Çoban salatı — Azərbaycan və türk[1] mətbəxinə aid salat növü.
Bu salatın tərkibi təzə tərəvəzlərdən, göy-göyərti və əlavə dad üçün zeytun yağı və sıxılmış limon suyundan ibarət olur[1].
Demək olar ki, hər növ əsas yeməyin yanında süfrəyə verilir[1]. Xüsusiylə də kabab, müxtəlif ət yeməkləri, plovlarla yeyilməsi məqsədəuyğundur[1]. Pəhriz salatı kimi də yeyilir[1].