азербайджаноязычная поэзия народов Южного Дагестана (XVII-XVIII вв.). Махачкала. 2007.
  • Hacıbala Mollabəyli (Bədəlov) “Daş yaddaşlı Xınalıq”. Bakı: “Müəllim” nəşriyyatı, 2020 – 168 səh.