Ərəb qəhvə ağacı (lat. Coffea arabica)[2] — qəhvə ağacı cinsinə aid bitki növü.[3] Qəhvə bütün dünya xalqları tərəfindən çox qədimdən qida kimi istifadə olunan təbii nemətdir. O, başqa yeyinti məhsullarından fərqli olaraq, insan üçün daha faydalıdır. Onun üstünlüyü orasındadır ki, o, lazımi miqdarda (0,2 q) qəbul etdildikdə, orqanizmin qüvvəti və fəaliyyəti xeyli artırır, eyni zamanda fiziki və zehni yorğunluq götürülür, insanda bir növ yüngüllük, xoş əhvali – ruhiyyə və əmək gümmrahlığı yaranır. Məhz bu xassəsinə görə də qəhvədən çox qədim vaxtlardan bəri bütün dünyada, xoş ətirli və dadlı qida kimi geniş istifadə olunmaqdadır.
Ərəb qəhvəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Ərəb qəhvəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çoxlarımızın tanıdığı və istifadə etdiyi qəhvə – poroşok halına salınmış qəhvə ağacının toxumlarıdır. Bu ağacın isə əsil vətəni Həbəşistan və ərəb ölkələridir. Bu ölkələrdə vaxtilə qəhvə ağacları təbii halda çox geniş yayılmışdır. Bu qiymətli bitki çox qədimdən Hindistanda və Yava adalarında geniş becərilir. Lakin hazırda dünya ticarətini qəhvə ilə təmin edən əsas ölkə Braziliyadır. Braziliyada qəhvə ağaclarının beynəlxalq əhəmiyyətli plantasiyaları vardır. Bununla əlaqədar olaraq, hazırda Braziliya dünya ticarətində əsas rol oynayır.
Bunu da qeyd etmək maraqlıdır ki, qəhvə bitkisini hər ölkədə yetişdirmək mümkün deyil. Məsələn, hələ bu günə qədər qəhvə ağacını nə Avropa ölkələrində, nə də Qafqazda becərmək mümkün olmuşdur.
Bu da çox maraqlıdır ki, qəhvə kimi qiymətli əmtəə, Avropa xalqlarına XVI əsrdə, Rusiya xalqına isə XVII əsrdə məlum olmuşdur.
Qəhvə ağacı son dərəcə məhsuldar bitkidir. O, ildə 3 dəfə meyvə verir. Meyvələri xarici görünüşünə görə gilasa bənzəyir, hər bir meyvəsində qalın qabıqla örtülmüş, yastı qabarıq şəkildə iki toxumu yerləşir.
Toxumları meyvədən ayırmaq çox çətin başa gəlir. Çünki toxumlar meyvəsinin qabıq hissəsinə bərkilmiş halda olur. Ona görə də toxumları meyvələrdən quru və yaş üsulla ayırırlar. Quru üsulda ağacdan dərilmiş meyvələri əvvəlcə günəş altında və ya süni yolla qurudur, sonra onları qabıq hissəsindən ayırmaq üçün xüsusi üyüdücülərdən keçirirlər. Nəticədə əzilmiş və xırdalanmış ətli qabıqlar güclü ventilyator vasitəsilə toxumlardan kənar edilir.
Yaş üsulda isə toxumları meyvələrdən "Pulper" adlanan xüsusi maşında ayırırlar. Sonra meyvələrdən təmizlənmiş toxumları günəş altında və ya xüsusi qurğularda qurudurlar. Belə qurudulmuş toxumları istifadə etməzdən əvvəl 200 C temperaturda qovururlar. Bunun nəticəsində toxumlar xoşagələn ətirli iy və dad kəsb edir.
Qəhvə toxumlarının tərkibində bir sıra qiymətli maddələr var. Bunlardan ən vacibi və müalicə əhəmiyyətlisi kofein alkaloididir. Ümumiyyətlə, qəhvə toxumlarında 2 %-ə qədər kofein, 20 %-ə qədər aşı maddə, 40 %-ə qədər piyli yağ, 0,2 % – efir yağı, şəkər, üzvi turşular və digər vacib maddədlər vardır. Buna görə də qəhvə toxumları son dərəcə faydalı, orqanizmin möhkəmlənməsinə və sinin sisteminin tonusunun artmasına kömək edir. Məsələn, bir çay qaşığı qəhvə poroşokunda 0,2 % kofein olur. Bu miqdarda qəhvə qəbul etdikdə insanın əmək fəaliyyəti artır, zehni və fiziki qabiliyyəti yüksəlir, əhvali – ruhiyyəti yaxşılaşır.
Məlum olduğu kimi, qəhvə qida məhsulu kimi hazırda çox geniş istifadə olunur və qəhvədən müxtəlif üsullarla qida əhəmiyyətli içkilər hazırlanır.
Yadda saxlamaq lazımdır ki, qəhvəni hazırlayanda onu uzun müddət od üzərində saxlamaq olmaz, çünki belə şəraitdə qəhvənin tərkibində olan müalicə əhəmiyyətli maddələr efir yağı, kofein də digər qiymətli maddələr parçalanaraq öz təsirini itirir. Nəticədə qəhvəyə xas olan xoş ətirli iyi və dadı, eləcə də başqa müalicəvi maddələrin təsiri yox dərəcəsinə çatır. Bunu da yadda saxlamaq lazımdır ki, qəhvə çox faydalı və qiymətli təbii nemətdir. Lakin ondan lazımi qədər istifadə etmək məqsədəuyğundur.