Əmrulla Paşayev


Əmrulla Paşayev
Əmrulla Xanməd oğlu Paşayev
Doğum tarixi (87 yaş)
Doğum yeri Qarabaldır kəndi, Qax rayonu
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi pedaqoji elmlər doktoru
Elmi adı professor
Elmi rəhbəri Василий Георгиевич Гагуа
Mükafatları Əmək rəşadətinə görə "Tərəqqi" medalı, "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı

Əmrulla Paşayev (tam adı: Əmrulla Xanməd oğlu Paşayev) professor, pedaqoji elmlər doktoru, Gürcüstan Təhsil Akademiyasının həqiqi üzvü


Əmrulla Paşayev 2 noyabr 1937-ci ildə Qax rayonunun Qarabaldır kəndində anadan olub. 1953-cü ildə yeddiillik kənd məktəbini bitirib, orta təhsilini isə Zaqatala rayonunun Bəhmənli kəndində başa çatdırıb. 1963-1967-ci illərdə Tbilisi Dövlət Pedaqoji İnstitutunun Pedaqoji fakültəsində təhsil alıb, həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1967-1968-ci illərdə Gürcüstan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində çalışıb. 1968-ci ildən A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Institutunda Azərbaycan dili və ədəbiyyatı və erməni dili və ədəbiyyatı kafedrasında baş laborant, müəllim olaraq fəaliyyət göstərib.

Üç övladı, dörd nəvəsi var.

  • 1956-1959-cu illərdə orduda xidmət edib, ordudan tərxis olunduqdan sonra mexanizator kimi əmək fəaliyyətinə başlayıb.
  • 1963-1967-ci illərdə Tbilisi Dövlət Pedaqoji İnstitutunun Pedaqoji fakültəsində təhsil alıb, həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
  • 1967-1968-ci illərdə Gürcüstan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində çalışıb.
  • 1968-ci ildən A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Institutunda Azərbaycan dili və ədəbiyyatı, erməni dili və ədəbiyyatı kafedrasında baş laborant işləməklə yanaşı, pedaqogika və pedaqogika tarixi fənlərindən mühazirə və seminar məşğələləri aparıb.
  • 1974-cü ildə professor V.V. Qaquanın rəhbərliyi ilə “XIX əsr-XX əsrin əvvəllərində Gürcüstanda rus-Azərbaycan məktəblərinin meydana gəlməsi və inkişafı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib
  • 1993-cü ildə “XIX əsr-XX əsrin əvvəllərində Qafqazda ibtidai təhsilin inkişafı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
  • 1993-cü ildən ADPU-nun Ümumi pedaqogika kafedrasında əvvəlcə müəllim olaraq fəaliyyətə başlayıb, dosent kimi davam etdirib.
  • 1997-ci ildən ADPU-nun professorudur.

Müxtəlif illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda və ADPU-da fəaliyyət göstərən ixtisaslaşdırılmış Müdafiə Şurasının üzvü, həmin Şuranın nəzdində elmi seminarın sədri olmuş, elmi-pedaqoji kadrların hazırlanmasında fəal iştirak etmişdir.

100-dən çox elmi-metodik ədəbiyyatın, ali və orta məktəblər üçün proqramların, ümumtəhsil, orta ixtisas, ali məktəblər və xüsusi məktəblər üçün dərslik və dərs vəsaiti, həmçinin monoqrafiya, tərçümələrin müəllifidir.

  1. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Pedaqoji universitetlərin və ali pedaqoji məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı: "Elm və təhsil", 2010. - 464 səh.
  2. ...


  • Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı olub. [1]


[[Kateqoriya:Azərbaycan alimləri]