Məhəmməd bin Şəddad (v. 955) — Kürd mənşəli Şəddadilər sülaləsinin banisi və ilk hakimi. O, 951-ci ildə Dvini (Dəbil şəhərini) Salarilərin əlindən alıb. Ancaq görünən odur ki, qala salarilərə sadiq deyləmilərin əlində qalıb. O, hakimiyyəti 954-cü ilə qədər qoruyub saxladı. Ancaq həmin il Salarilər qalanı geri aldılar. Məhəmməd, ailəsi və tərəfdarları Vaspurakana qaçdılar. 955-ci ildə Məhəmməd bin Şəddad vəfat etdi.
Məhəmməd bin Şəddad | |
---|---|
Şəddadilər sülaləsinin banisi | |
951 – 954 | |
Sonrakı | Əli Ləşkəri bin Məhəmməd |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Vaspurakan |
Uşaqları | Ləşkəri, Mərziban, Fəzl |
Ailəsi | Şəddadilər dövləti |