Ənis Behiç Koryürək

Ənis Behiç Koryürək (11 mart 1891, İstanbul18 oktyabr 1949, İstanbul) — Türkiyə şairi.

Ənis Behiç Koryürək
türk. Enis Behiç Koryürek
Doğum tarixi 11 mart 1891(1891-03-11)
Doğum yeri
Vəfat tarixi 18 oktyabr 1949(1949-10-18) (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti diplomat, şair, müəllim, bürokrat

İlk şeirlərini əruz vəzni ilə yazmağa başlamış, ərəbcəfarsca kəlmə və epitetlərə çox yer vermişdir. Sonralar Ziya Göyalpın təsiriylə heca vəzninə keçmişdir. Ənis Behiç Ziya Göyalpla tanış olmasını və əruzdan hecaya keçməsini 26 oktyabr 1934-cü ildə Ankara xalqevində verdiyi bir konfransda açıqlamışdır. Ənis Behiçin milli anlayışa keçməsində Ziya Göyalpdan sonra təsirində qaldığı bir başqa önəmli isim Müftüoğlu Əhməd Hikmətdir. Son illərində spirtizm ilə maraqlanaraq metafizik mövzulara meyl etmiş və ruh çağırma seansları ilə bir mövləvilik təriqətinə mənsub olan Süleyman Çələbinin ruhu ilə təmasa keçmiş, ondan aldığı ilhamları əruz vəznilə əski kəlmə və epitetlərlə dolu bir dil və üslubla nəzmə çəkmiş, sonra da bunları "Varidati-Süleyman" (1949) adlı kitabında toplamışdır. Digər şeir kitabları bunlardır: "Miras" (1927), "Günəşin ölümü" ("Miras"la birlikdə, 1951). Ənis Behiç şeirlərində ən çox eşq və qəhrəmanlıq mövzularına yer vermişdir. Şeirə canlılıq və hərəkət qazandırmaq üçün bəzi şeirlərində hecanın birdən artıq vəznini işlətmişdir. Beləcə, "Ədəbiyyati-cədidə"nin eyni şeirdə əruzun birdən artıq qəlibini işlədərək yeknəsəkliyi pozma səylərini o, heca vəznində sınaqdan keçirmişdir. Ənis Behiç heca ilə mənzum hekayə yazma gələnəyinin əsasını qoymuşdur. Bu mövzuda da ilk olma özəlliyinə sahibdir. Son şeirlərində təkrar əruza dönmüşdür.