Ənuşirvan bin Ləşkəri

Ənuşirvan bin LəşkəriII Əli Ləşkərinin oğlu və varisidir. 1049-cu ildə Gəncədə şəddadilərin yeddinci əmiri olub.

Ənuşirvan bin Ləşkəri
Gəncə əmiri
ƏvvəlkiII Əli Ləşkəri
SonrakıƏbüləşvar Şavur
Şəxsi məlumatlar
Atası II Əli Ləşkəri
Ailəsi Şəddadilər dövləti

Ənuşirvan üç qardaşı ilə birlikdə II Əli Ləşkərinin ilk arvadından idi.[1] Ləşkəri Aranı 15 il idarə etmişdi, hansı ki, Osmanlı tarixçisi Münəccimbaşı tərəfindən əndişəli hakimiyyət dövrü olaraq təsvir edilirdi.[2]

Ləşkəri 1049-cu ildə öləndə Ənuşirvan taxta çıxdı. Ancaq onun yaşı az idi və buna görə də həqiqi hakimiyyət naib kimi xidmət edən hacib Əbu Mənsurda idi.[3] Hal-hazırda itirilmiş olan yerli salnaməni cəmləyən Münəccimbaşı məlumat verir ki, Əbu Mənsur dərhal bir neçə sərhəd qalalarını kaxetiyalılara, gürcülərəbizanslara verdi. Buna səbəb onların Arana tamah salmalarının qarşısını almaq idi.[4][5] Bu qərar Şəmkirdə dabbağların başçısı əl-Həysəm ibn Maymun əl-Bəisin başçılığı altında bir üsyanın başlanmasına səbəb oldu. Vladimir Minorskiyə görə bu hərəkat şəhərin adlı-sanlı şəxslərinin aparıcı bürokratik təbəqəyə qarşı qiyamı idi. Şəmkirdə qalan Əbu Mənsur Əl-Həysəmi həbs etdirməyə çalışdı. Ancaq əl-Həysəm və xidmətkarları "öz xəncərlərini çəkdilər" və Ənuşirvanın atasının əmisi Dvin hakimi Əbüləşvarı hökmdar elan etdilər.[6]

Əbüləşvar Şəmkiri işğal etdi, buradakı əndişəli vəziyyəti nizamladı. Növbəti mərhələ paytaxt Gəncədəki iqəmətgahı ələ keçirmək idi. O, təqribən iki aydır hakimiyyətdə olan Ənuşirvan bin Ləşkərini, Əbu Mənsuru və onun yaxınlarını həbs etdi.[7] Əbüləşvarın hakimiyyət dövrü (1049–67) Şəddadilər dövlətinin zenit nöqtəsi oldu.[5][8]

  1. Minorsky, 1977. səh. 6, 46
  2. Minorsky, 1977. səh. 18, 46–49
  3. Minorsky, 1977. səh. 18
  4. Minorsky, 1977. səh. 18, 2731 (note 11), 49
  5. 1 2 Peacock, 2011
  6. Minorsky, 1977. səh. 18–19, 49–50
  7. Minorsky, 1977. səh. 19
  8. Minorsky, 1977. səh. 64
  • Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3.
  • Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition. 2011. İstifadə tarixi: 14 March 2015.