II Əli Ləşkəri

II Əli Ləşkəri (v. 1049) — VI Şəddadi əmiridir. 1033/1034-cü ildə atası Əbülfəth Musanı öldürərək hakimiyyətə gəlmişdir.

II Əli Ləşkəri
Gəncə əmiri
1034 – 1049
ƏvvəlkiƏbülfəth Musa
SonrakıƏnuşirvan bin Ləşkəri
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Gəncə
Atası Əbülfəth Musa
Uşaqları Mənuçehr, Qudərz və Ərdəşir, Ənuşirvan bin Ləşkəri
Ailəsi Şəddadilər dövləti

Onun 15 illik hakimiyyəti səlcuqlara, oğuzlara, ermənilərə, gürcülərə qarşı döyüşlərdə keçmişdi. II Ləşkərinin hərbi-siyasi fəaliyyəti yalnız tarixi mənbələrdə deyil, onun saray şairi Qətran Təbrizinin qəsidələrində də öz əksini tapmışdır.

1040-cı ildə Gəncədə olmuş Rəvvadi hökmdarı Vəhsudanla və Tiflis əmiri Əbülfəzl Cəfər ibn Əli ilə dostluq etmişdi. Tiflis əmiri öldükdən bir qədər sonra II Ləşkəri onun qızı ilə evlənmişdi. Qətran Təbrizinin qəsidələrində II Ləşkərinin gürcülərə və ermənilərə qarşı erməni və gürcü mənbələrində öz əksini tapmayan döyüşləri haqqında məlumatlar vardır. Qətran Təbrizi öz qəsidələrində onu "Arranşah" adlandırırdı. 1046/1047-ci ildə Azərbaycanın və Ermənistanın bir çox ərazilərini ələ keçirmiş səlcuq əmiri Qutulmuş Şəddadilərin paytaxtı Gəncəni il yarım mühasirədə saxlasa da, II Ləşkəri şəhəri bu hücumdan dəf etməyi bacarır və daha sonra Gəncədəki müdafiə istehkamlarının möhkəmləmdirilməsi barədə sərəncam verir.

II Ləşkərinin 4 oğlu olsa da, onlardan yalnız azyaşlı Ənuşirəvan atasının ölümündən sonra cəmi iki ay hakimiyyətdə oldu.[1]

  1. Azərbycan tarixi 2-ci cild, səh:286–287
  • Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3.
  • Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition. 2011. (#accessdate_missing_url)