Şəddadilər


Tarixi dövlət
Şəddadilər
 
 
951 — 1174

Paytaxt Dvin
Rəsmi dilləri Farsca (ümumi olaraq)
Dövlət dini Sünni İslam
İdarəetmə forması Mütləq monarxiya
Tarixi
 • 951 Məhəmməd bin Şəddadın Dvini tutması
 • 971 Əli Ləşkəri bin Məhəmmədin Gəncəni tutması
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəddadilər, Müsəlman sülalə olmuşdur, 951-1199-cu illərdə ErmənistanArrannın müxtəlif ərazilərini idarə etmişdir. Əsası indiki Ermənistan ərazisi olan Dvində qoyulmuşdur. Ermənistanda uzun müddət hakimiyyətdə olduqları üçün tez-tez erməni mənşəli Baqratuni sülaləsi ilə nikah diplomatiyası qururdular. Onlar hakimiyyətini Dvində qursalar da, daha sonra BərdəGəncə kimi böyük şəhərlərə hakimiyyətini yaydılar. Şəddadi kadetlərinə vassalı olduqları Səlcuqlara xidmətinə görə AniTiflis şəhərləri verildi. 1047-1057-ci illərdə Şəddadilər Bizansla bir neçə müharibə aparmışdır. Sonralar Şəddadilər KürAraz çaylarının arasındakı əraziləri (Kür-Araz ovalığı) idarə etmişdir.

Dövlətin Güclənməsi

[redaktə | mənbəni redaktə et]

978-979-cu ildə Ləşkəri vəfat etdi. Özündən sonra Gəncə taxtında kiçik qardaşı Fəzli görmək istəyən Ləşkərinin istəyinə baxmayaraq hakimiyyət Məhəmməd ibn Şəddadın ortancıl oğlu Mərzbanın əlinə keçdi. Onun bacarıqsız siyasəti əvvəllər Şəddadilərin itaətində olan bir çox vilayətlərin itirilməsinə səbəb oldu. 982-983-cü ildə Şirvanşah Məhəmməd ibn Əhməd Bərdəni ələ keçirərək, Musa ibn Əlini şəhər hakimi təyin etdi. Elə həmin dövrdə Naxçıvan əmiri Əbu Düləf də Naxçıvan Dvində hakimiyyətini möhkəmlədə bilmişdi.

985-986-cı ildə Fəzl ov zamanı fürsətdən istifadə edərək qardaşı Mərzbanı öldürür, Mərzbanın oğlu Şirvini isə həbs etdirərək hakimiyyəti ələ keçirir.

Fəzl ibn Məhəmmədin (985-1030) hakimiyyəti dövründə Şəddadilər dövləti gücləndi. O, Gəncə ətrafındakı bütün xırda mülkləri aradan qaldırıb mərkəzi hakimiyyəti gücləndirdi, Şəddadilərin ata-baba mülkləri olan Dəbili də öz dövlətinə birləşdirdi. Erməni hakimi Şəddadilər dövlətinə 3000 dinar məbləğində bac verməyə məcbur oldu.[1] Bundan başqa Fəzl ibn Məhəmməd gürcülər və xəzərlərə qarşı uğurlu savaş apardı. Onun hakimlyyəti illərində hərbi məqsədlə Araz çayı üzərində salınan Xudafərin körpüsü (1027) Azərbaycanın Quzey və Güney bölgələri arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsində mühüm rol oynadı. Fəzl ibn Məhəmmədin hakimiyyəti illərində Şəddadilərlə Şirvanşahlar arasında da sıx əlaqə yaranmışdı. Hər iki sülalə arasında qohumluq münasibətləri vardı. Şəddadilər digər Azərbaycan hakimləri ilə Güneydə hökmdarlıq edən Rəvvadilərlə və Tiflis əmiri Əbülfəzl Cəfər ibn Əli ilə də dostluq münasibətləri saxlayırdılar.

XI əsrin 30-cu illərində Arazdan quzeydəki Azərbaycan torpaqlarında yeni-yeni Oğuz boylarının məskən salması Şəddadilərin hərbi qüdrətini daha da artırdı. Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə vuruldu (1037). Bizans və Gürcüstanın birləşmiş qüvvələrinin Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdi də baş tutmadı (1038). Bütün bu mübarizələrdə oğuz döyüşçüləri fəal iştirak etdilər.

Şəddadilər dövləti Əbu-I-Əsvar Şavurun (1049-1067) dövründə Gürcüstanla və onun müttəfiqi olan Şirvanşahlar dövləti ilə müharibələr apardı. Şəddadilər dövlətinin qüvvətlənməsindən qorxuya düşən və bu zaman Cəfərilər sülaləsinin idarə etdiyi Tiflis əmirliyini tutmağa çalışan gürcü çarı IV Baqrat alanlarla ittifaq bağladı, 1062-ci ildə alanların Dəryal keçidini aşıb Gürcüstan vasitəsilə Azərbaycana hücum etməsinə şərait yaratdı. Bu zaman Şavur Gəncənin yadellilərə qarşı müdafiəsini möhkəmləndirdi. Bu məqsədlə onun ətrafına hasar və xəndəklər çəkdirdi, şəhərə möhkəm qala qapıları düzəltdirdi (1063). Şəddadilər bu zaman Dəbili əldən verməmək, habelə onlardan asılı olan Ani əmirliyini müdafiə etmək üçün ermənilərə və onlara kömək edən Bizans imperiyasına qarşı da uğurla mübarizə apardılar. Kiçik Asiyanın şərqində Bizansa qarşı vuruşan Şəddadi qoşunlarının vurucu qüvvəsi oğuz türkləri idi. Bu mübarizədə Şəddadilərin daha qüdrətli müttəfiqi sonralar Səlcuq türkləri oldu.

1072-ci ildə II Fəzl xarici siyasət sahəsində yeni bir addım ataraq, Səlcuq hokmdarına hədiyyə şəklində təqdim etdiyi zər naxışlı parçaların müqabilində onlardan şəddadi əmirliyinin daha bir mərkəzinə çevrilən Ani şəhərini aldı. Şavurun kiçik oğlu, II Fəzlin qardaşı Mənuçehr Aniyə göndərildi. Aninin yenidən şəddadilərin tabeliyinə keçməsi vahid sülalənin nümayəndələri tərəfindən idarə olunan şəddadilər dövlətinin sərhədlərini bir qədər də genişləndirdi.

Dövlətin Süqutu

[redaktə | mənbəni redaktə et]

1073-1074-cü illərdə Şəddadi hökmdarı II Fəzlin oğlu Fəzlun atasına qarşı çıxaraq, onu hakimiyyətdən uzaqlaşdırdı və ölkənin idarəsini əlinə aldı. Lakin 1075-ci ildə Səlcuqi sultanı Məlik şahın əmiri Savtəkin böyük bir qoşunla Arrana göndərilir. Göstərilən müqavimətə baxmayaraq, Fəzlun, nəhayət, Arranın idarəsini Savtəkinə təhvil verməli olur.

Beləliklə, Şəddadilər dövlətinin ən mühüm əmirliyi olan Arran-Naxçıvan-Gəncə əmirliyi süqut edir. Yalnız Ani və Dvində Şəddadilər sülaləsinə mənsub əmirlər Səlcuqilərin vassalı kimi hələ də fəaliyyət göstərirdilər. Mənuçehrdən sonra onun nəsli təqribən hələ 130 il Anidə hakimiyyətdə qalmış və nəhayət, bu şəhər gürcülərin əlinə keçmişdi. Dvin Şəddadiləri isə 1130-cu ildə Səlcuqilərin zərbələri nəticəsində süqut etmişdilər.

  1. Azərbaycan tarixi 2-ci cild

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Peacock, Andrew. Shaddadids // Encyclopædia Iranica Online. 2011. İstifadə tarixi: 18 June 2015.