Əmir Əli oğlu Əbdüləzim

Əmir Əli oğlu Əbdüləzim[1] və ya Əbdüləzim Sərkar[2] (az.-əski. ابدولزیم سرکار‎) — XVII əsr Azərbaycan memarı.

Əmir Əli oğlu Əbdüləzim
İşləri və nailiyyətləri
Əsas tikililəri

Əmir Əli oğlu Əbdüləzim 1663-cü və ya 1664-cü ildə inşa edilmiş[3] Şamaxı rayonundakı Kələxana türbələrinin müəllifidir. Bu türbələrdən birində Әbdüləzim Sərkarın adı həkk edilmişdir. Sərkar (başçı) ləqəbi də kompleksin tikintisinə rəhbərlik etməsi ilə əlaqədardır. Yaradıcılıq üslubu əsərlərində həcm-fəza quruluşunun mütənasibliyi və eynitipli türbələrin fərdi xüsusiyyətlərə malik olmasında ifadəsini tapmışdır.[2][4]

  1. "Şamaxı rayonu Kələxana türbələr kompleksində arxeoloji tədqiqatlar aparılır". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.
  2. 1 2 Әбдүләзим Сәркар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 126.
  3. Salamzadə, 1964. səh. 42
  4. Əbdüləzim Sərkar // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
  • Саламзаде, А. "Архитектура мавзолеев Азербайджана XVI–XIX вв" (rus) (№ 3). Изв. АН Азерб. ССР. 1961.