Əmirulla Məmmədov

Əmirulla Məmmədəli oğlu Məmmədov (24 iyul 1946, Fatmayı) — fizika-riyaziyyat elmləri doktoru (1986), professor (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (1988), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2016), Bilkənd Universiteti Nanotexnologiya Elmi Mərkəzinin Emeritus Professoru və Baş Elmi İşçisi, Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurası və İdarə Heyətinin üzvü.[1]

Əmirulla Məmmədov
Əmirulla Məmmədəli oğlu Məmmədov
Doğum tarixi 24 iyul 1946(1946-07-24) (77 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı Azərbaycan Respublikasının əməkdar elm xadimi

Məmmədov Əmirulla 24 iyul 1946-cı ildə Azərbaycanın Bakı şəhərinin Fatmayı kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı 44 nömrəli orta məktəbində təhsilinə başlamışdır. Orta məktəbi 1963-cü ilində bitirmişdir. Daha sonra Ali təhsilini 1968-ci ilində tamamlamışdır. 1968-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirəndən sonra Sovet Ordusu sıralarına çağrılmışdır.

Hərbi xidmətdən tərxis olduqdan sonra 1991-ci ilinə qədər Bakı Dövlət Universitetinin Yarımkeçiricilər Fizikası Elmi Tədqiqat Mərkəzində işləmişdir.

1973-cü ildə fizika riyaziyyat elmləri namizədi (bərk cisimlər fizikası ixtisası üzrə) dissertasiyasını müdafiə etmişdir.

1977-ci ildə bərk cisimlər fizikası ixtisası üzrə baş elmi işçi alimlik ünvanını və sonrasında da Dosent alimlik ünvanını almışdır.

1982-ci ildən Elmi Mərkəzin Qeyri-xətti Optika Bölümünün müdiri olaraq işinə davam etmişdir.

1986-cı ildə fizika riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır.

Dissertasiya Optika ixtisası üzrə müdafiə edilmişdir.

1988-ci ildə Azərbaycan Respublikasının Elm sahəsində Dövlət Mükafatını almışdır.

Ə. Məmmədovun Azərbaycan və bir sıra xarici ölkələrdə Ferroelektriklər Fizikası, Vakuum Ultra-Bənövşəyi Spektroskopi, Qeyri-xətti Optika və Nanotexnologiya ixtisas və sahələrində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olmuşdur.

Məmmədov Əmirulla Azərbaycan və Türkiyədə bu sahələrdə apardığı elmi tədqiqatlarında böyük nailiyyətlər əldə etmiş və bu sahədə həm Azərbaycanda həm də Türkiyədə elmi məktəblərin təməllərini qoymuş və inkişaf etdirmişdir. Bu sahədə 30-dan çox elmlər namizədi, elmlər doktoru və professor yetişdirmişdir.

Dünyanın fərqli ölkələrində elm adamları tərəfindən ən çox oxunan və qəbul görmüş elmi jurnallarında 350-nin üstündə elmi məqalələri çap olunmuşdur. 50-dən çox Beynəlxalq Konfranslarda davətli məruzəçi olaraq çıxış etmşdir.

İctimai fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurası və İdarə Heyətinin Üzvü.

Elmi pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Kiçik Elmi İşçi (Müsafir), S. İ. Vavilov adına Dövlət Optik İnstitutu, St. Peterburg Rusya
  • Elmi İşçi, Baş Elmi İşçi, Dosent, Professor, Bakı Dövlət Universiteti Bakı, Azərbaycan
  • Müsafir Baş Elmi İşçi, University of Nebraska-Lincoln. NE, USA
  • Müsafir Baş Elmi İşçi, Naval Air Warfare Weapon Center, China Lake; CA, USA
  • Müsafir Baş Elmi İşçi, SLAC Stanford University, CA, USA
  • Müsafir Baş Elmi İşçi, California Institute of Technology, Pasadena, CA USA
  • Müsafir Baş Elmi İşçi, Tsukubo Scientific Center, Japan
  • Müsafir Professor, Department of the Electrical and Electronics Engineering, University "La Sapienza" (First Rome University), Rome, Italy
  • Professor, Department of the Physics, Cukurova University 1991–2011, Adana, Turkey
  • Elmi Məsləhətçi, ASELSAN AŞ Mikroelektronik, İzləmə və Elektrooptik Qrupu (ASELSAN, Inc.), Ankara, Türkiyə, 1992–2002
  • Elmi Məsləhətçi, Türkiyə Elm və Texnoloqiya Komitəsinin Müdafiə Texnoloqiya Qrupu, (TÜBITAK) və Milli Müdafiə Nazirliyi Elmi-Tədqiqat Şöbəsi, 2004–2010
  • Emeritus Professor- Baş Elmi İşçi, Bilkənt Universiteti Nanotexnologiya Elmi-Tədqiqat Mərkəzi, Ankara Türkiyə, 2011 — davam etməkdədir.[2]

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ferroelektriklərin Optik Xassələrinin Sinxrotron Radiasiyası ilə tədqiqi
  • Qeyri Xətti Kristalların Elektronik Xassələrinin Sıxlıq Funksiyası Nəzəriyyəsi ilə hesablanması
  • Ferroelektrik təməlli Optik və Akustik Metamaterialların Nanotexnologiya sistemlərində tətbiqatları.
  • Fotonik və Fononik kristallarla hərbi axtarış və izləmə sistemleri sahəsində tədqiqatlar.
  • Süni Zəka və Biotibbi modelləmə
  1. Akademik Personel Emekliler Listesi [ölü keçid]
  2. "Professor Emirullah Mehmetov" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.