Ərəb salatı

Ərəb salatı

Ərəb salatı və ya Ərəbistan salatı, ərəb ölkələrinə, ümumilikdə Ərəb mətbəxinə məxsus olan yemək növüdür. Müxtəlif meyvə və ədviyyatların qarışığından ibarət olub, çox vaxt məzə kimi süfrəyə verilir. Ərəb salatları siyahısına Əlcəzair mətbəxindən "Əlcəzair salatı" (Salata Jaza'iriya) və "Qara zeytun və narıngi salatı" (Salatat Zaytoon), Tunis mətbəxindən "Salata Maçviya" (qovrularaq bişirilmiş bibər, pomidor, sarımsaq, soğan, zeytun və tunes balığı), SuriyaLivandan "Artişok salatı" (Salataf Khurshoof) və "Çuğundur salatı" (Salatat Shamandar), Fələstinİordaniyadan "Avokado salatı" kimi salatlar daxildir.[1] Ərəb dünyasında yeyilən digər məşhur Ərəb salatlarına FatuşTabuli aiddir.[2][3]

Woman's Day (Qadınlar Günü) jurnalında verilmiş salat reseptinə xırda doğranmış pomidor, xiyar və soğan daxildir[4] . Əksər hallarda salata cəfəri qatılır, yeni sıxılmış limon suyu və zeytun yağı əlavə olunur. Ərəb salatına heç vaxt kahı qatılmır. Soğan istisna olmaqla, ərəb salatlarına qatılan heç bir tərəvəzin qabığı təmizlənmir, hazırlanmış salat dərhal süfrəyə verilir. Salatın yanında süfrəyə ərəb çörəyi pide, eləcə də limon suyu və yağ qarışığına sumax qatılaraq verilə bilir [5].

Fələstinlilər arasında bu salat Salatat əl-Bundura ("pomidor salatı") adı ilə tanınır və süfrəyə adətən düyü yeməkləri ilə yanaşı verilir [6][7].

Ərəb salatına oxşar salatlar Yaxın Şərqdə İran mətbəxinə məxsus Şiraz salatı və türk dünyasında (Türkiyə, Azərbaycan) ənənəvi Çoban salatıdır.

Ərəb salatları
  1. Salloum et al., 1997, p. 56-58.
  2. Shulman, 2007, p. 128.
  3. Wright, 2001, p. 251.
  4. Women's Day Magazine: Arabic Salad Arxivləşdirilib iyul 6, 2011, at the Wayback Machine
  5. "Recipes from Bahrain and the Rest of the Middle East". 2008-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-10.
  6. Arabic Salad Recipe[ölü keçid]
  7. Farsoun, 2004, p. 138.
  • Farsoun, Samih K., Culture and Customs of the Palestinians (Illustrated), Greenwood Publishing Group, 2004, ISBN 978-0-313-32051-4
  • Salloum, Habeeb; Peters, James; Cassidy, Neal, From the Lands of Figs and Olives: Over 300 Delicious and Unusual Recipes from the Middle East and North Africa (Illustrated), I.B.Tauris, 1997, ISBN 978-1-86064-038-4
  • Shulman, Martha Rose, Mediterranean Harvest: Vegetarian Recipes from the World's Healthiest Cuisine (Illustrated), Rodale, 2007, ISBN 978-1-59486-234-2
  • Wright, Clifford A., Mediterranean Vegetables: A Cook's ABC of Vegetables and Their Preparation in Spain, France, Italy, Greece, Turkey, the Middle East, and North Africa with More Than 200 Authentic Recipes for the Home Cook (Illustrated), Harvard Common Press, 2001, ISBN 978-1-55832-196-0