Ərəbe Şamo

Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897[1][2], Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası1978[3][2], İrəvan) — kürd əsilli SSRİ yazıçısı.

Ərəb Şamilov
kürd. Ә'рәб Шамилов
Doğum tarixi 1897[1][2]
Doğum yeri
Vəfat tarixi 1978[3][2]
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti şair, jurnalist, tərcüməçi, roman yazıçısı, yazıçı
Əsərlərinin dili kürdcə
Mükafatları "Qırmızı bayraq" ordeni "Xalqlar dostluğu" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir. Şamilov 1953-cü ildə azadlığa çıxandan sonra ədəbi fəaliyyətini davam etdirmişdir. O, 1967-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Arab Šamilov // NUKAT. 2002.
  2. 1 2 3 4 Արաբ Շամիլով // Հայաստանի գրադարանների համահավաք գրացուցակ.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Əlavə əəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Рашид М., Судьба народа, «Лит. Армения», 1966, № 5;
  • Оганджанян Б., Писатель-ученый, «Коммунист» (Ереван), 1967, 22 янв.;
  • Аристова Т., «Дым-дым». [Рец.], там же, 1970, 27 янв.
  • Шамилов А. Дым-Дым. М. 1969 (2-изд. 1974)
  • Шамилов, Араб Шамоевич // Краткая литературная энциклопедия / Гл. ред. А. А. Сурков. — М. : Советская энциклопедия, 1962—1978.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]