Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897[1][2][…], Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası – 1978[3][2][…], İrəvan) — kürd əsilli SSRİ yazıçısı.
Ərəb Şamilov | |
---|---|
kürd. Ә'рәб Шамилов | |
Doğum tarixi | 1897[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1978[3][2][…] |
Vəfat yeri | |
Fəaliyyəti | şair, jurnalist, tərcüməçi, roman yazıçısı, yazıçı |
Əsərlərinin dili | kürdcə |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir. Şamilov 1953-cü ildə azadlığa çıxandan sonra ədəbi fəaliyyətini davam etdirmişdir. O, 1967-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.